Məhkəmə qərarları › İş №2(027)-1074/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1074/2022

27.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1074/2022 27.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Quba rayonu, Çartəpə kəndi ərazisində yerləşən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmiş 2.15 ha torpaq sahəsinə dair tərtib olunmuş JN 164 Kod 30327038 Torpağa Mülkiyyət Hüququna Dair Dövlət X2 məxsus olmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, onunla əsaslandırmışdır ki, Quba rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 13 saylı qərarı ilə o, Ərizəçi və ailə üzvləri X8, X12, X9, X4 Quba rayonu, Çartəpə kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 2.15 ha torpaq sahəsi verilmiş və adlarına JN 164 Kod 30327038 saylı Torpağa Mülkiyyət Hüququna X26 verilmişdir. X20 o və digər mülkiyyətçilərin soyadı, adı və ata adı düzgün yazılsa da, anası X1 və adı düzgün yazılsa da, ata adı Bəkər əvəzinə səhvən Bəkir kimi yazılmışdır. Mülkiyyətçilərdən atası X8 16.09.2013-cü il tarixdə və anası X12 21.02.2002-ci il tarixdə vəfat etmişlər. Soyad, ad və ata adının X12 olması ölüm haqqında şəhadətnamə və doğum haqqında şəhadətnamə ilə də təsdiq olunur. Hazırda qeyd olunan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Reyestr Çıxarışı almaq istəyirlər. Lakin JN 164 Kod 30327038 saylı Torpağa Mülkiyyət X3 yalnışlığa görə həmin torpaq sahəsinə dair digər mülkiyyətçilərin sərəncam vermək hüquqları məhdudlaşmışdır. Bununla bağlı hüquqmüəyyənedici sənədləri DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim etmişlər. Lakin onlara 09.02.2022-ci il tarixli məktubu ilə ata adında olan uyğunsuzluğu aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətinə aid olmadığını, bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyə etmişlər.JN 164 Kod 30327038 saylı Torpağa Mülkiyyət Hüququna X25 verən AR DT və XK-i ləğv edilmiş, həmin sənəddəki yalnışlığı başqa yolla düzəliş etdirmək mümkün deyildir. Bu səbəbdən də JN 164 Kod 30327038 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət X2 məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında müəyyən olunması tələb olunduğundan, həmin hüquqi faktın təsdiqi ilə əlaqədar məhkəməyə müraciət etməli olmuşdur. Ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxs qismində Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan JN-164 KOD 30327038 saylı Torpağa Mülkiyyət Hüququna X22 görünür ki, X8, X10, X9, X11 və Ərizəçi mülkiyyətinə Quba rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 13 saylı qərarı ilə 2,15 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı, 231534 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 21.02.2002-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Quba RİHB-nın Xucbala kənd İƏD üzrə nümayənədəsinin 06.04.2022-ci il tarixli, 210 saylı arayışından görünür ki, Quba AİK-nın 28.10.1998-ci il tarixli, 13 saylı qərarı ilə verilmiş JN-164 KOD 30327038 saylı Torpağa Mülkiyyət Hüququna X24 texniki səhv olaraq X12 əvəzinə X13 yazılmışdır. X12 ilə X13 eyni şəxsdir. İş materiallarında olan Maraqlı şəxs 09.02.2022-ci il tarixli, **********45 №li məktubundan görünür ki, DT və XK-si tərəfindən verilmiş JN-164 KOD 30327038 saylı Torpağa Mülkiyyət Hüququna X24 qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 13 saylı qərarı ilə JN-164 KOD ********* saylı Torpağa Mülkiyyət Hüququna X26 əsasında 2,15 hektar torpaq sahəsinin verilməsi, X20 ərizəçinin anası X6 ata adının «Bəkər» əvəzinə səhvən «Bəkir» kimi qeyd olunması, X6 21.02.2002-ci il tarixdə vəfat etməsi, Ərizəçi X6 vərəsəsi olması, Quba rayon Aqrar İslahat Komissiyası və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunduğu üçün ərizəçinin bu faktı təsdiq edən sənədləri başqa qaydada ala bilməməsi, bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etməsi və müraciətin cavablandırılmaması və bu faktın müəyyən edilməsinin ərizəçiyə həmin torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mülkiyyət hüquqlarının qeydiyyatına dair Çıxarış almaq üçün lazım olması sübuta yetirilir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, hüquqmüəyyənedici sənəd olan JN-164 KOD 30327038 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət X2 məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin aslı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin olunsun. JN-164 KOD 30327038 saylı Torpağa Mülkiyyət Hüququna X23 həmçinin X7 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar