Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1092/2022 12.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X15 qızının katibliyi, Ərizəçi nümayəndəsi X8 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-195F KOD 30321098 nömrəli Şəhadətnamənin ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi və ailə üzvlərinə olan digər mülkiyyətçilər X6, X11, X9, X12 və X7 Quba rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli 08 saylı qərarı ilə Quba rayonu, Qam-qam kəndi ərazisindən 0.12 ha fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmış və adlarına mülkiyyətlərini təsdiq edən JN-195F Kod 30321098 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə verilmişdir. Qeyd olunan Torpağın Mülkiyyətə X2 Ərizəçi soyadı və adı düzgün yazılsa da, atasının adı Səfərəli əvəzinə Səfərqulu kimi səhvən yazılmışdır. Hazırda qeyd olunan torpaq sahəsini özgəninkiləşdirmək istəyir. Lakin Torpağın Mülkiyyətə X5 atasının adı düzgün qeyd edilmədiyi üçün özgəninkiləşdirməni həyata keçirə bilmir. Qeyd olunan Torpağın Mülkiyyətə X3 uyğunsuzluğu aradan qaldırmaq üçün DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin, ona 17.02.2022-ci il tarixli məktubu ilə ata adında olan uyğunsuzluğu aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətinə aid olmadığını, bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. Ona görə də, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədə Ərizəçi nümayəndəsi X14 ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxs qismində AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “doğum haqqında şəhadətnamə”nin və “şəxsiyyət vəsiqəsi”nin surətlərindən görünür ki, Ərizəçi xx.xx.1968-ci il tarixdə anadan olmuşdur. Onun şəxsiyyətini təsdiq edən sənəddə atasının adı ”Səfərəli” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Quba RİHB-nın Rustov İƏD nümayəndəliyinin 09.02.2022-ci il tarixli arayışından görünür ki, JN-195F KOD 30321098 olan torpağın mülkiyyətə X5 texniki səhv olduğundan Ərizəçi Səfərqulu oğlu kimi göstərilmişdir. O, JN- 195F KOD 30321098 olan torpağın mülkiyyətə X5 şəxsiyyət vəsiqəsinə əsasən Ərizəçi kimi oxunmalıdır və yazılmalıdır. İş materiallarına əlavə edilmiş Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Ərizəçi və onun ailə üzvlərinə Quba rayon AİK-nın 15.08.1997-ci il tarixli 08 saylı qərarına əsasən JN-195F KOD 30321098 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə tərtib edilərək 0.12 ha torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ərizəçi və onun ailə üzvlərinə Quba rayon AİK-nın 15.08.1997-ci il tarixli 08 saylı qərarına əsasən 0.12 ha torpaq sahəsi verilərək JN-195F KOD 30321098 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə tərtib edilmişdir. JN-195F KOD 30321098 saylı Torpağa Mülkiyyət Hüququna X21 “Ərizəçi” əvəzinə səhvən “Ərizəçi Səfərqulu oğlu” kimi qeyd olunmuşdur. Ərizəçi məhkəmədən JN-195F KOD 30321098 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, Ərizəçilər həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçilərin göstərdiyi hal, yəni JN-195F KOD 30321098 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair X1, X11, X9, X12 və X10 ilə yanaşı, Ərizəçi məxsus olması faktı iş materialları ilə təsdiq olunur, ona görə də ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi təmin edilsin. JN-195F KOD 30321098 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin Ərizəçi münasibətdə ona məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1092/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1092/2022
12.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver