Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-108/2025 22.01.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh1, Üçüncü şəxs X5 iştirakı ilə, İddiaçı üçüncü şəxslər Quba Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi və X12 cəlb olunmaqla Cavabdeh1 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və vərəsəlik payının müəyyən edilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı alqısatqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsiylə məhkəməyə müraciət edərək, Quba rayon Notariat Kontoru tərəfindən Cavabdeh1 adına verilmiş 12 oktyabr 2017-ci il tarixli, 2V-1079 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi və atası X9 miras qalmış əmlakdan - Hüquqların Dövlət qeydiyyatı haqqında RX ******* saylı çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi və JN-340 KOD 30301004 saylı Dövlət Aktına əsasən Quba şəhəri ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən vərəsəlik payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum atası X15 22 dekabr 2005-ci ildə, anası X6 07 iyul 1982-ci ildə vəfat etmişdir. Atası vəfat etdikdə o bir böyük oğul kimi üzərinə düşən vəzifəni yerinə yetirmiş, ondan miras qalmış əmlakı qoruyub saxlamaqda iştirak edərək uzun müddət atasından miras qalmış ünvanda yaşamış, hal-hazırda da həmin evdə qeydiyyatdadır. Atasından ünvan 1 ünvanda yerləşən həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi Quba şəhəri ərazisindən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi miras qalmışdır. O atasının miras əmlakının onun adında qalmasını düşünərək vərəsəlik məsələsini həll etməmişdir. Lakin son vaxtlar ona məlum olmuşdu ki, cavabdeh - qardaşı Cavabdeh1 ondan xəbərsiz öz adına rəsmiləşdirmişdir. Ona görə də Quba Regional ASAN Xidmət Notariat Ofisinə müraciət edib, mərhum atası N.Məmmədova vərəsəlik işi açılıb-açılmamasını yoxladığda onun sorğusuna cavab olaraq bildiriblər ki, xx.xx.2017-ci il tarixli vərəsəlik işinə əsasən atası Məmməd Zalovdan miras qalmış əmlaka dair Cavabdeh1 vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Halbuki o bir vərəsə olaraq çağırılmamışdır. Notariat Ofisinə təqdim edilən sənədlərdə adı qəsdən yazılmamışdır. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırilması ilə əlaqədar məhkəməyə ərizə təqdim edərək, ərizədə göstərmişdir ki, Quba rayon Notariat Kontoru tərəfindən Cavabdeh1 adına verilmiş 12 oktyabr 2017-ci il tarixli, 2V-1079 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, JN-340 KOD 30301004 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən atası X11 payçı olduğu torpaq sahəsinin 0,40 hissəsinin Cavabdeh3 özgəninkiləşdirilməsi barədə Quba rayon NK-nun xx.xx.2013-cü il tarixli, 4Ə/02- 754 nömrəli alqı-satqı müqaviləsinin və Cavabdeh3 adına verilmiş Seriya RX ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın; həmin torpaq sahəsinin 0,60 ha hissəsinin Cavabdeh4 özgəninkiləşdirilmiəsinə dair Quba rayon NK-nun xx.xx.2014- cü il tarixli, 4Ə/02-764 nömrəli alqı-satqı müqaviləsinin, Cavabdeh4 adına verilmiş Seriya RX ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və sonradan Cavabdeh4 tərəfindən Cavabdeh5 özgəninkiləşdirilməsi barədə Quba rayon NK-nun xx.xx.2017-ci il tarixli, 4Ə-2357 nömrəli alqı-satqı müqaviləsinin, Cavabdeh5 adına verilmiş Seriya RX ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi və atası X9 miras qalmış əmlakdan vərəsəlik payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh qismində cəlb edilmiş Cavabdeh5 etibarnamə üzrə nümayəndəsi qimsində vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, Cavabdeh5 2017-ci ildən, yəni torpağın alqı-satqısı olduqdan sonra həmin torpaqdan müdaxiləsiz və heç bir kəsin iddiası olmadan davamlı olaraq istifadə etməkdədir. Eyni zamanda bildirir ki, Cavabdeh5 həmin torpaq sahəsinin alıcısı kimi vicdanlı alıcıdır. Təsadüfi deyildir ki, daşınmaz əmlakla bağlı əqdlərin təsdiqlənməsi səlahiyyətlərini həyata keçirən notariat orqanlarının fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda notariusların üzərinə belə əmlakı özgəninkiləşdirən şəxslərin sərəncam hüququna malik olmasının yoxlanılması ilə bağlı bir sıra vəzifələr qoyulur. Belə ki, notariuslar daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında müqavilələri notariat qaydasında təsdiq edərkən onların özgəninkiləşdirən və ya girov qoyan şəxsə məxsus olmasını yoxlayırlar. Notarius özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında müvafiq reyestrdən çıxarışı tələb edir. Yaşayış evinin, mənzilin, bağın, bağ evinin, qarajın, torpaq sahəsinin, digər daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər təsdiq olunarkən əmlakın özgəninkiləşdirilməsinə qadağanın olub-olmaması və ya əmlaka həbs qoyulub-qoyulmaması yoxlanılır. Bunun üçün notarius özgəninkiləşdirməyə qadağanın və həbsin olmadığı barədə arayış tələb edir. Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Mülki qanunvericilikdən göründüyü kimi müqavilə əsasında daşınmaz əmlak əldə edən şəxslərin vicdanlılığı özgəninkiləşdirənin adına reyestrdəki qeydin mövcudluğu, reyestrin məzmununun dəqiqliyi və bu qeydə dair etirazın reyestrə daxil edilməməsi ilə şərtləndirilmişdir. Bu şərtlərin mövcudluğu şəraitində daşınmaz əmlakı əldə edən şəxs vicdanlı hesab edilir və daşınmaz əmlakı özgəninkiləşdirənlə əvvəllər bağlanmış əqdin etibarsızlığı restitusiya qaydasında əmlakın ilkin mülkiyyətçisinə qaytarılması hüquqi nəticəsini doğurmur. Baxılan iş üzrə Cavabdeh5 mübahisəli əmlakı əldə edərkən həmin əmlak dövlət reyestrində Cavabdeh4 adına qeydə alınmışdır. Sonuncular arasında alqı-satqı müqaviləsi bağlanarkən reyestrdə əmlak üzərində yüklülük olmamış, reyestrə qeydə dair etiraz daxil edilməmişdir. İş materiallarında Cavabdeh5 vicdanlı əldə edən olduğunu şübhə altına alan hər hansı sübutlar (məlumatlar) mövcud deyildir. Mülki qanunvericilikdən göründüyü kimi müqavilə əsasında daşınmaz əmlak əldə edən şəxslərin vicdanlılığı özgəninkiləşdirənin adına reyestrdəki qeydin mövcudluğu, reyestrin məzmununun dəqiqliyi və bu qeydə dair etirazın reyestrə daxil edilməməsi ilə şərtləndirilmişdir. Bu şərtlərin mövcudluğu şəraitində daşınmaz əmlakı əldə edən şəxs vicdanlı hesab edilir və daşınmaz əmlakı özgəninkiləşdirənlə əvvəllər bağlanmış əqdin etibarsızlığı restitusiya qaydasında əmlakın ilkin mülkiyyətçisinə qaytarılması hüquqi nəticəsini doğurmur. Baxılan iş üzrə Cavabdeh5 mübahisəli əmlakı əldə edərkən həmin əmlak dövlət reyestrində Cavabdeh4 adına qeydə alınmışdır. Sonuncular arasında alqı-satqı müqaviləsi bağlanarkən reyestrdə əmlak üzərində yüklülük olmamış, reyestrə qeydə dair etiraz daxil edilməmişdir. İş materiallarında Cavabdeh5 vicdanlı əldə edən olduğunu şübhə altına alan hər hansı sübutlar (məlumatlar) mövcud deyildir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsində 354-cü maddəsində müəyyən olunmuş, etibarsız əqdlər üzrə də müddətlər keşmişdir. Yuxarıda göstərilənlərə əsasən iddia ərizəsinin Cavabdeh5 münasibətdə təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh5 nümayəndəsi qismində vəkili Vəkil məhkəmə baxış iclasında ərizəyə uyğun izahat vermiş və orda göstərilənləri öz sözləriylə bir daha təsdiq edərək, iddianın vərəsəliklə bağlı hissədə onlara aidiyyəti olmadığını, lakin Cavabdeh5 aid hissədə rədd edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh4 iddianı ona aid hissədə qəbul etməyərək, həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, sözü gedən mübahisəli ev və torpaq sajhəsi atalarına məxsusdur. İlkin olaraq sənədlərin rəsmiləşdirildiyi barədə qiyabi olaraq məlumatlı olduğunu, lakin ona da pay veriləcəyini ehtimal etdiyini bildirmişdir. Ata evindən hər bir övlada pay düşdüyü kimi, ona da pay düşür. Vərəsəlik hüququ haqqında şəhadətnamə saxta tərtib edilib, o vərəsələr sırasına daxil edilməyib, hesab edir ki, vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli və vərəsəlik payı müəyyən edilməlidir. Həmçinin iddianın digər hissələrdə də təmin edilməsini xahiş etmişdir. İş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X12 izahatında bildirmişdir ki, atasından qalan mirasdan ona düşən payını o da tələb edir və həmin payın müəyyən edilməsini xahiş edir. Bununla bellə bir neçə il əvvəl vərəsəlik rəsmiləşdirilərkən müəyyən pul müqabilində payından imtna etdiyini, hazırda qalan digər əmlaklardan payını istədiyini bildirmişdir. Cavabdeh1 iddianı qəbul etməyərək, izahatında bildirmişdir ki, atasına özü baxıb, onun bütün dəfn xərclərini, yas mərsim xərclərini çəkib, o evdə gəlini və nəvələri yaşayıb, belə ki, vərəsəlik şəhadətnaməsi tərtib edilərkən qanun pozuntusuna yol verilməmişdir. Göstərilənlər nəzərə alınaraq iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh qismində cəlb edilmiş Cavabdeh5 nümayəndəsi qismində vəkili Vəkil elektron ərizə ilə müraciət edərək, məhkəmənin baxış iclasının onun iştirakı olmadan baxılmasını, iddianın Cavabdeh5 aid hissədə təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdeh Quba Regional “ASAN Xidmət” mərkəzində Notariat ofisinin notariusu məhkəməyə ərizə ilə müraciət edərək, işin çoxluğu səbəbindən məhkəmə iclaslarında iştirak edə bilməyəcəklərini nəzərə alıb, işə nümayəndələrinin iştirakı olmadan baxlmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə digər cavabdehlər Cavabdeh3, Cavabdeh4 lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişdilrr. Məhkəmə, Azərbayan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, işə qeyd edilən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, Cavabdeh1 və üçüncü şəxs qismində cəlb edilmiş X5 izahatlarını dinləyib, məhkəmə baxış iclasında İş üzrə cavabdeh qismində cəlb edilmiş Cavabdeh5 nümayəndəsi qismində vəkili Vəkil izahatını və ərizəni, sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********13 reyestr nömrəli çıxarışa əsasən, ünvan 1 ünvanda yerləşən 0.04 ha həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə Cavabdeh1, X2, X13, X5, X11, X7 və X8 adına daşınmaz əmlakın dövlət reyestrində 174 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli 5910 nömrəli arayışdan göründüyü kimi, X4 şəhəri, Əlihüseyn Mustafayev küçəsi, 32 saylı ünvanda yaşamış və xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. Vəfatından sonra vərəsələri--Cavabdeh1 və X12 qalmışdır. xx.xx.2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”nin surətindən göründüyü kimi, xx.xx.2005-ci il tarixdə vəfat etmiş X11 vərəsələri Cavabdeh1 və X1 şəhəri, Əlihüseyn Mustafayev küçəsi, 32 saylı miras əmlakdan ½ hissədə pay almalıdır. Vərəsəlik işi 2V-1079 nömrə ilə qeydiyyata alınmışdır. Məhkəmənin sorğusuna əsasən, AR Ədliyyə Nazirliyi DNA-nin xx.xx.2024-cü il tarixli məlumatından göründüyü kimi, Quba rayon dövlət notariat ofisində xx.xx.1997-cı il tarixdə X15 tərəfindən Cavabdeh1 və xx.xx.2000-ci il tarixdə X10 verdiyi vəsiyyətnamənin qeydə alınıb-alınmaması, vərəsəlik işinin açılıb- açılmaması və surətinin istənilməsi barədə Dövlət notariat arxivinə daxil olmuş müraciətinizə baxılmışdır. Bildirilirik ki, həmin dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2000ci ilə dair vəsiyyətnamələrin qeydə alındığı reyestr kitabına baxış keçirilərkən, xx.xx.2000-ci il tarixdə 69 nömrəsi ilə vəsiyyətnamənin rəsmiləşdirilməsi barədə qeydiyyatın aparıldığı müəyyən edilmişdir, lakin həmin vəsiyyətnaməyə dair notariat işi arxivə təhvil verilməmişdir. Eyni zamanda «Elektron notariat» İnformasiya sistemində X15 tərəfindən Quba rayon notariat ofisində xx.xx.2017-ci il tarixdə 1079 nömrəsi ilə vərəsəlik hüququ haqqında şəhadətnamənin verildiyi müəyyən edilmişdir. Quba rayon notariat ofisində 2017-ci ildə rəsmiləşdirilmiş notariat sənədləri arxivə təhvil verilməmişdir. İş materiallarına əlavə olunan xx.xx.1997-ci il tarixli vəsiyyətnamənin surətindən göründüyü kimi, Quba şəhəri, Bağ küçəsi, 32 nömrəli evdə yaşayan X15 vəfat edəcəyi gün ona məxsus bütün əmlakını oğlu, Cavabdeh1 vəsiyyət etmişdir. Vəsiyyətnamə notarial qaydada təsdiq edilmişdir. İş materiallarına əlavə olunan xx.xx.2000-ci il tarixli vəsiyyətnamədən göründüyü kimi, Quba şəhəri, Bağ küçəsi, 32 nömrəli evdə yaşayan X15 vəfat edəcəyi gün ona məxsus bütün əmlakını, o cümlədən, Quba şəhəri, Bağ küçəsi, 32 nömrəli şəxsi mənzilini qızı, X10 vəsiyyət etmişdir. Vəsiyyətnamə notarial qaydada təsdiq edilmişdir. İş materiallarında olan JN-340 KOD 30301004 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktina əsasən, Quba rayon AİK-ının xx.xx.2000-ci il tarixli 05 saylı qərarı ilə Quba şəhəri ərazisindən 1.00 ha həyətyanı torpaq sahəsi X11, Cavabdeh1, X13, X7, X2 mülkiyyətinə verilmişdir. İş materiallarında olan AZ-İ 156476 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X15 xx.xx.2005-ci il tarixdə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2005-ci il 222 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145 və 1146-cı maddələrinə görə miras fıziki şəxsin ölümü və ya məhkəmə tərəfındən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fıziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Göründüyü kimi, iddiaçı Quba rayon Notariat Kontoru tərəfindən Cavabdeh1 adına verilmiş 12 oktyabr 2017-ci il tarixli, 2V-1079 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini, JN-340 KOD 30301004 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən atası X11 payçı olduğu torpaq sahəsinin 0,40 hissəsinin Cavabdeh3 özgəninkiləşdirilməsi barədə Quba rayon NK-nun xx.xx.2013-cü il tarixli, 4Ə/02- 754 nömrəli alqı-satqı müqaviləsinin və Cavabdeh3 adına verilmiş Seriya RX ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın; həmin torpaq sahəsinin 0,60 ha hissəsinin Cavabdeh4 özgəninkiləşdirilmiəsinə dair Quba rayon NK-nun xx.xx.2014- cü il tarixli, 4Ə/02-764 nömrəli alqı-satqı müqaviləsinin, Cavabdeh4 adına verilmiş Seriya RX ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və sonradan Cavabdeh4 tərəfindən Cavabdeh5 özgəninkiləşdirilməsi barədə Quba rayon NK-nun xx.xx.2017-ci il tarixli, 4Ə-2357 nömrəli alqı-satqı müqaviləsinin, Cavabdeh5 adına verilmiş Seriya RX ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsini və atası X9 miras qalmış əmlakdan vərəsəlik payının müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 mart 2023-cü il tarixli Qərarına əsasən mülki dövriyyənin sabitliyinin təmin edilməsi məqsədi ilə məhkəmələr təqdim olunmuş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq onların əsasında müqavilə üzrə tərəflərin əsl məqsədlərini və iradə ifadələrini dəqiqləşdirməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsini müəyyən etməli, müqavilələrin etibarlı olub-olmamasına düzgün hüquqi qiymət verməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, “Elektron notariat” informasiya sistemində və notariat ofisinin arxivində 07 sentyabr 2000-ci il tarixli 69 reyestr nömrəli vəsiyyətnaməyə dair məlumatlar aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məhkəmə hesab edir ki, vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsızlığına qiymət verilərkən əvvəlcə miras əmlaka faktiki sahiblik etməklə və idarə etməklə miras əmlakın faktiki qəbul edilib-edilməməsi müəyyən olunmalıdır. Bu zaman AR Konstitusiyasının 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat, habelə sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yükqoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır. Qüvvədə olan qanunvericiliklə vərəsəlik işləri ilə bağlı müvafiq sənədləşdirmələrin aparılması səlahiyyəti notariat orqanlarına həvalə edilmişdir. Mülki Məcəllənin 1291, 1321.1 və 1325-ci maddələrinin mənasına görə, vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi ilə bağlı müraciət etmiş vərəsələrə həmin faktların tanınmasının və ya rəsmiləşdirilməsinin təsdiqi olan şəhadətnamənin verilməsi mütləqdir. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə müvafiq olaraq, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir və Mülki Məcəllənin 1321.1-ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarları). Azərbaycan Respublikasının Mülki Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mirası qəbul etmə müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir (Konstitusiya Məhkəməsi Plenumunun T.Mənsurovun şikayəti üzrə 2011-ci il 5 dekabr tarixli Qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci tarixli Qərarına əsasən Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. İşin hallarından göründüyü kimi, Cavabdeh1 və X12 valideynlərinin vəfatından sonra mirasın qəbul edən vərəsələr olmuşlar. Miras əmlakı Cavabdeh1 ona verilən vəsiyyətnamə ilə deyil qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında qəbul etmişdir. İddiaçı qanunla müəyyən olunmuş müddəti ötürülməklə miras əmlakın yerləşdiyi yer üzrə digər vərəsə kimi qanun üzrə vərəsəliyə çağırılmalmamışdır. Habelə İddiaçı məhkəmə iclasında mirasın cavabdeh tərəfindən mülkiyyətinə keçirilməsindən həmin vaxt məlumatlı olduğunu bildirmiş, cavabdehin mirası öz mülkiyyətinə keçirməsindən məlumatlı olsa da, qanunla müəyyən edilmiş müddətdə mirasın qəbul edilməsini mübahisələndirməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Konstitusiya Məhkəməsi Plenumunun A.Nadirova və qeyrilərinin şikayəti üzrə 16 mart 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə kəsici müddət– şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır (B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərar). İddianın JN-340 KOD 30301004 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən atası X11 payçı olduğu torpaq sahəsinin 0,40 hissəsinin Cavabdeh3 özgəninkiləşdirilməsi barədə Quba rayon NK-nun xx.xx.2013-cü il tarixli, 4Ə/02- 754 nömrəli alqı-satqı müqaviləsinin və Cavabdeh3 adına verilmiş Seriya RX ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın; həmin torpaq sahəsinin 0,60 ha hissəsinin Cavabdeh4 özgəninkiləşdirilmiəsinə dair Quba rayon NK-nun xx.xx.2014- cü il tarixli, 4Ə/02-764 nömrəli alqı-satqı müqaviləsinin, Cavabdeh4 adına verilmiş Seriya RX ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və sonradan Cavabdeh4 tərəfindən Cavabdeh5 özgəninkiləşdirilməsi barədə Quba rayon NK-nun xx.xx.2017-ci il tarixli, 4Ə-2357 nömrəli alqı-satqı müqaviləsinin, Cavabdeh5 adına verilmiş Seriya RX ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi ilə bağlı məhkəmə bildirir ki, qeyd edilən hissədə də iddia təmin edilə bilməz. Belə ki, həmin torpaq sahəsinin alıcıları kimi vicdanlı alıcıdırlar, torpaqların alqı-satqısından sonra həmin torpaqdan müdaxiləsiz və iddia olmadan davamlı olaraq istifadə etməkdədirlər. Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq onu da qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MMin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Həmçinin “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 sentyabr 2014-cü il tarixli qərarında da Konstitusyta Məhkəməsi qeyd edir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Mövcud mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda MM-in 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. “X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında da Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, əldə edənin əmlakı onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır. Məhkəmə qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, İddiaçı üçüncü şəxslər Quba Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi və X12 cəlb olunmaqla Cavabdeh1 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və vərəsəlik payının müəyyən edilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı üçüncü şəxslər Quba Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi və X12 cəlb olunmaqla Cavabdeh1 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və vərəsəlik payının müəyyən edilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı alqısatqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-108/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-108/2025
22.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver