Məhkəmə qərarları › İş №2(027)-1093/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1093/2022

14.07.2022 · Müqavilələrin ləğv edilməsi - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1093/2022 14.07.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçılar Musayeva (Ağaməliyeva) Afət Hüseyn qızı, İddiaçı3, İddiaçı4, X5 nümayəndəsi və həmdə İddiaçı1, nümayəndəsi və müdafiəçi X19 iştirakı ilə, İddiaçılar İddiaçı1, Musayeva (Ağaməliyeva) Afət Hüseyn qızı, İddiaçı3, İddiaçı4 və X5 cavabdehlər Cavabdeh2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Quba regional “ASAN Xidmət" Mərkəzində notariat ofisinə və X6 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1, Musayeva (Ağaməliyeva) Afət Hüseyn qızı, İddiaçı3, İddiaçı4 və X10 iddia ərizəsiylə məhkəməyə müraciət edərək, Quba rayon Dövlət notariat kontorunda bağlanmış 18 mart 2003-cü il tarixli, 4-Ə-124 e f-sr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Torpağa Mülkiyyət Hüququna Dair JN-628 KOD 30301004 saylı Dövlət aktı ilə onlara və vəfat etmiş digər ailə üzvləri olan X14 və X7 məxsus olan 1.40 ha torpaq sahəsi ilə bağlı Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Cavabdeh2 adına verilmiş xx.xx.2020ci il tarixli, ********** qeydiyyat nömrəli, **********94 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini və onların mülkiyyətində olan torpaq sahəsinin cavabeh Cavabdeh2 adına özgəninkiləşdirilməsində “əməyi” keçən şəxslər barəsində xüsusi qərardad çıxarmaqla prokurora məlumat verilməsini xahiş etmişdilər. Məhkəmədə iddiaçılar Musayeva (Ağaməliyeva) Afət Hüseyn qızı, İddiaçı3, İddiaçı4, X5 nümayəndəsi və həmdə İddiaçı1 iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçılar iddialarını onunla əsaslandırmışlar ki, onlara və vəfat etmiş digər ailə üzvləri olan X14 və X7 Quba rayon Aqrar İslahatı Komissiyasının 05 may 2000-ci il tarixli, 05 saylı qərarı ilə Torpağa mülkiyyət hüququna dair JN-628 KOD 30301004 nömrəli Dövlət Aktına əsasən kənd təsərüfatı məhsullarının istehsalı məqsədi ilə 1,40 ha torpaq sahəsi verilmişdir. Mülkiyyətçilərdən X11 və X14 iddiaçılardan İddiaçı1 valideynləridir. X11 25 noyabr 2001 -ci il tarixdə, X14 isə 09 iyul 2007-ci il tarixdə vəfat etmişlər. Dövlət Aktında mülkiyyətçilərdən X8 adı yanlışlıqla X4, İddiaçı1 adı isə İddiaçı1 İmam oğlu kim qeyd edilmişdir və onlar Quba rayon İHB-nin Quba şəhər İƏD üzrə nümayəndəliyindən ad səhvləri ilə bağlı arayışı iddia ərizəsinə əlavə ediblər. İddiaçılardan X12 isə 07 mart 2009-cu il tarixdə X16 ilə ailə quraraq Musayeva soyadını qəbul etmişdir. Onlar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə Torpağa Mülkiyyət Hüququna dair JN-628 KOD 30301004 saylı Dövlət Aktı əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilməsi ilə bağlı müraciət ediblər. Lakin həmin qurumdan onlara torpaq sahəsinə dair dövlət aktına əsasən çıxarış verə bilməyəcəklərini bildirmiş, daha sonra onlara vəkil sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini 5 saylı Xaçmaz Ərazi İdarəsindən cavab verilərək göstərilmişdir ki, İddiaçı1 və ailə üzvlərinin adına olan 1,4 ha torpaq sahəsinə verilmiş JN- 628 KOD 303010 nömrəli “Torpağa mülkiyyət hüququna dair” X37 rayon Notariat Kontorunun 18 mart 2003-cü il tarixli, 4-Ə-124 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adına özgəninkiləşdirilmiş və Cavabdeh2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq 18.01. 2020-ci tarixli, ********** qeydiyyat nömrəli, **********94 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Daha sonra onlar qeyd edilən 18 mart 2003-cü il tarixli, 4-Ə-124 reyestr nömrəli alqı-satqı müqaviləsinin surətinin əldə edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinə müraciət etmiş və həmin qurumdan onlara Quba dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 4Ə-124 reyestr nömrəli müqavilənin 15 aprel 2003-cü il tarixdə təsdiq edildiyi və həmin müqavilənin digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir. Yuxarıda qeyd etdiklərindən göründüyü kimi cavabdehlər Reyhan Ağakişiyeva və həmin vaxt Quba rayonunda dövlət notariat ofisinin notariusu işləmiş Cavabdeh4 onların xəbəri və məlumatı olmadan onlara məxsus olan torpaq sahəsinin Reyhan Ağakişiyevaya satılmasını hansısa yollarla rəsmiləşdirmiş, həmin müqavilə notariat arxivində başqa şəxslərin adına tərtib olunmasına baxmayaraq digər cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi də Cavabdeh2 eyni reyestr nömrəsi ilə başqa şəxslərin adına alqı-satqı müqaviləsi olmasına, qeyd edilən alqı-satqı müqaviləsinin onunla Cavabdeh2 arasında bağlanması ilə bağlı arxivdə heç bir məlumat olmamasına baxmayaraq həmin şəxsə çıxarış vermişdir. Onlar mülkiyyətlərində olan torpaq sahəsini heç kimə satmamış, torpaq sahəsi hal-hazırda da onların istifadəsindədir. Torpağa Mülkiyyət Hüququna dair JN-628 KOD 30301004 nömrəli Dövlət Aktının əsli onlardadı. Hal-hazırda cavabdehlərin qanunsuz əməlləri nəticəsində mülkiyyət hüquqları kobudcasına pozulduğu üçün pozulmuş hüquqların bərpası üçün məhkəməyə müraciət etməyə məcbur olublar. Hesab edirik ki, onlarla guya Cavabdeh2 arasında bağlandığı iddia edilən və sonucuya hüquqmüəyyənedici sənəd kimi çıxarışın verilməsinə əsas olan 18 mart 2003-cü il tarixli, 4-Ə-124 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməsini və həmin müqavilə əsasında cavabdehə verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdilər. Məhkəmədə İddiaçı1, nümayəndəsi və müdafiəçi X28 iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh2, X6, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDK və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Quba Regional “Asan Xidmət” mərkəzində Notariat ofisinə, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndələrinin iştirakını məhkəmə iclasında təmin etməmişlər və səbəbləri barədə məhkəməyə məlumat verməmişdilər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh2, X3, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDK və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin, Quba Regional “Asan Xidmət” mərkəzində Notariat ofisinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçılar Musayeva (Ağaməliyeva) Afət Hüseyn qızı, İddiaçı3, İddiaçı4, X5 nümayəndəsi və həmdə İddiaçı1 dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki iş materiallarında olan Torpağa Mülkiyyət Hüququna dair JN-628 KOD 30301004 nömrəli Dövlət Aktının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Quba rayon Aqrar İslahatı Komissiyasının 05 may 2000-ci il tarixli 05 saylı qərarı ilə Quba şəhəri ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 1.40 ha torpaq sahəsi Quba şəhər sakinləri X14, X11, İddiaçı1, Musayeva (Ağaməliyeva) Afət Hüseyn qızı, İddiaçı3, İddiaçı4 və X5 mülkiyyətinə verilmişdir. AZ 132953 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 xx.xx.2001-ci idə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2001-ci il tarixdə 429 nömrə ilə qeydiyyata salınmışdır. AZ 255626 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X14 xx.xx.2007-ci idə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2007-ci il tarixdə 143 nömrə ilə qeydiyyata salınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDK və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Quba Rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2(027)-1093/2022 saylı sorğusuna əsasən Torpağa Mülkiyyət Hüququna dair JN-628 KOD 30301004 nömrəli Dövlət Aktı ilə X14 və digərlərinə məxsus olmuş kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 1.40 ha torpaq sahəs Quba rayon Notariat Kontorunun 18 mart 2003-cü il tarixli, 4-Ə-124 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X2 adına özgəninkiləşdirilmiş və xx.xx.2020-ci tarixli, ********** qeydiyyat nömrəli, **********94 reyestr nömrəli çıxarışla X2 adına mülkiyyət hüququ tanınmışdır. İşə əlavə olunan xx.xx.2020-ci tarixli, ********** qeydiyyat nömrəli, **********94 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Quba şəhəri ərazisindən 1.40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ ilə Cavabdeh2 xüsusi mülkiyyətinə verilmişdir. Quba rayon İHB-nin Quba şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 475 nömrəli arayışından məlum olur ki, X14 xx.xx.2007-ci idə, X11 xx.xx.2001-ci idə vəfat etmişlər və onların İddiaçı1, X22, X23, X25 adlı vərəsələri vardır. Quba rayon İHB-nin Quba şəhər İƏD üzrə nümayəndəliyindən ad səhvləri ilə bağlı xx.xx.2022-ci il tarixli, 472 nömrəli arayışından məlum olur ki, Torpağa Mülkiyyət Hüququna dair JN-628 KOD 30301004 nömrəli Dövlət X1 yox, X14, İddiaçı1 İmam oğlu yox, İddiaçı1 kimi tanınmalıdır. İşə əlavə olunan AR Ədliyyə Nazirliyi Quba rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan məlum olur ki, doğum haqqında akt qeydlərinə baxış keçirərkən X13 ilə X3 bacı olduğu müəyyən olunmuşdur və bu fakt işə əlavə olunan X9 aid doğum və nikah arayışı, həmçinin X6 aid doğum arayışı ilə də təsdiqlənir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2021-ci il tarixli sorğuya cavab məktubundan məlum olur ki, 18 mart 2003-cü il tarixli, 4-Ə-124 reyestr nömrəli alqısatqı müqaviləsinin surətinin əldə edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinə müraciət olunmuş və həmin qurumdan onlara Quba dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 4Ə-124 reyestr nömrəli müqavilənin 15 aprel 2003-cü il tarixdə təsdiq edildiyi və həmin müqavilənin digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə əsasən Notarius və ya notariat hərəkətləri aparan digər vəzifəli şəxs tərəfindən öz adına və öz adından, ərinin (arvadının), onun və özünün qohumlarının (valideynlərinin, uşaqlarının, nəvələrinin, babalarının, nənələrinin, həmçinin qardaşlarının, bacılarının, əmilərinin (dayılarının), bibilərinin (xalalarının), onların uşaqlarının) adına və bu şəxslərin adından, həmin notarius və ya notariat hərəkətləri aparan digər vəzifəli şəxs ilə bir yerdə işləyənin adına və onun adından notariat hərəkətlərinin aparılması qadağandır. Müvafiq icra hakimiyyəti orqanlarının, həmçinin bu orqanın adına və onun adından notariat hərəkətləri aparmaq hüququ yoxdur. Bu maddənin tələblərini pozmaqla aparılmış notariat hərəkətləri və onlara bərabər tutulan hərəkətlər etibarsız sayılır və məhkəmənin qərarı ilə ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanın mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli akt məhkəmə tərəfindən etibarsız sayıla bilər. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimisahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pu məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 646.1 -ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür; 646.2 maddəsinə əsasən əgər bu Məcəllənin bu para qrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir; 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etlraz\n reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir; 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər; 141.2-ci maddəsinə əsasən bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər; 141.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydi daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Torpağa Mülkiyyət Hüququna dair JN-628 KOD 30301004 nömrəli Dövlət Quba rayon Aqrar İslahatı Komissiyasının 05 may 2000-ci il tarixli 05 saylı qərarı ilə Quba şəhəri ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 1.40 ha torpaq sahəsi Quba şəhər sakinləri X14, X11, İddiaçı1, Musayeva (Ağaməliyeva) Afət Hüseyn qızı, İddiaçı3, İddiaçı4 və X5 verilmişdir. Quba rayon Notariat Kontorunun 18 mart 2003-cü il tarixli, 4-Ə-124 reyestr nömrəli alqı-satqı müqaviləsindən göründüyü kimi, həmin torpaq sahəsi Cavabdeh2 satılmış və xx.xx.2020-ci tarixli, ********** qeydiyyat nömrəli, **********94 reyestr nömrəli çıxarışla X2 adına mülkiyyət hüququ tanınmışdır. İş materiallarına əlavə olunan Dövlət Notariat Arxivinin məktubundan göründüyü kimi Quba dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 4Ə-124 reyestr nömrəli müqavilənin 15 aprel 2003-cü il tarixdə təsdiq edildiyi və həmin müqavilənin digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir. Göründüyü kimi cavabdehlər Reyhan Ağakişiyeva və həmin vaxt Quba rayonunda dövlət notariat ofisinin notariusu işləmiş Mehriban Quliyeva iddiaçılara məxsus olan torpaq sahəsinin Reyhan Ağakişiyevaya satılmasını hansısa yollarla rəsmiləşdirmiş, notariat arxivində verilən məlumata əsasən, həmin müqavilə başqa şəxslərin adına tərtib olunmasına baxmayaraq, digər cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi də Cavabdeh2 eyni reyestr nömrəsi ilə başqa şəxslərin adına alqı-satqı müqaviləsi olmasına, qeyd edilən alqı-satqı müqaviləsinin onunla Cavabdeh2 arasında bağlanması ilə bağlı arxivdə heç bir məlumat olmamasına baxmayaraq həmin şəxsə çıxarış verilib. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinin tələbinə görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.4-cü maddəsinin tələbinə görə müqavilənin bağlanması üçün iki tərəfir razılaşdırılmış iradə ifadəsi zəruridir; 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqk bağlanmış əqd etibarsızdır. Məhkəmə işin araşdırılmış halları baxımından hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmaqdadır. Belə ki, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin bağlanması üçün hər şeydr əvvəl tərəflərin arzusu, istəyi olmalıdır. Əqdlər aşağıdakı əlamətlərlə xarakterizə olunur: əqd həmişə iradəvi akt olub, adamların hərəkətlərini ehtiva edir; əqd hüquqauyğun hərəkətdir; əqd xüsusi olaraq mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə xitamına yönələn hərəkətdir; əqd müəyyən hüquqi nəticələr əmələ gətirən hərəkətdir. Qanunvericinin tələblərinə əsasən alqı-satqı müqavilələri bağlanarkən tərəflərin iradə ifadəsı müqavilələrin bağlanılmasının zəruri şərtidir. Hər hansı əqdin (o cümlədən, alqı- satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazım subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununu qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1 -ci maddəsi). Belə ki, mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus əmlak üzərində mümkün davranış həddi olmaqla sahiblik, istifadə və sərəncam hüquqlarının məcmusundan ibarətdir. Sahiblik hüququ əşyanı öz təsərrüfatında saxlamaqla ona faktiki sahiblik edilməsini, istifadə hüququ əşyadan təyinatına uyğun istifadə olunmaqla onun faydalı xassələrinin hasil edilməsini, sərəncam hüququ isə əşyanın hüquqi müqəddəratının müəyyən edilməsini nəzərdə tutur. Sərəncam hüququ yalnız mülkiyyətçiyə məxsus ola bildiyi halda, sahiblik və istifadə hüquqları mülkiyyətçi olmayan digər şəxslərə də məxsus ola bilər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Quba rayon Notariat Kontorunda bağlanmış Quba rayon notariat kontorunda bağlanmış xx.xx.2003-cü il tarixli, 4-ə-124 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Cavabdeh2 adına verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********694 reyestr nömrəli çıxarış ləğv edilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Quba rayon notariat kontorunda bağlanmış xx.xx.2003-cü il tarixli, 4-ə-124 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Cavabdeh2 adına verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********694 reyestr nömrəli çıxarış ləğv edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar