Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1090/2022 04.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı Ayvazova Marina Eduardovnanın nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Ayvazova Marina Eduardovnanın cavabdeh X4 qarşı “atalığa dair akt qeydinin etibarsız hesab edilməsi” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ayvazova Marina Eduardovna iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14 oktyabr 2019-cu il təvəllüdlü qızı Angelina Ayvazovanın atası olmamasının müəyyən edilməsi və Cavabdeh X1 atası hesab edilməsi barədə Quba rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05 dekabr 2019-cu il tarixli 88 nömrəli akt qeydinin etibarsız hesab edilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiçı Ayvazova Marina Eduardovna iddiasını onunla əsaslandırmışdır ki, o, İddiaçı xx xxxxxx 1990-ci il tarixdə Quba şəhərində doğulmuşdur. Cavabdeh ilə tanış olmuşdur. Onunla şəxsi münasibətləri yaranmışdır. Bir müddət bir yerdə yaşamışlar. Sonradan ondan ayrılmış və başqa bir yerdə yaşamışdır. Onun bir qızı doğulmuş, həmin qızının Cavabdeh doğulmasına şübhələndiyi üçün qızı Angelinaya doğum haqqında şəhadətnamə alarkən atası qrafasında Cavabdeh kimi göstərmişdir. Sonradan Cavabdehla birlikdə Quba rayon Qeydiyyat şöbəsinə gedərək atalığın müəyyən edilməsi haqqında şəhadətnamə almışdır. Bir neçə aydır ki, qızı Angelinanın Cavabdeh doğulmadığını aydınlaşdırmışdır. Onun Cavabdeh yox, yaxın münasibətdə olduğu X3 doğulduğunu müəyyən etmişdir. Bundan sonra o, atalığın müəyyən olunması ilə bağlı Quba rayon Qeydiyyat şöbəsinə müraciət etsə də, bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Bu səbəbdən də atalığın müəyyən olunması və akt qeydinin etibarsızlığı tələbinə dair iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iddiaçı Ayvazova Marina Eduardovnanın nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmiş və bildirmişdir ki, cavabdeh uşağın bioloji atası deyil. Cavabdeh notariat qaydada təsdiqlənmiş ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, 14 oktyabr 2019-ci il tarixdə, Quba şəhərində, İddiaçı doğulmuş X1 barəsində atalığın müəyyən edilməsi haqqında akt qeydinin (atalığın müəyyən edilməsi faktının) ləğvi haqqında iddianı qəbul edir və bu barədə olan iddianın tələblərini etiraf edir. İddianın tamamilə təmin edilməsini və bu barədə işə onun iştirakı olmadan baxılmasını xahiş edir. Ərizənin məzmunu və əhəmiyyəti ona aydındır, gələcəkdə də bu barədə heç bir iddia və tələbi olmayacaqdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Quba rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materillarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 14.10.2019-cu il tarixdə doğulmuşdur. Həmin şəhadətnamənin ata qrafasında Cavabdeh adı qeyd edilmişdir. İş materiallarında olan “atalığın müəyyən edilməsi haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh 14.10.2019-cu ildə Ayvazova Marina Eduardovnadan doğulmuş X1 atası hesab edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, 05.12.2019-cu il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnaməyə əsasən Cavabdeh 14 oktyabr 2019cu il təvəllüdlü qızı Angelina Ayvazovanın atası hesab edilmişdir. İddiaçı Cavabdeh 14 oktyabr 2019-cu il təvəllüdlü qızı Angelina Ayvazovanın atası olmamasının müəyyən edilməsini və Quba rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş Cavabdeh qızı X1 atası hesab edilməsi barədə 05 dekabr 2019-cu il tarixli 88 nömrəli akt qeydinin etibarsız hesab edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəməyə ərizə ilə müraciət edərək, iddianı etiraf etmiş və iddianın təmin edilməsinə etirazı olmadığını bildirmişdir. Cavabdeh 14 oktyabr 2019-cu il təvəllüdlü qızı Angelina Ayvazovanın bioloji atası olmadığı məhkəmə araşdırması zamanı sübuta yetirilmişdir. Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə qeyd olunan iddia üzrə cavabdehin iddianı etiraf etməsini, yuxarıda göstərilən Qanunun maddəsinə əsasən, qanuna zidd olmadığını müəyyən edir. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyil, hər hansı şəxsin hüquqların və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.3-cü maddəsinə əsasən, uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 192-ci maddəsinə əsasən, adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Ailə Məcəlləsinin 47.1-ci maddəsinə əsasən Bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Ailə Məcəlləsinin 43-cü maddəsinə əsasən valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. Məhkəmə, iş üzrə müəyyən olunmuş faktiki hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 14.10.2019-cu ildə Ayvazova Marina Eduardovnadan doğulmuş Angelina Ayvazovanın atası hesab ediləməsinə dair 05.12.2019-cu il tarixdə Quba rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş və həmin tarixli 88 nömrə ilə akt qeydləri kitabında qeyd edilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamə etibarsız edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin olunsun. Cavabdeh 14.10.2019-cu ildə Ayvazova Marina Eduardovnandan doğulmuş Angelina Ayvazovanın atası hesab ediləməsinə dair 05.12.2019-cu il tarixdə Quba rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş və həmin tarixli 88 nömrə ilə akt qeydləri kitabında qeyd edilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamə etibarsız edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1090/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1090/2022
04.05.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver