Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1076/2021 25.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi və onun vəkili X3 iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, X12, X13 və X4 eyni şəxs olması, eləcə də, JN-523A Kod 30306018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə və JN 327 Kod 30306018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət X1 məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Quba rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli 08 saylı qərarı ilə anası X9 Quba rayonu, Alpan kəndi ərazisindən fərdi yaşayış evinin tikintisi məqsədilə 0.12 ha həyətyanı torpaq sahəsi verilmiş və adına JN-523A Kod30306018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair şəhadətnamə verilmişdir. Eləcə də Quba rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli 08 saylı qərarı ilə anası X9 Quba rayon Alpan kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 0.63 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsəsi verilmiş və adına JN 327 Kod 30306018 saylı Torpağa Mülkiyyət Hüququna X22 verilmişdir. Həmin JN-523A Kod 30306018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair şəhadətnamə və JN 327 Kod 30306018 saylı Torpağa Mülkiyyət Hüququna X20 anasının soyadı, adı düzgün olaraq Əhmədova Sayaxanım qeyd olunsa da, atasının adı Dülla əvəzinə İbadulla kimi, onun 12 iyul 1963-cü il tarixli Quba rayon VVAQ tərəfindən verilmiş doğum şəhadətnaməsinin ana qrafasında anasının soyadı və adı düzgün olaraq Əhmədova Sayaxanım yazılmış, atasının adı isə səhvən Dolla kimi qeyd olunmuşdur. Bu fakt ərizəsinə əlavə etdiyi Quba RHİB-nın Alpan kənd üzrə nümayəndəliyinin 218 saylı 17 mart 2021-ci il tarixli arayışı ilə də təsdiq olunur. Bildirir ki, anası X12 03 noyabr 2017-ci il tarixdə ölmüşdür. Hazırda həmin torpaq sahəsinə dair vərəsəlik üzrə adına çıxarış almaq istəyir. Lakin JN-523A Kod 30306018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə və JN 327 Kod 30306018 saylı Torpağa Mülkiyyət Hüququna X20 anasının ata adının Dülla əvəzinə səhvən İbadulla kimi, eləcə də, onun doğum haqqında şəhadətnaməsində isə anasının ata adı Dulla əvəzinə Dolla kimi səhv yazıldığına görə həmin torpaq sahələrinə dair onun vərəsə olaraq sərəncam vermək hüququnu məhdudlaşmışdır. Qeyd olunan torpaq sahəsinə dair Çıxarış almaq üçün DƏDRX-nın saylı Ərazi İdarəsinə müraciət etmişəm. DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsi 12 aprel 2021-ci il tarixli məktubu ilə onlara qeyd olunan sənəddə ata adında yaranmış uyğunsuzluğu aradan qaldırılması üçün məhkəməyə müraciət etməkləri tövsiyyə olunmuşdur. Qeyd edir ki, JN-523A Kod 30306018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə və JN 327 Kod 30306018 saylı Torpağa Mülkiyyət Hüququna X21 verən AR DT və XK-si ləğv edilmiş, həmin sənəddəki yalnışlığı başqa yolla düzəliş etdirmək mümkün deyildir. Ona görə də, X12, X13 və X4 eyni şəxs olması, eləcə də JN- 523A Kod 30306018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə və JN 327 Kod 30306018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət X1 məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında müəyyən olunması tələb olunduğundan, həmin hüquqi faktın təsdiqi ilə əlaqədar məhkəməyə müraciət etməli olublar. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizədə yazılanlara uyğun izahat vermiş və ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş JN-523A KOD 30306018 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin surətlərindən görünür ki, X6 Quba rayonu Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ilə 0,12 hektar torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamə Ərizəçi anasının ata adı “İbadulla” kimi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş JN-327 KOD 30306018 saylı Torpağa Mülkiyyət Hüququna X18 görünür ki, X4 mülkiyyətinə Quba rayonu Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ilə 0,63 hektar torpaq sahəsi verilmişdir, həmin dövlət aktında Ərizəçinin anası X7 atasının adı “İbadulla” kimi qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş 13 noyabr 2017-ci il tarixdə verilmiş AZ-İ 859066 №li, ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X12 03.11.2017-ci ildə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Quba RİHB-nın Alpan kənd İƏD üzrə nümyəndəliyinin 11.03.2021-ci il tarixli 202 saylı arayışından görünür ki, X12 2017-ci il tarixdə vəfat etmiş, vəfat edəndən sonra vərəsələrindən Ərizəçi qalmışdır. İş materiallarına əlavə olunmuş Quba RİHB-nın Alpan kənd İƏD üzrə nümayəndəliyinin 17.03.2021-ci il tarixli, 218 №li arayışdan görünür ki, mərhum X10 adına olan Torpağa Mülkiyyət Hüququna dair JN 327 Kod 30306018 saylı Dövlət Aktında, Torpağın Mülkiyyətə Verilməsinə dair JN-523A Kod (********) saylı şəhadətnamədə o texniki səhv olaraq X2 yazılmışdır. Həmin Torpağa Mülkiyyət Hüququna X20 və Torpağın Mülkiyyətə Verilməsinə dair şəhadətnamədə həmin şəxs X5 oxunmalıdır. İş materiallarında olan 12 iyul 1963-cü il tarixdə verilmiş AZ 458961 № li, doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1963-cü il tarixdə anadan olmuş, şəhadətnamənin anası qarafasında anasının soyadı və adı düzgün olaraq Əhmədova Sayaxanım yazılmış, atasının adı isə Dolla kimi qeyd olunmuşdur. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, Quba rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ilə JN-327 KOD 30306018 saylı Torpağa Mülkiyyət Hüququna X22 əsasında X7 mülkiyyətinə 0,63 hektar torpaq sahəsinin və Quba rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ilə JN-523 A KOD 30306018 saylı saylıTorpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə əsasında 0,12 hektar torpaq sahəsinin verilməsi, həmin dövlət aktında və şəhadətnamədə X7 ata adının «Dülla» əvəzinə səhvən «İbadulla» kimi qeyd olunması, X7 03.11.2017-ci il tarixdə vəfat etməsi, hüquqmüəyyənedici sənəd olan JN-327 KOD 30306018 saylı Torpağa Mülkiyyət Hüququna X20 və JN-523A KOD 30306018 saylı saylıTorpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə ərizəçinin mərhum anasının adının (soyadının, adının və atasının adının) onun doğum haqqında şəhadətnaməsində göstərilən adı (soyadı, adı və atasının adı) ilə düz gəlməməsi, Ərizəçi X7 vərəsəsi olması, Quba rayon Aqrar İslahat Komissiyası və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunduğu üçün ərizəçinin bu faktı təsdiq edən sənədləri başqa qaydada ala bilməməsi və bu faktın müəyyən edilməsinin ərizəçiyə həmin torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mülkiyyət hüquqlarının qeydiyyatına adir Çıxarış almaq üçün lazım olması sübuta yetirilir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, X12, X13 və X4 eyni şəxs olması və JN-523A Kod 30306018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə və JN 327 Kod 30306018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət X1 məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin aslı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin olunsun. X12, X13 və X4 eyni şəxs olması və JN-523A Kod 30306018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə və JN 327 Kod 30306018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət X1 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1076/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1076/2021
25.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver