Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1073/2024 03.07.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı, həmçinin digər İddiaçı2 nümayəndəsi İddiaçı1, Cavabdeh X3 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X8, Quba Regional “ASAN” Xidmət Mərkəzində Notariat Ofisi və DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X8, Quba Regional “ASAN” Xidmət Mərkəzində Notariat Ofisi və DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon kontoru tərəfindən xx.xx.2015-ci il tarixli 4Ə-781 reyestr nömrəli bağışlama müqaviləsini etibarsız hesab edilməsi və onun əsasında Cavabdeh3 adına verilmiş xx.xx.2015-ci il tarixli, RX seriyalı ******* nömrəli Çıxarışı ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini onunla əsaslandırmışdır ki, ailəsi ilə birlikdə anası Hüseynova Mafizənin adına olan Mülkiyyət hüququna dair JN 0065 nömrəli Dövlət Aktına və qardaşı İddiaçı2 adına olan mülkiyyət hüququna dair JN 0067 nömrəli Dövlət Aktına çıxarış çıxarılması üçün aprel 2016-cı ildə Quba DƏDRX-nə ərizə ilə müraciət etdilər. Lakin 07 may 2016-cı il tarixdə DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsi onlara məktubla cavab verərək JN0065 və JN0067 nömrəli Dövlət Aktlarına çıxarış çıxarılmasına imtina edildiyi bildirilmişdir. Belə ki, JN0065 və JN0067 nömrəli Dövlət Aktlarında göstərilən sahə hissələrinə digər şəxsin, İsrafılova Railənin adına xx.xx.2015-ci il tarixdə ******* nömrəli çıxarış verilmişdir. Odur ki, həmin çıxarış qeyri-qanuni və saxta olduğundan ləğv edilməli idi. Buna görə də o məsələ ilə bağlı Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ******* nömrəli çıxarışın ləğvini, daha sonra iddianın dəqiqləşməsi barədə yenidən ərizə ilə müraciət edərək ******* nömrəli çıxarışa əsas olan RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə ******* nömrəli çıxarışın ləğv edilməsi vəzifəsi DƏDRX-nin 5 saylı Xaçmaz ərazi İdarəsinin Üzərinə qoyulmuşdur. Nəzərə çatdırır ki, yuxarıda qeyd etdiyi qərar 22 iyun 2023-cü il tarixli Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərarı və xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarı ilə dəyişdirilmədən öz qüvvəsində saxlamışdır. Qeyd edir ki, İnzibati Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarının 12-ci səhifəsinin 2-ci abzastında (7-ci sətr) məhkəmə qeyd edir ki, İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 67.3-cü maddəsinin tələbləri baxımından qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələrin aradan qaldırılmasına baxmayaraq mübahisə predmeti olan torpaq sahəsinin birgə mülkiyyətçilərdən öz paylarının X9ma tam Mülkiyyət hüququ ilə keçməsinə əsas digər birgə mülkiyyətçilər ilə Railə İsrafılova arasında Bağlanmış 25 iyun 2015-ci il tarixli bağışlama müqaviləsi olmuşdur. Qeyd olunan bağışlama müqaviləsinə Hüquqi qiymət vermədən X2 adına verilmiş RX seriyalı ******* saylı çıxarışa hüquqi mövqe bildirmək yolverilməzdir. Qeyd olunan bağışlama müqaviləsi mülki hüquq xarakterli olduğundan həmin müqaviləyə mülki mühakimə icraatı qaydasında hüquqi qiymət verilməlidir. Ona görə də məhkəmə hesab edir ki, məhkəmənin hazırki qərarı ilə Railə İsrafılovanın adına mülkiyyət hüququ ilə qeydə alınmış RX seriyalı ******* saylı çıxarışın inzibati icraat qaydasında ləğv edilməsi mümkün deyil. Beləliklə o məhkəmə qərarlarına əsaslanaraq 20 fevral 2024-cü il tarixdə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ərizə ilə müraciət edərək öz səhvləri nəticəsində Cavabdeh3 adına verilmiş qeyri qanuni RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsini xahiş etdi. DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi xx.xx.2024-cü il tarixdə ona cavab olaraq bildirmişdir ki, Cavabdeh3 adına 1.5521 ha torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən Dövlət Reyestrindən **********02 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür. Beləliklədə Cavabdeh3 adına ******* saylı çıxarışın Sumaqayıt İnzibati Məhkəməsinin qərarı ilə ləğv edilməsi nəzərdə tutulmuşdursa deməli ******* saylı çıxrış etibarsız sayılmaqla ləğv edilməlidir. Qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsinin birgə mülkiyyətçilərindən öz paylarının Cavabdeh3 tam mülkiyyət hüququ ilə keçməsinə əsas digər birgə mülkiyyətçilər ilə Cavabdeh3 arasında Quba notariusu tərəfindən bağlanmış 25 iyun 2015-ci il tarixli bağışlama müqaviləsi olmuşdur. Məhkəmə iclasında iddiaçı və digər İddiaçı2 nümayəndəsi İddiaçı1 iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılnalara uyğun izahat vermiş və bildirmişdir ki, cavabdehin yeri səhvən ona məxsus fermer təsərrüfatının ərazisinə verilib, müraciəti əsasında yeri müəyyən olunub. Cavavdehin yeri başqa yerdədir. İddiasını əsaslı heab edir, təmin olunmasını xahiş edir. İş üzrə cavabdeh X8 iddianı qəbul etməyərək bildirmişdir ki, aqrar isalatla əlaqədar püşklə onlara verilmiş torpaq sahəsini iddiaçlar istifadə edir. Torapaqa dair adlarına çıxarışları vardır, lakin iddiaçılar istifadə edirlər. İş üzrə cavabdeh Quba Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinin notariusu Süleyman Məmmədov məhkəməyə məktub göndərərək, Quba Regional ASAN Xidmət Mərkəzində fəaliyyət göstərən notariat ofisinin iş rejimi və vətəndaş müraciətlərinin çoxluğu səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş üzrə digər cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xamaz Ərazi İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, nümayəndəsni məhkəmə iclasına göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Quba rayon Notariat Kontorunda bağlanmış reyestrdə 4-Ə-781 nömrə ilə qeyd edilmiş, xx.xx.2015-ci il tarixli Daşınmaz Əmlakın bağışlanması müqaviləsinə əsasən X1 Aydın Abdul oğlu, X14 və X11 Azərbaycan Respublikası ƏMDKYDƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş, seriya nömrəsi RX 0673182, reyestr nömrəsi **********02, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1,552 ha olan torpaq sahəsini Cavabdeh3 bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixdə verilən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Quba rayonu, Vəl-vələ kəndində yerləşən 1,552 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X3 adına daşınmaz əmlakın dövlət reyestrində 109 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2- 1(118)-433/2021 saylı qərarından görünür ki, İddiaçı1 və İddiaçı2 Təlhəd oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsinə qarşı X4 və onun ailə üzvlərinin adına verilmiş JN-0062 (KOD ********) dövlət aktının 62 C konturunda edilmiş dəyişiklik nəzərə alınmadan daşınmaz əmlakın dövlət reyestrində 109 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində X4, X6, X5, Cavabdeh3 Səddar qızının və X7 adına qeydə alınmış Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın (RX seriya nömrəsi 0673182) ləğv edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsinin üzərinə qoyulmuşdur. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Quba rayon Məhkəməsində 2(027)-2025/2016 saylı mülki işin araşdırması zamanı təyin edilmiş ekspertizanın 5411 saylı rəyindən məlum olmuşdur ki, Cavabdeh3 mülkiyyət hüququ ilə məxsus və RX seriyalı ******* nömrəli çıxarışda qeydə alınmış 1.552 ha torpaq sahəsinin koordinatları İddiaçı1 və İddiaçı2 Təlhəd oğluna dövlət aktı əsasında məxsus olan torpaq sahəsinin koordinatları ilə üst üstə düşür. Məhkəmə tərəfindən bir neçə dəfə Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestr Xidmətinə ünvanlanmış sorğuların olmasına baxmayaraq xx.xx.1999-cu il tarixli 14 saylı qərarın "xxxx" MMC-nin arxivində aşkar olunmaması səbəbindən JN-0062 (KOD ********) dövlət aktına hər hansı bir dəyişikliyin edilməsinini müəyyən etmək mümkün olmamamışdır. Bu isə iddiaçı tərəfindən təqdim edilmiş Quba rayon Səməd Vurğun adına X17 Komissiyasının 26 noyabr 1999-cu iki tarixli 14 saylı qərarın mötəbərliyinə dəlalət edir. Belə ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyester Xidmətində JN-0062 nömrəli Dövlət aktının 62c konturuna dəyişiklik edilməsi barədə məlumatın olmamasına baxmayaraq, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyester Xidmətinin tabeliyində olan Kadastr və Yerquruluşu Lahiyə-Tədqiqat Mərkəzi MMC-nin elektron baza məlumatlarında JN-62C konturu 1.31 kimi qeydə alınmışdır. Yəni JN-62C konturunun 1.31 kimi qeyd olunması Cavabdeh3 Səddar qızının mülkiyyətində 1.552 kv.m torpaq sahəsinin deyil 13098.75 (1,31) kv.m olmasına dəlalət edir. Ona görə də məhkəmə hesab edir ki, ümumi sahəsi 3.29 ha torpaq sahəsi kimi göstərilmiş dövlət aktının 62C plan cizgi sənədində göstərilmiş sahəsi 15521.00 kv.m olan torpaq sahəsi əsasında aparılmış qeydlər qanunun tələblərinə ziddir. Məhkəmə tərəfindən aparılmış araşdlrma zamanı müəyyən edilmişdir ki, ümumi sahəsi 3.29 ha torpaq sahəsi kimi göstərilmiş dövlət aktının 62C plan cizgi sənədində göstərilmiş sahəsi 15521.00 kv.m olan torpaq sahəsinin X11 və onun ailə üzvlərinin sahibliyində olmamasına baxmayaraq, bəlli olmayan səbəblərdən artıq hüquqi qüvvəsini itirmiş 3.29 ha torpaq sahəsi ilə bağlı verilmiş dövlət aktı əsasında hüuqqi hərəkətlər aparılmış və nəticədə Cavabdeh3 (X11) Quba rayonunda fəaliyyət gösdərmiş Səməd Vurğun adına X17 Komissiyasının 26 noyabr 1999-cu il tarixli qərarında nəzərdə tutulmuş torpaq sahəsindən artıq hissəyə sahib olmuşdur. Nəzərə alınmalıdır ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin tabeliyində olan Kadastr və Yerquruluşu Lahiyə-Tədqiqat Mərkəzi MMC-nin elektron baza məlumatlarında 26 noyabr 1999-cu il tarixli qərara dəyişikliyin qeydə alınması barədə məlumatın olmasına baxmayaraq, hal hazırda elektron baza məlumatlarında Cavabdeh3 mülkiyyətində olan 1.552 kv.m torpaq sahəsinin verilməsi üçün əsas olmuş JN-0062 (KOD ********) dövlət aktının 62 C konturunda torpaq sahəsi 1.31 ha kimi qeyd edilmişdir. Bu isə bir daha iddia tələbinin əsaslı olmasına dəlalət edir. Yuxrıda göstərilən hallar Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(118)-433/2021 saylı qərarı ilə öz əksini tapmışdır. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Qanununun 8.0.3-ci maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, torpağa dair verilmiş şəhadətnamələr-daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir. Həmin Qanunun 10.2.1 -ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə edilir. Həmin Qanunun 15.1.5-ci maddəsinə əsasən daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatından imtina olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində mülkiyyətin dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə olması, Azərbaycan Respublikasında mülkiyyətin toxunulmaz olması və dövlət tərəfindən müdafiə olunması təsbit edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respeublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifıadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 347.2.3-cü maddəsinə əsasən tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud olmadıqda bu hal vacib əhəmiyyətli yanılma sayılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, iş materiallarını araşdırıb, məhkəmə təhqiqatı zamanı toplanmış sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalı, Quba rayon kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli 4Ə-781 reyestr nömrəli bağışlanma müqaviləsi etibarsız hesab edilməli və onun əsasında Cavabdeh3 adına verilmiş xx.xx.2015-ci il tarixli, RX seriyalı ******* nömrəli Çıxarış ləğv edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. Quba rayon kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli 4Ə-781 reyestr nömrəli bağışlanma müqaviləsi etibarsız hesab edilsin və onun əsasında Cavabdeh3 adına verilmiş xx.xx.2015-ci il tarixli, RX seriyalı ******* nömrəli Çıxarış ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1073/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1073/2024
03.07.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver