Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1085/2023 16.08.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, iddiaçı və İddiaçı5 nümayəndəsi İddiaçı1, İddiaçı2, İddiaçı3 oğlu, İddiaçı4 və onların vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 oğlu, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3 və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X8 5 Saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 oğlu, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3nə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, **********43 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla onların paylı mülkiyyətində olan ünvan 1ində yerləşən 0,7037 ha torpaq sahəsinin Cavabdeh1 MMC-yə satılmasına dair Cavabdeh3ndə bağlanmış, reyestrdə 4Ə-675 nömrə ilə qeyd edilmiş AN-İ ******* saylı, 08 aprel 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, **********41 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla onların paylı mülkiyyətində olan ünvan 1ində yerləşən 0,4011 ha torpaq sahəsinin Cavabdeh1 MMC-yə satılmasına dair Cavabdeh3ndə bağlanmış reyestrdə 4Ə-676 nömrə ilə qeyd edilmiş, AN-İ ******* nömrəli, 08 aprel 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onların əsasında Cavabdeh1 MMC-yə verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsinə əlavədə göstərilir ki, qeyd edilən alqı-satqı müqavilələri onların iradə ifadəsini əks etdirməməklə yanaşı, əqdlərin etibarlılığının digər şərtlərinə də cavab vermir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Lakin iş materiallarından da göründüyü kimi qeyd edilən əqdlər notarial qaydada təsdiq edilərkən lazımi subyektlərin iştirakı (səlahiyyətli şəxslərin) da təmin edilməmiş, o cümlədən iş üzrə Cavabdeh3 tərəfindən notariat sahəsində Azərbaycan Respublikasının qanunvericiliyinin tələbləri kobud şəkildə pozularaq notariat əməliyyatları həyata keçirilmişdir. Belə ki, sorğu edildikdən sonra rəsmi qaydada onlara Cavabdeh3 tərəfindən göndərilən alqı-satqı müqavilələrinin təsdiq edilməsinə dair notariat işindən də göründüyü kimi iş üzrə Cavabdeh1 MMC-nin əvəzinə etibarnamə əsasında nümayəndə kimi qeyd edilən X3 fotoşəkli notariat hərəkətlərinə dair sənəddə əks edilməmişdir. Halbuki, Azərbaycan Respublikasında Notarial hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 13-1-ci bəndinə əsasən barəsində notariat hərəkəti aparılmış şəxslərin (və ya onları təmsil edən səlahiyyətli nümayəndələrin) fotoşəkli notariat hərəkətlərinə dair sənəddə əks olunur. Qeyd edilən tələb cavabdeh notariat orqanı tərəfindən kobud şəkildə pozulmuşdur. Hətta iddiaçılar olaraq notariat ofisində Orxan Qaybalıyev adlı şəxsi görməmişlər. Eyni zamanda Cavabdeh3 tərəfindən X1 təsdiq edən sənəd kimi “Elektron notariat” X2 Çıxarışla Bakı şəhəri, 6 saylı notariat ofisində təsdiq edilmiş, reyestr nömrəsi 706573 nömrə olan etibarnamədən çıxarış əlavə edilmişdir. Qeyd edilən sənəd, yəni çıxarış bir daha onu göstərir ki, əqdin tərəflərindən olan Cavabdeh1 MMC-nin nümayəndəsi kimi qeyd edilən şəxs Orxan Qaybalıyevin ümumiyyətlə qeyd edilən əqdi bağalamaqa səlahiyyəti olmamışdır. Hətta o, qeyd edilən alqı-satqı müqavilələrinin imzalanmasında iştirak etsəydi belə, onun notariusa təqdim edə biləcəyi etibarnaməsinin əsli olmamışdır. Ona görə Cavabdeh3 tərəfindən ganunvericiliyin tələbləri kobud şəkildə pozularaq elektron informasiya sistemindən çıxarış çıxarılaraq işə əlavə edilmişdir. Hətta qeyd edilən çıxarışdan da göründüyü kimi Bakı şəhəri, 6 saylı notariat ofisi tərəfindən verilən etibarnamədə etibarnamənin dublikatının etibar edilən şəxsə, yəni X4 verilə bilmədiyi açıq-aşkar qeyd edilmişdir. İddiaçılar tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verilərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022ci il qeydiyyat tarixli, **********43 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla paylı mülkiyyətində olan ünvan 1ində yerləşən 0,7037 ha torpaq sahəsinin Cavabdeh1 MMC-yə satılmasına dair Cavabdeh3ndə bağlanmış, reyestrdə 4Ə-675 nömrə ilə qeyd edilmiş AN-İ ******* saylı, 08 aprel 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022ci il qeydiyyat tarixli, **********41 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla paylı mülkiyyətində olan ünvan 1ində yerləşən 0,4011 ha torpaq sahəsinin Cavabdeh1 MMC-yə satılmasına dair Cavabdeh3ndə bağlanmış reyestrdə 4Ə-676 nömrə ilə qeyd edilmiş, AN-İ ******* nömrəli, 08 aprel 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında onlara məxsus torpaq sahələrinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh1 MMC-nin adına verilmiş 17 may 2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********43 reyestr nömrəli və 17 may 2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********41 reyestr nömrəli çıxarışların ləğv edilməsi, hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 400 manat məbləğində pulun və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun iş üzrə cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirik. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışdır ki, Quba Rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 15 nömrəli qərarı ilə onlara və X5 torpağa mülkiyyət hüququna dair JN-278 KOD 30324018 saylı dövlət aktı ilə ünvan 1i ərazisindən 1,85 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Mülkiyyətçilərdən X6 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra Quba Regional ASAN Xidmət Mərkəzində fəaliyyət göstərən notariat ofisi tərəfindən 01 aprel 2022-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilərək hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********43 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,7037 ha olan torpaq sahəsinin və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********41 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,4011 ha olan torpaq sahəsinin X5 çatan hissəsindən ibarət miras əmlaka onlara hər birinin 1/5 hissədə payı müəyyən edilmişdir. Bundan sonra onlara qeyd edilən torpaq sahələri ilə bağlı, yəni ünvan 1ində yerləşən 0,7037 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, **********43 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, ünvan 1ində yerləşən 0,4011 ha torpaq sahəsinə dair isə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, **********41 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışlar almışlar. Onlara qeyd edilən sənədləşmə işlərini həyata keçirərkən iş üzrə Cavabdeh2 guya onlara köməklik etmiş və sənədlər hazır olduqdan sonra qeyd edilən torpaq sahəsini kəndə daha yaxın olan torpaq sahəsi ilə dəyişdirəcəyi vədini verərək torpağın sənədlərini onlardan almışdır. Cavabdeh2 onlara bildirmişdir ki, hazırki torpaq sahənin qonşuluğunda Cavabdeh1 MMC adlı şirkət fəaliyyət göstərir və həmin şirkət öz ərazilərini qonşuluqdakı torpaq sahələrini də əldə etməklə genişləndirmək istəyir. Onlara torpaq sahəni də şirkətə verdikdən sonra kəndə daha yaxın ərazidən eyni ölçüdə torpaq sahəsi onlara veriləcəkdir. Daha sonra 08 aprel 2022-ci il tarixdə onlara, yəni İddiaçı1 və İddiaçı2 digər torpaq mülkiyyətçilərindən etibarnamələr aldıraraq Qusar rayon notariat kontoruna apararaq reyestrdə 4Ə-675 nömrə ilə qeyd edilmiş AN-İ ******* saylı və reyestrdə 4Ə-676 nömrə ilə qeyd edilmiş, AN-İ ******* nömrəli alqı-satqı müqavilələrinə imza etdirmişlər. Qeyd edilən müqavilələr imzalanarkən onlara bu müqaviləyə imza etdikdən sonra kəndə daha yaxın ərazidən onlara torpaq sahəsinin veriləcəyi və lazimi sənədləri hazırlamaq üçün bu müqavilənin şərt olduğu bildirilmişdir. Həmin müqavilələrə imza etdikdən sonra bir müddət onlara daha yaxın ərazidən torpaq sahəsinin veriləcəyini səbirsizliklə gözləməyə başlamışlar. Lakin iş üzrə cavabdeh olan həm Cavabdeh1 MMC-dən həm də Cavabdeh2 heç bir xəbər çıxmadığını gördükdə hüquq mühafizə orqanlarına müraciət etməli olmuşlar. Bu zaman da iş üzrə Cavabdeh2 öz əl yazısı ilə iltizam yazaraq onların torpaq sahələrini yerdəyişmə ilə bağlı digər Cavabdeh1 MMC-yə verdiyini, əvəzində isə özünün həmin şirkətdə olan 2,90 ha torpaq sahəsindən 1,10 ha hissəni onlara verəcəyini, lakin qeyd edilən şirkətdən 1,10 ha torpaq sahəsinin əvəzinə 2,90 ha torpaq sahəsi ala bilmədiyi üçün məsələni həll edə bilmədiyini bildirmiş və 08 dekabr 2022-ci ilə kimi onların sənədlərini qaytaracağını, alqı-satqı zamanı pul verilmədiyini də bildirmişdir. Cavabdehlər bundan sonra onlara hər hansı torpaq sahəsi vermək niyyətində deyillər, onların yeganə niyyəti alqı-satqı adı altında əvəzsiz onların torpaq sahəsini ələ keçirməkdən ibarət olmuş və onlar aldadılmışlar. Alqı-satqı müqavilələri Quba rayonu ərazisində Quba Regional ASAN Xidmət mərkəzində notariat ofisi fəaliyyət göstərdiyi halda, Qusar rayonunda fəaliyyət göstərən notariat ofisində icra edilmişdir. Onların aldadılmasının ən bariz sübutlarından biri də odur ki, müqavilələrin adı alqı-satqı olsa da, alıcı kimi qeyd edilmiş Cavabdeh1 MMC onlara alqı-satqı müqavilələrində qeyd edilən 4000 manat məbləğində və 3000 manat məbləğində ödənişləri ödəməmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC onları aldadaraq onlara məxsus əmlakı sənəd üzərində ələ keçirmişlər. Lakin bu günə kimi həm Cavabdeh2, həm də Cavabdeh1 MMC onlara torpaq sahəni ələ keçirsələr də, əvəzində ödəniş etməmiş və ya da daha yaxın ərazidən eyni ölçüdə torpaq sahəsini onların mülkiyyətinə keçirməmişlər. Onlarla Cavabdeh1 MMC arasında bağlanmış alqı-satqı müqavilələri onların iradə ifadəsini əks etdirmir, cavabdehlər bilərəkdən öz hərəkətləri ilə onlarda səhv fikir formalaşdıraraq bu fikrə görə iradə ifadə etməyə sövq etmişlər. Torpaq sahələrinin dəyişdirilməsi ilə bağlı yalan məlumat verməsəydilər onlar qeyd edilən əqdləri bağlamamış olardılar. Hal-hazırda cavabdehlərin qanunsuz əməlləri nəticəsində mülkiyyət hüquqları kobudcasına pozulduğu üçün pozulmuş hüquqların bərpası üçün məhkəməyə müraciət etməyə məcbur olmuşlar. Qusar rayonunda fəaliyyət göstərən notariat ofisində təsdiq edilmiş reyestrdə 4Ə-675 nömrə ilə qeyd edilmiş AN-İ ******* saylı və reyestrdə 4Ə- 676 nömrə ilə qeyd edilmiş, AN-İ ******* nömrəli alqı-satqı müqavilələri etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 iddianı müdafiə edəək, analoji ifadə verdi və əlavə suallara cavab olaraq bildirdi ki, Cavabdeh2 deməsinə görə, sənədlərin bazası Qusar şəhərində yerləşdiyi üçün, müqavilə orada bağlanmalı idi. Ona görə aralarındakı müqavilə Qubada deyil Qusarda bağlnamışdır. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında digər iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıların vəkili və nümayəndəsi Vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirdi ki, Cavabdeh2 özü iltizam verərək, həqiqətən də o, iddiaçılara onların torpaq sahəsinin əvəzinə başqa torpaq sahəsi verəcəyini vəd etmişdir. Bundan başqa alqı-satqı müqaviləsi bağlanılan zaman notariat haqqında təlimata əməl olunmamışdır. Bu da alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsasdır. Bundan savayi, alqı-satqı müqaviləsi əsas şərtlərindən biri odur ki, əmlak satılan zaman qarşılığında alıcı satıcıya müəyyən edilmiş məbləğdə pul verir. Lakin bununla bağlı hər hansı bank hesabı çıxarışı və s. sənəd yoxdur. O cümlədən, alqı-satqı zamanı iddiaçılara pul məbləğinin ödənilməməsi barədə Cavabdeh2 özü iltizamında etiraf etmişdir. Sonda iddia tələbinin əsaslı olması səbəbindən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2, Cavabdeh1 MMC-nin, Cavabdeh3 və "Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" X8 5 Saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçı5 vəkili və nümayəndəsi Vəkil2 məhkəmə iclasında ərizə verərək, cavabdehlərin iclaslarda iştirak etmədiyini, bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiyini bildirirərək, işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçıların vəkili və nümayəndəsinin işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehlərin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməyinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçı və İddiaçı5 nümayəndəsi İddiaçı1, İddiaçı2, İddiaçı3 oğlu, İddiaçı4 və onların vəkili və nümayəndəsi Vəkil2 dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-278 KOD 30324018 saylı dövlət aktından görünür ki, Quba Rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 15 nömrəli qərarı ilə onlara və X5 ünvan 1i ərazisindən 1,85 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********43 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,7037 ha olan torpaq sahəsinə İddiaçı1, İddiaçı2, İddiaçı3 oğlu, İddiaçı4 və İddiaçı5 hər birinin 1/5 hissədə payı müəyyən edilmişdir. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********41 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,4011 ha olan torpaq sahəsinə İddiaçı1, İddiaçı2, İddiaçı3 oğlu, İddiaçı4 və İddiaçı5 hər birinin 1/5 hissədə payı müəyyən edilmişdir. İş materiallarında olan Qusar rayon notariat kontorunda 4Ə-675 nömrə ilə qeydə alınmış xx.xx.2022-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı1, İddiaçı2, İddiaçı3 oğlu, İddiaçı4 və İddiaçı5 ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,7037 ha olan torpaq sahəsini Cavabdeh1 MMC-nə satılmışdır. İş materiallarında olan Qusar rayon notariat kontorunda 4Ə-676 nömrə ilə qeydə alınmış xx.xx.2022-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı nömrəli alqısatqı müqaviləsindən görünür ki, İddiaçı1, İddiaçı2, İddiaçı3 oğlu, İddiaçı4 və İddiaçı5 ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,4011 ha olan torpaq sahəsini Cavabdeh1 MMC-nə satılmışdır. İş materiallarında olan Cavabdeh2 iltizamında görünür ki, o, iddiaçılara məxsus torpaq sahələrini yerdəyişmə ilə bağlı Cavabdeh1 MMC-yə verdiyini, əvəzində isə özünün həmin şirkətdə olan 2,90 ha torpaq sahəsindən 1,10 ha hissəni iddiaçılara verəcəyini, Cavabdeh1 MMC-dən 1,10 ha torpaq sahəsinin əvəzinə 2,90 ha torpaq sahəsi ala bilmədiyi üçün məsələni həll edə bilmədiyini bildirmiş və 08 dekabr 2022-ci ilə kimi onların sənədlərini qaytaracağını, eyni zamanda alqı-satqı zamanı pul verilmədiyini bildirmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. “B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 09 dekabr 2019-cu il tarixli qərarında qeyd olunur ki. Mülki Məcəllənin qeyd edilən normasına uyğun olaraq, aldatma bilərəkdən öz hərəkətləri ilə başqa şəxslərdə səhv fikir formalaşdırmaq və ya onların səhv fikirlərinin davam etməsinə səbəb olmaqla onların bu fikrə görə iradə ifadə etməyə sövq edilməsi və bunun nəticəsində əqdin bağlanılması hallarını ifadə edir. Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: - Aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; - Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formlaşdırılmış olmalıdır; - Müqavilə məhz aldadılma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki, aldadılma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı. Belə ki, bu növ iddia tələbi üzrə araşdırılma zamanı məhkəmələr tərəfindən əqdi əmələ gətirən iradə ifadəsinin aldadılma nəticəsində edilib-edilmədiyi yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında da qeyd olunur ki, Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,7037 ha və 0,4011 ha olan torpaq sahələri ümumi birgə mülkiyyət kimi iddiaçılar - İddiaçı1, İddiaçı2, İddiaçı3 oğlu, İddiaçı4 və İddiaçı5 məxsus olmuşdur. Müqavilənin şərtlərinə görə iddiaçılara kəndə daha yaxın ərazidən torpaq sahəsi veriləcəkdir. İddiaçı1, İddiaçı2, İddiaçı3 oğlu, İddiaçı4 və İddiaçı5 ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,7037 ha olan torpaq sahəsini Cavabdeh1 MMC-nə satmış, xx.xx.2022-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı nömrəli alqı-satqı müqaviləsinə əsasən, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,4011 ha olan torpaq sahəsini Cavabdeh1 MMC-nə satmış və onun adına qeyd edilən sahəyə dair mülkiyyət hüquqları qeydə alınmışdır. İddiaçı tərəf mübahisə predmeti sayılan müqavilələrin aldadıcı olmasını, “yalançı” əqd olduğu iddia edirlər və müqavilələrin etibarsızlığını onunla əsaslandırırlar ki, Cavabdeh2 iddiaçılara məxsus torpaq sahələrini kəndə daha yaxın olan torpaq sahəsi ilə dəyişdirəcəyi vədini verərək torpağın sənədlərini onlardan almış və sözügedən torpaq sahələrini Cavabdeh1 MMC-nə satmasını təklif etmişdir. İddiaçılarla Cavabdeh1 MMC arasınmda formal alqı-satqı müqaviləsi bağlanılmışdır. İşin hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqavilələri imzalandıqdan sonra iddiaçılar bir müddət onlara daha yaxın ərazidən torpaq sahəsinin veriləcəyini gözləmişlər, müsbət nəticə əldə etmədikləri üçün müvafiq qaydada şikayət etmişlər. Bundan sonra Cavabdeh2 iltizam yazaraq iddiaçılara məxsus torpaq sahələrini yerdəyişmə ilə bağlı digər Cavabdeh1 MMCyə verdiyini, əvəzində isə özünün həmin şirkətdə olan 2,90 ha torpaq sahəsindən 1,10 ha hissəni iddiaçılara verəcəyini, Cavabdeh1 MMC-dən 1,10 ha torpaq sahəsinin əvəzinə 2,90 ha torpaq sahəsi ala bilmədiyi üçün məsələni həll edə bilmədiyini, 08 dekabr 2022-ci ilə kimi iddiaçıların sənədlərini qaytaracağını, əlavə olaraq alqı-satqı zamanı iddiaçılara pul verilmədiyini bildirmişdir. Sonuncu hal alqı-satqı müqaviləsinin formal xarakterli olmasının əsas göstəricisidir. Müqavilələr bağlanarkən iddiaçılar özlərinə məxsus olmuş torpaq sahələrini cavabdeh şirkətə satsalar da, iddiaçılara hər hansı bir məbləğdə pul verilməmişdir. Məhkəmə ümumilikdə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, əqdin etibarsızlığı dedikdə Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Ağır vəziyyətə düşmüş şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdlər də mübahisələndirilən əqdlər kateqoriyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün digər tərəfin həmin şəxsin ağır vəziyyətə düşməsini bilməsi və bu haldan istifadə edərək əqdin bağlanmasına nail olması tələb olunur və belə əqdin bağlanması nəticəsində ağır vəziyyətə düşmüş şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuş olur. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinin tələbinə görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.4-cü maddəsinin tələbinə görə müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi zəruridir; 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə işin araşdırılmış halları baxımından hesab edir ki, iddiaçıların irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmaqdadır. Belə ki, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin bağlanması üçün hər şeydən əvvəl tərəflərin arzusu, istəyi olmalıdır. Əqdlər aşağıdakı əlamətlərlə xarakterizə olunur: 1) əqd həmişə iradəvi akt olub, adamların hərəkətlərini ehtiva edir; 2) əqd hüquqauyğun hərəkətdir; 3) əqd xüsusi olaraq mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və xitamına yönələn hərəkətdir; 4) əqd müəyyən hüquqi nəticələr əmələ gətirən hərəkətdir. Mülki qanunvericilikdə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən birinin qüsurlu olması vacibdir: 1) subyekt tərkibinə görə; 2) məzmununa görə; 3) formasına görə; 4) iradə və iradə ifadəsinə görə. Qanunvericinin tələblərinə əsasən alqı-satqı müqavilələri bağlanarkən tərəflərin iradə ifadəsi müqavilələrin bağlanılmasının zəruri şərtidir. Hər hansı əqdin (o cümlədən, alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununu qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsi). Beləliklə də, məhkəmə toplanmış sübutlara məcmü halında qiymət verərək hesab edir ki, işin araşdırılmış halları ilə müəyyən edilir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 oğlu, İddiaçı4 və İddiaçı5 ilə Cavabdeh1 MMC arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsasdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 oğlu, İddiaçı4 və İddiaçı5 paylı mülkiyyətində olan ünvan 1ində yerləşən 0,7037 ha torpaq sahəsinin Cavabdeh1 MMC-yə satılmasına dair Cavabdeh3ndə bağlanmış, reyestrdə 4Ə-675 nömrə ilə qeyd edilmiş AN-İ ******* saylı, 08 aprel 2022-ci il tarixli və 4Ə-676 nömrə ilə qeyd edilmiş, AN-İ ******* nömrəli, 08 aprel 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqavilələri etibarsız hesab edilməli, 4Ə-675 nömrə ilə qeyd edilmiş AN-İ ******* saylı, 08 aprel 2022-ci il tarixli və 4Ə-676 nömrə ilə qeyd edilmiş, AN-İ ******* nömrəli, 08 aprel 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqavilələri əsasında Cavabdeh1 MMC-yə verilmiş çıxarışlar ləğv edilməlidir. Bundan başqa nəzərə alınmalıdır ki, pozulmuş hüququnun bərpası ilə bağlı iddiaçılara hüquqi yardım almaq üçün vəkil ilə “Hüquqi yardım müqaviləsi” bağlamış və müqavilə üzrə 400 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Odur ki, qeyd edilən 400 manat cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 oğlu, İddiaçı4 və İddiaçı5 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçılar tərəfindən dövlət büdcəsinə köçürülmüş 100 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçılara verilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 oğlu, İddiaçı4 və İddiaçı5 paylı mülkiyyətində olan ünvan 1ində yerləşən 0,7037 ha torpaq sahəsinin Cavabdeh1 MMC-nə satılmasına dair Cavabdeh3ndə bağlanmış, reyestrdə 4Ə-675 nömrə ilə qeyd edilmiş AN-İ ******* saylı, 08 aprel 2022-ci il tarixli və 4Ə-676 nömrə ilə qeyd edilmiş, AN-İ ******* nömrəli, 08 aprel 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqavilələri etibarsız hesab edilsin. 4Ə-675 nömrə ilə qeyd edilmiş AN-İ ******* saylı, 08 aprel 2022-ci il tarixli və 4Ə-676 nömrə ilə qeyd edilmiş, AN-İ ******* nömrəli, 08 aprel 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqavilələri əsasında Cavabdeh1 MMC-nə verilmiş 17 may 2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********43 reyestr nömrəli və 17 may 2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********41 reyestr nömrəli çıxarışlar ləğv edilsin. Hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 400 (dörd yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 oğlu, İddiaçı4 və İddiaçı5 verilsin. Dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi olan 100 (bir yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 oğlu, İddiaçı4 və İddiaçı5 verilsin. Cavabdehlər qiyabi qətnaməni aldıqdan (rəsmi qaydada verildikdən) sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Quba Rayon Məhkəməsinə ərizə verə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1085/2023
Quba Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(027)-1085/2023
16.08.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver