Məhkəmə qərarları › İş №2(027)-1081/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1081/2021

20.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1081/2021 20.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X15 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, JN:0008, kod 30329058 saylı Torpağa Mülkiyyət Hüququna X17nın və JN:177F, kod 30329058 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin mərhum X1na və o, yəni Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərziəçi Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onlar bir ailə olmaqla o, Ərizəçi və X1na Quba rayon AİK-nın 24.06.2000-ci il tarixli, 07 saylı qərarı ilə JN:0008, kod 30329058 saylı Torpağa Mülkiyyət Hüququna X17na əsasən 0,74 ha torpaq sahəsi və Quba rayon AİK-nın 22.05.1998-ci il tarixli, 07 saylı qərarı ilə JN:177F, kod 30329058 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən 0,20 ha torpaq sahəsi verilmişdir. Lakin, JN:0008, kod 30329058 saylı Torpağa Mülkiyyət Hüququna X17da və JN:177F, kod 30329058 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə onların adı, ata adı və soyadları yalnış yazılmışdır. Belə ki, JN:0008, kod 30329058 saylı Torpağa Mülkiyyət Hüququna X17nda “Ərizəçi” əvəzinə səhvən “Ərizəçi” anası “X6” əvəzinə səhvən “X7” kimi, JN:177F, kod 30329058 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə Ərizəçi” əvəzinə səhvən “Ərizəçi Abdulcabbar qızı”, “X6” əvəzinə səhvən “X7” kimi qeyd edilmişdir. X1 07.03.1999-cu il tarixində vəfat etmişdir. Dövlət Aktını və Şəhadətnaməni verən AR -DT və XK-i ləğv edilmiş, həmin sənəddəki yalnışlığı başqa yolla düzəliş etdirmək mümkün deyildir. Ona görə də hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında müəyyən olunması tələb olunduğundan, həmin hüquqi faktın təsdiqi ilə əlaqədar məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxs qismində AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “doğum haqqında şəhadətnamə”nin və şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Ərizəçi xx.xx.1964-cü il tarixdə Quba rayonu, Səbətlər kəndində anadan olmuşdur. Onun atası X8 və X1dır. Həmin şəhadətnamədə və şəxsiyyət vəsiqəsində onun atasının adı “Abdulcabar” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X6 07.03.1999-cu il tarixdə Quba rayonu, Səbətlər kəndində vəfat etmişdir. Həmin şəhadətnamədə onun adı, soyadı atasının adı “X6” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş arxiv arayışından görünür ki, Quba rayon, Çiçi kənd XDS icraiyyə komitəsinin 1986-1990-cı illərə aid Səbətlər kəndi üzrə 8 saylı təsərrüfatbaşına kitabında vətəndaş X2 1931-ci ildə anadan olması qeyd edilmişdir. İş materillarına əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna X17nın surətindən görünür ki, X3 və Ərizəçi Abulcabar qızına Quba rayon AİK-nın 24.06.2000-ci il tarixli 07 saylı qərarına əsasən JN-0008, KOD 30329058 saylı Torpağa Mülkiyyət Hüququna X17 tərtib edilərək 0,74 ha torpaq sahəsi verilmişdir. İş materillarına əlavə edilmiş Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədən görünür ki, X3 və Ərizəçi Abulcabar qızına Quba rayon AİK-nın 22.05.1998-ci il tarixli 07 saylı qərarına əsasən JN-177F, KOD 30329058 saylı Torpağa Mülkiyyət Hüququna Dair Şəhadətnamə tərtib edilərək 0,20 ha torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Quba rayon AİK-nın 22.05.1998-ci il tarixli 07 saylı qərarına əsasən X3 və Ərizəçi Abulcabar qızına JN:0008, kod 30329058 saylı Torpağa Mülkiyyət Hüququna X17 tərtib edilərək 0.74 ha torpaq sahəsi və Quba rayon AİK-nın 22.05.1998-ci il tarixli 07 saylı qərarına əsasən X3 və Ərizəçi Abulcabar qızına JN:177F, kod 30329058 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə tərtib edilərək 0.20 ha torpaq sahəsi verilmişdir. X16 və Şəhadətnamədə ərizəçinin mərhum anasının adı “X6” əvəzinə səhvən “X7” kimi, “Ərizəçi” əvəzinə səhvən “Feyzullayev Yaqut” və “X5” kimi qeyd olunmuşdur. Ərizəçi məhkəmədən JN:0008, kod 30329058 saylı Torpağa Mülkiyyət Hüququna X17nın və JN:177F, kod 30329058 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin ona, yəni Ərizəçi Abulcabar qızına və mərhum X1 məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçinin göstərdiyi hal, yəni JN:0008, kod 30329058 saylı Torpağa Mülkiyyət Hüququna X17nın və JN:177F, kod 30329058 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin Ərizəçi və onun mərhum X1na məxsus olması faktı iş materialları ilə təsdiq olunur, ona görə də ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi təmin edilsin. JN:0008, kod 30329058 saylı Torpağa Mülkiyyət Hüququna X17nın Ərizəçi və onun mərhum X1na münasibətdə onlara məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. JN:177F, kod 30329058 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin Ərizəçi və onun mərhum X1na münasibətdə onlara məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar