Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-11/2021 27.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi X2 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Quba rayon Notariat Kontoruna, maraqlı tərəflər X1 və DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı vərəsəlik şəhadətnamələrinin və həmin şəhadətnamə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Quba rayon Notariat Kontoruna, maraqlı tərəflər X1 və DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı vərəsəlik şəhadətnamələrinin və həmin şəhadətnamə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin baxılması xx xxxxx 2021-ci il tarixə, saat 17:00-a təyin edilmiş və bu barədə tərəflər rəsmi məlumatlandırılmışdır. Lakin tərəflər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Quba rayon Notariat Kontoruna, maraqlı tərəflər X1 və DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı vərəsəlik şəhadətnamələrinin və həmin şəhadətnamə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan şikayət qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-11/2021
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-11/2021
27.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver