Məhkəmə qərarları › İş №2(027)-1089/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1089/2022

17.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1089/2022 17.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi ilə Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı və cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “cərimənin və ziyanın silinməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən Quba şəhəri, T.Əhmədov küçəsi 6/7də yerləşən mənzilinə yazılmış qanunsuz cərimənin tam silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdi ki, ünvan 1 ünvanında yerləşən mənzilinə nəzarətçilərin verdiyi bildirişə görə 600 manat cərimənin yazıldığı məlum olub, halbuki 15 dekabr 2017-ci ildə onu evdən çağıraraq bildiriblər ki, qaz sayğacı işləmədiyinə görə dəyişiblər, lakin sayğaca müdaxilə qeydə alınmayıb, niyə onun iştirakı olmadan dəyişdirildiyindən o anlayıb ki, icra hakimiyyətinin sifarişi ilə fırıldaq işlədiblər, yazılmış aktda sayğaca müdaxilə olunmadığı, lakin sərfiyyatın qeydə alınmadığı göstərilib. Azəriqazın Quba rayon Qaz İstismarı idarəsinin nəzarətçiləri tərəfindən 15 gündən bir sayğaclara baxış keçirilərək ödəniş qəbzləri yazılır, burda sual ortaya çıxır ki,əyər qaz sayğacı işləməyibsə, onlar sərfiyyat barədə hardan bildiriş yazıblar. Azəriqaz İB Xaçmaz Rİİ-nin xx.xx.2018-ci il tarixli aktını nəzarətçilər onlara veriblər,lakin həmin akt tam qanunsuz yazılıb, mənzildəki qaz işlədicilərinin sayı uydurma yazılıb, halbuki mənzilə onlar tərəfindən baxılmayıb və həmən avadanlıqlar yoxdur, 90 günün sərfiyyatını göstərməklə özlərinin hərəkətlərini ifşa ediblər,aktda sayğacın dəyəri və dəymiş ziyan göstərilib, sayğaca müdaxilə olmayıbsa və qərar ekspert rəyi ilə təsdiq olunmayıbsa onun dəyərinin və ziyanın yazılması tam qanunsuzdur. Belə ki, Xaçmaz RQİİ tərəfindən AR NK-nin xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə qaydaları"nın 4.8,4.9 v. 5.4-cü bəndlrinin tələbləri pozulmuşdur, orda istehlakçının qaz sayğaclarının saxlanılmasına məsuliyyət daşımadığı göstərilib, məsuliyyəti Azəriqazın özləri daşıyırlar. Cərimənin silinməsi barədə yerli və baş idarələrinə müraciət edib, AR Enerqetika Nazirliyinin Enerji X1 Xaşmaz filialından Dövlət qaz nəzarət idarəsindən yerində gəlib yoxlandıqdan sonra akt tərtib olunmuş akta da cərimənin qanunsuz yazıldığı göstərilib və Azəriqaza cərimənin silinməsi barədə məktub göndərilsə də nəticəsi olmayıb, 1124 manat borcun olduğu barədə bildiriş verilib, qanunsuz yazılmış 300 manat borca görə də məhkəmənin qətnaməsinnə əsasən onların cinayət əməllərindən şikayət etdiyinə görə silinib, lakin qanunsuz yazılmış 600 manat cərimə silinməyib. AR Nazirlər kabinetinin qərarına və İstelakçıların hüquqların müdafiəsi haqqında qanuna görə qazın verilməsi əhaliyə ikitərəfli müqavilə əsasında veriiməlidir, lakin Azəriqaz tərəfindən normalara uyğun qaz verilmədiyindən və oz maxinasiylarına görə müqavilə bağlanmır.Belə ki, xarici neft şirkətləri tərəfindən verilən səmt qazı əhaliyə təmizləndikdən sonra verilməlidir, lakin cavabdeh tərəfindən standartlara cavab verməyən qaza görə onlardan təmiz qazın qiyməti tələb olunur. Bundan əlavə yanvar ayında limitdən əlavə verilən qaza görə borc yazılır, həmçinin təmir adı ilə qazın verilişi dayandırıldıqda xətlərə hava anılaraq əlavə təzyiq yaradılır ki,bu da qəzalara səbəb olur. Bu faktlara görə də ekspertiza təyin olunmalıdır. Sumqayıt Apellyasiya məhkəməsinin qətnaməsinə əsasən silinməli olan borcu da ondan tələb edirlər, halbuki dəfələrlə qətnamə onlara və icra şöbəsinə göndərilb, qanuni qüvvəyə minmiş qətnamənin vaxtında icra etmədiyinə cavabdeh barəsində AR CM 306-cı maddəsi ilə cinayət işi qaldırılmalıdır. Ona görə də qanunsuz yazılmış cərimənin silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır və AR MPMnin 265-ci maddəsi ilə xüsusi qərardad çıxarılmalıdır. AR MPM-nin 53-cü və 97-101 ci maddələrinə görə də iddia təiəbi artılıra bilər və ekspertizanın keçirilməsini və buna əsasən də bütün cərimənin silinməsi barədə qərar çıxarılmasını məhkəmədən tələb edə bilər. Odur ki, iddiaçı "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən Quba şəhəri, T.Əhmədov küçəsi 6/7-də yerləşən mənzilinə yazılmış qanunsuz cərimənin tam silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək göstərdi ki, İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, abonent İddiaçı ’’Azəriqaz” X5 RQİİ-si ilə bağlanmış “Qazpaylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə” əsasında təbii qazdan istifadə edir və abonent kimi Xaçmaz RQİİ-nin Quba xidmət sahəsində qeydiyyatdadır. Ona **********00640 saylı abonent kodu verilmişdir. Abonent İddiaçı üçün Elster tipli G-4 markalı məişət qaz sayğacı quraşdırılmışdır. xx.xx.2017-ci il tarixdə Xaçmaz RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsinin işçiləri tərəfindən abonent İddiaçı qaz sayğacına baxış keçirən zaman sayğacın keçən qazı qeyd etmədiyi müəyyən edilmiş, buna görə də sayğac xətdən açılaraq dövlət yoixlamasına göndərilmişdir. İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin 29-1710-0036-1 saylı aktına əsasən sayğaca “Xətaları təyin etmək mümkün olmadı, sayğacın hesablama mexanizmi, keçən qazın həcmini qeyd etmir” rəyi verilmişdir. Bu rəyə görə İddiaçı barəsində xx.xx.2018-ci il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. Bu akta əsasən abonentə itirilmiş qazın bərpası üçün mövcud qanunvericiliyin normativ aktlarına uyğun olaraq 3024 m3 və ya 604,80 manat ziyan məbləği hesablanmış və Müqavilənin 3.3-cü bəndinə istinadən abonent koduna işlənilmişdir. Bundan narazı qalan İddiaçı ziyan məbləğinin əsassız hesablanmış borc kimi silinməsi üçün Quba rayon məhkəməsinə müraciət etmiş, məhkəmə sayğaca müdaxilənin məhz abonent tərəfindən edilməsinin sübut olunmadığı üçün iddiaçının tələbinin təmin edilməsi barədə Qətnamə qəbul etmişdir. Məhkəmə Qətnaməsi icraya yönəldilərək xx.xx.2019-cu il tarixdə İddiaçı abonent kodundan onun barəsində xx.xx.2018-ci il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən hesablanmış 604,80 manat məbləğ silinmişdir. Borcun silinməsi AGİS - proqramına işlənilmiş və abonent saldosundo əks olunmuşdur. Lakin abonent İddiaçı eyni borc məbləğinin silinməsi üçün dəfələrlə məhkəmədə iddia qaldırmış,hər dəfə iddiası rədd edilmişdir. İddiaçı hazırda təbii qazdan istifadəyə görə 929.70 manat borcu vardır. Bu borç məbləği onun qaz işlədici cihazlarında istehlak etdiyi sayğacla müəyyən edilən debitor borcudur. Burdan aydın olur ki, iddiaçını tələbi Qanuna, sübut və dəlillərə əsaslanmır, idiaçının öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürülən fikridir. Cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi sadalananlara hüquqi qiymət verilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi X3 dinləyib, məhkəmə baxışında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan abonent İddiaçı adına olan **********00640 nömrəli abonentin saldosundan görünür ki, “Azəriqaz” İB-nin tərəfindən hesablanmış 604,80 manat ziyan məbləği abonent bazasından silinmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Energetika Nazirliyi Enerli MəsələləriniX6 filialınını xx.xx.2022-ci il tarixli AERA-25-6/22 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı müraciətinə əsasən, məhkəmə qətnaməsinin icrası ilə əlaqədar “Azəriqaz” İB-nin tərəfindən 604,80 manat məbləğ ona məxsus mənzilin qaz hesabından silinməsi qeyd edilmişdir. İş materiallarında olan AZE 00****** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı Quba rayonu Zərdabi kəndində qeydiyyatdadır. Məhkəmədə müəyyən edildi ki, abonentin saldosuna və Azərbaycan Respublikası Energetika Nazirliyi Enerli Məsələlərini X6 filialınını xx.xx.2022-ci il tarixli AERA-25-6/22 nömrəli məktubuna əsasən, “Azəriqaz” İB-nin tərəfindən İddiaçı hesablanmış 604,80 manat ziyan məbləği 2019-cu il iyul ayında onun abonent bazasından silinmişdir. Şərh edilənləri və iddiaçının abonent hesabından silinməsini iddia etdiyi 604,80 manat məbləğdə borcun İddiaçı abonent hesabından silindiyini nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “cərimənin və ziyanın silinməsi” barədə iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82, 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “cərimənin və ziyanın silinməsi” barədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar