Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1105/2021 13.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2-yə, Quba rayon İcra və Probasiya Şöbəsinə və Azərbaycan ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “qiymətləndirmə rəyinin ləğv edilməsi və onun nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon İcra və Probasiya şöbəsinin qiymətləndicinin dəvət edilməsi haqqında 29 avqust 2019-cu il tarixli qərarı ilə Quba rayonu Susay kəndində yerləşən 3,5 hektar torpaq sahəsinin qiymətləndirilməsinə dair Cavabdeh2- tərəfindən verilmiş 19 sentyabr 2019-cu il tarixli QR-2468 saylı Qiymətləndirmə rəyinin ləğv edilməsi və ona məxsus Quba rayonu Susay kəndində yerləşən 3.5 hektar torpaq sahəsinə dair hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 21 dekabr 2012-ci il qeydiyyat tarixli **********51 reyestr nömrəli MH ******* seriyalı Çıxarışa əsasən Quba rayonu Susay kəndində 3.5 ha torpaq sahəsi o, İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. Səbail Rayon Məhkəməsinin 14 avqust 2012-ci il tarixli. 2(009)-1475/12 saylı icra vərəqəsi ilə X2 xeyrinə ondan 5 1600 manat borc, 20 manat dövlət rüsumu, cəmi 51620 manat tutulması qərara alınmışdır. Bundan sonra o, borcundan 5000 manat ödəmişdir. Səbail Rayon Məhkəməsinin 14 avqust 2012-ci il tarixli, 2(009)-1475/12 saylı icra vərəqəsi icra olunması üçün Səbail rayon İcra şöbəsinə göndərilmişdir. Səbail rayon İcra şöbəsinin 2612/2012-16-15TH/783/2017 nömrəli qərarı ilə iş üzrə icraata başlanmışdır. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 30 dekabr 2015-ci il tarixli. 8(009)-2621/2015 saylı qərardadı ilə Səbail rayon İcra Şöbəsinin icra məmuru Tural Aşurovun təqdimatı qismən təmin edilmiş, o, İddiaçı adına olan Quba rayonu, Susay kəndində yerləşən 3.5 ha torpaq sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Daha sonra qərarın icrası üçün Quba rayon İcra şöbəsinə göndərilmişdir. Quba rayon İcra şöbəsinin 08.05.2017-ci il tarixli qərarı ilə iş üzrə icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. Bundan sonra Quba rayon İcra və Probasiya şöbəsinin 29 avqust 2019-cu il tarixli qərarı ilə onun xəbəri olmadan ona məxsus Quba rayonu, Susay kəndində yerləşən 3.5 ha torpaq sahəsinin qiymətləndirilməsi üçün Cavabdeh2-nə göndərilməsi, Quba rayonu Susay kəndində yerləşən mənə məxsus olan 3.5 ha torpaq sahəsinin qiymətləndirilməsi üçün "xxxx" MMC-dən qiymətləndirici dəvət edilməsi qərara alınmışdır. Cavabdeh2 19 sentyabr 2019-cu il tarixə onun xəbəri olmadan ona məxsus olan Quba rayonu, Susay kəndində yerləşən 3.5 ha torpaq sahəsinin qiymətləndirilməsini aparmış və bazar dəyəri 24500 manat müəyyən edilmişdir. Qiymətləndirmə aparılmasından onun xəbəri olmamışdır. Ona məxsus olan torpaq sahəsinin hərraca verilməsi barədə ona heç bir məlumat və bildiriş gəlməmişdir. "Qiymətləndirmə Xidməti Mərkəzi” MMC ona məxsus olan Quba rayonu, Susay kəndində yerləşən 3.5 ha torpaq sahəsinin bazar dəyərini 24500 manat müəyyən etmişdir. Lakin həmin məbləğ çox aşağıdır. Bu məbləğin necə hesablanması onun üçün qaranlıqdır. Bu məbləğə həmin ərazidə eyni şərtlərlə heç 1 hektar torpaq sahəsi almaq mümkün deyildir. Lakin buna baxmayaraq Cavabdeh2 3,5 hektar torpaq sahəsini 24500 manata qiymətləndirmişdir. Bundan sonra onun xəbəri olmadan Quba rayon İcra və probasiya şöbəsi həmin torpaq sahəsinin hərracda satılması barədə qərar qəbul etmiş və hərracda satılması üçün "X1” MMC-nə göndərmişdir. "X1” onun xəbəri olmadan 19 sentyabr 2020-ci il tarixdə ona məxsus olan Quba rayonu, Susay kəndində yerləşən 3.5 ha torpaq sahəsinin ilkin dəyəri 10 % endirimlə 22050 manat, 20 % endirimlə 19600 manat olmaqla 05 oktyabr 2020-ci il tarixdə saat 11:00-da ünvan 1 ünvanında açıq hərrac keçirilməsi barədə bildirmiş vermişdir. O, hərracdan Quba rayon İcra və Probasiya şöbəsində xəbər tutmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X5 iddianı müdafiə edərək, cavabdehlərin hərəkətləri nəticəsində onun mülkiyyət hüquqları pozulduğundan, həmin hüquqları bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında nümayəndələrinin iştirakın təmin etməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verilməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* saylı Çıxarışından görünür ki, Quba rayonu, Susay kəndində yerləşən 3.5 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Səbail rayon Məhkəməsinin 2(009)-1475/2021 saylı, 14.08.2012-ci il tarixli icra vərəqəsindən görünür ki, İddiaçı X2 xeyrinə 51.600 manat borcun tutulması qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin 8(009)-2621/2015 saylı, 30.12.2015-ci il tarixli qərardadından görünür ki, İddiaçı adına olan Quba rayonu, Susay kəndində yerləşən torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan 08.05.2017-ci il tarixli qərarın surətindən görünür ki, 14.08.2012-ci il tarixli, 2(009)-1475/2012 saylı icra sənədi üzrə 08.05.2017-ci il tarixdə Quba rayon İcra Şöbəsi tərəfindən icraata başlanılmışdır. İş materiallarında olan 18.05.2017-ci il tarixli qərarından görünür ki, İddiaçı adına olan Quba rayonu, Susay kəndində yerləşən torpaq sahəsinin qiymətləndirilməsi üçün "xxxx" MMC-dən qiymətləndirici dəvət edilməsi qərara alınmışdır. İş materiallarında olan 29.08.2019-cu il tarixli qərarından görünür ki, İddiaçı adına olan Quba rayonu, Susay kəndində yerləşən 3.5 ha torpaq sahəsinə tutma yönəldilməli, həmin torpaq sahəsi ixtisaslaşdırılmış müəssisə tərəfindən açıq hərracda satılması və açıq hərraca çıxarılaraq qiymətləndirilməsi üçün "xxxx" MMC-dən qiymətləndirici dəvət edilməsi qərara alınmışdır. İş materiallarında olan Qiymətləndirmə Xidmət Mərkəzi” MMC-nin 19.09.2019-cu il tarixli məktubundan görünür ki, İddiaçı adına olan Quba rayonu, Susay kəndində yerləşən 3.5 ha torpaq sahəsinin 19.09.2019-cu il tarixə bazar dəyəri 24.500 manat təşkil edir. İş üzrə təyin edilmiş və keçirilmiş "xxxx" MMC-nin 01/21-418 saylı, 04.08.2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı adına olan Quba rayonu, Susay kəndində yerləşən 3.5 ha torpaq sahəsinin bazar dəyəri 980.000 manat müəyyən edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 01.12.2020-ci il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunvericiliyin mülki-hüquqi öhdəliklərin ən mühüm yaranma əsası olan əqdlər, onların etibarsızlığı, o cümlədən aldatma nəticəsində bağlanmış əqdlərin etibarsızlığı ilə bağlı normaları nəzərdən keçirilməlidir. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 324.1-ci maddəsi ilə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.4-cü maddəsi). Qeyd olunmalıdır ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18.03.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Formal həqiqət prinsipinə əsasən işdə olan sübutlar əsasında məhkəmənin gəldiyi nəticə bundan ibarətdir ki, iddiaçı hökm üzrə Rəcəb Əzizovun ona verməli olduğu pulun hazırki iddianın predmetini təşkil edən daşınmaz əmlakla və həmin əmlak üzərində aparılmış sənədləşmə işləri ilə əlaqəsini, xüsusən də Rəcəb Əzizovdan başqa digər şəxslərin hansı əsaslara görə cavabdeh qismində işə cəlb etdiyini əsaslandıra bilməmişdir. Belə ki, mülki prosessual qanunvericiliyin sübutetmə yükü ilə bağlı normalarına əsasən əqdin etibarsızlığına əsas olan halların mövcudluğunu sübut etmək əqdin etibarsızlığını tələb edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə görə mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasəm Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə, subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Etibarsız əqdlər, əsasən iki meyara görə təsnif edilir: əqdin elementinin qüsurlu olması meyarına görə; əqdin etibarsız sayılması üçün məhkəmə qərarının tələb edilməsi meyarına görə. Əqdin elementinin qüsurlu olması meyarına görə etibarsız əqdlərin də dörd növü fərqləndirilir: subyektiv tərkibi qüsurlu olan etibarsız əqdlər; iradəsi qüsurlu olan etibarsız əqdilər; forması qüsurlu olan etibarsız əqdlər; məzmunu qüsurlu olan etibarsız əqdlər. İradəsi qüsurlu olan əqdlər odur ki, bu əqdlər bağlanarkən daxili iradə lazımi olmayan şəraitdə formalaşır və ya bu iradə xaricən düzgün ifadə olunmur. Bu cür əqdlərin iki növü fərqləndirilir: daxili iradə olmadan bağlanan əqd; daxili iradəsi düzgün formalaşmayan əqdlər. Həmin Məcəllənin 269.4, 269.5-ci maddələrinə görə ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Səbail rayon Məhkəməsinin 2(009)-1475/2021 saylı, 14.08.2012-ci il tarixli icra vərəqəsinə əsasən, İddiaçı X2 xeyrinə 51.600 manat borcun tutulması qeyd edilmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 8(009)-2621/2015 saylı, 30.12.2015-ci il tarixli qərardadından görünür ki, İddiaçı adına olan Quba rayonu, Susay kəndində yerləşən torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Səbail rayon Məhkəməsinin 2(009)-1475/2021 saylı, 14.08.2012-ci il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə 29.08.2019-cu il tarixli qərarına əsasən, İddiaçı adına olan Quba rayonu, Susay kəndində yerləşən 3.5 ha torpaq sahəsinə tutma yönəldilməli, həmin torpaq sahəsi ixtisaslaşdırılmış müəssisə tərəfindən açıq hərracda satılması və açıq hərraca çıxarılaraq qiymətləndirilməsi üçün "xxxx" MMC-dən qiymətləndirici dəvət edilməsi qərara alınmışdır. "xxxx" MMC-nin 19.09.2019-cu il tarixli rəyinə əsasən, İddiaçı adına olan Quba rayonu, Susay kəndində yerləşən 3.5 ha torpaq sahəsinin 19.09.2019-cu il tarixə bazar dəyəri 24.500 manat təşkil etdiyi müəyyən edilmişdir. İddiaçı Quba rayon İcra və Probasiya şöbəsinin qiymətləndicinin dəvət edilməsi haqqında 29 avqust 2019-cu il tarixli qərarı ilə Quba rayonu Susay kəndində yerləşən 3,5 hektar torpaq sahəsinin qiymətləndirilməsinə dair Cavabdeh2- tərəfindən verilmiş 19 sentyabr 2019-cu ilt arixli QR-2468 saylı Qiymətləndirmə rəyinin ləğv edilməsi və ona məxsus Quba rayonu Susay kəndində yerləşən 3.5 hektar torpaq sahəsinə dair hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini tələb etsə də, keçirilmiş qiymətləndirmə rəyindən və hərrac nəticələrindən xəbəri olmadığını qeyd etsə də, bununla bağlı heç bir sübut məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd edilən mülki hüquq normalarını və mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2-yə, Quba rayon İcra və Probasiya Şöbəsinə və Azərbaycan ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “qiymətləndirmə rəyinin ləğv edilməsi və onun nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2-yə, Quba rayon İcra və Probasiya Şöbəsinə və Azərbaycan ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “qiymətləndirmə rəyinin ləğv edilməsi və onun nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1105/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1105/2021
13.12.2021 · Müqavilələrin ləğv edilməsi - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver