Məhkəmə qərarları › İş №2(027)-1113/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1113/2021

30.09.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1113/2021 30.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Quba RİHB-nın yanında Qəyyumluq və Himayəçilik və azyaşlıların vərəsəlik hüquqlarının müdafiəsi orqanına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 01 sentyabr 1971-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi ərizədə göstərmişdi ki, 2000-ci ildə el adəti üzrə X3 ilə ailə qurub. Nikahları isə 27 mart 2003-cü il tarixdə rəsmiləşdirilib. Nadir Sultanovun birinci ailəsindən 01 sentyabr 1971-ci il tarixdə Əli adlı övladı doğulmuşdur. Əli Sultanov doğuşdan xəstə doğulmaqla anadangəlmə nitqin çatışmamazlığı ilə gedən kəskin olmayan imbesillik xəstəliyindən əziyyət çəkir və 2-ci qrup əlildir. Bildirir ki, Əli Sultanov etdiyi hərəkətlərin mənasını anlamır, dediyi sözlər anlaşılmır, tez-tez özözünə əsəbləşir. 16 dekabr 1991-ci il tarixdə Əli Sultanov həkim komissiyasından keçərək 2-ci qrup əlillik dərəcəsi almışdır. Bundan başqa o, 29 noyabr 1988-ci il tarixdən nitqin çatışmamazlığı ilə gedən kəskin olmayan imbesillik xəstəliyi diaqnozu ilə Quba Mərkəzi Rayon Xəstəxanasının KPŞnın psixatrik kabinetində qeydiyyatdadır. X7 özünü idarə etmək qabiliyyətində deyildir. Onun daima kənar şəxsin qulluğuna ehtiyacı vardır. 2000-ci ildən hal-hazıradək ona anası kimi baxaraq qulluq edir. Əli Sultanov hazırda evdədir və ona qulluq edir. O xeyli müddətdir ki, evdə müalicə alır, amma heç bir müsbət nəticəsi yoxdur. Həmin xəstəliyi ilə əlaqədar get-gedə vəziyyəti pisləşir, ümummiyyətlə nə etdiyini bilmir və anlamır. Qeyd edir ki, əri X3 18 yanvar 2019-cu il tarixdə övəfat etmişdir. Bəzi hallarda onun tərəfindən hüquq müəyyənedici sənədlərin imzalanması zərurəti yarandığından bir sıra çətinliklərlə üzləşir. Odur ki, X4 öz hərəkətlərinin mənasını başa düşməməsinə görə onun üzərində qəyyum təyin edilməsi zəruridir. Bunun üçün də ilkin olaraq o, məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənləri nəzərə alaraq, 01 sentyabr 1971-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Quba RİHB-nın yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə Ərizəçi dinləyib, ekspert rəyini, iş üzrə materialları hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrin təsdiqlənnmiş surətlərindən görünür ki, Sultanov Əli Nadir oğlu 01.09.1971-ci ildə anadan olmuş, atası X3, anası X1 qeyd edilib. İş materiallarında olan İİ-AZ 031505 seriya və nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 ilə Sultanova (Aslanova) Rəfiqə Əli qızı arasında olan nikah 27.03.2003-cü il tarixində Quba RİHB-nın Tüləkəran İƏV-də bağlanmış, 06 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ 001151 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 18.01.2019-cu il tarixində vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında 05.02.2019-cu il tarixində 0087 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Quba RİHB-nin Tüləkəran İƏD üzrə nümayəndəliyin 14.04.2021-ci il tarixli 183 nömrəli arayışından görünür ki, Sultanov Əli Nadir oğlu həqiqətən Quba rayonu, Möhüc kəndində qeydiyyatdadır və hal-hazırda həmin kənddə yaşayır. İş materiallarında olan Quba RİHB-nin Tüləkəran İƏD üzrə nümayəndəliyin 14.04.2021-ci il tarixli 183/1 nömrəli arayışından görünür ki, Sultanov Əli Nadir oğlu həqiqətən Quba rayonu, Möhüc kənd sakini olub, həmin kənddə yaşayır və hal-hazırda aşağıdakı ailə tərkibi vardır; anası xx.xx.1965-ci il təvəllüdlü Ərizəçi. İş materiallarında olan Quba RMX-nın Konsultativ Poliklinika şöbəsinin 21.04.2021-ci il tarixli 407 nömrəli arayışından görünür ki, 01.09.1971-ci il təvəllüdlü Sultanov Əli Nadir oğlu nitqin çatışmamazlığı ilə gedən kəskin olmayan imbesillik xəstəliyi diaqnozu ilə Quba Mərkəzi Rayon Xəstəxanasının KPŞ-nın psixatrik kabinetində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 Məhkəmə Psixiatrik Ekspertizasının 18.08.2021-ci il tarixli 1852 saylı rəyin nəticə hissəsindən aydın olur ki, X5 İmbesillik dərəcəsində oiiqofreniya müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə doğuş travması ilə anadan olması, erkən uşaqlıq dövründən başlayaraq yaşıdlarına nəzərən psixofiziki inkişafda geri qalması, gec gəzməyə başlaması, əqli geriliklə əlaqədar məktəbdə oxumaması, əqli gerilik və davranış pozuntusu biruzə verdiyi üçün yaşayış yeri üzrə poliklinikanın psixiatrik kabinetində qeydiyyatda olmaqla müalicələr qəbul etməsi, 29.11.1988-ci il tarixdən Quba Rayonlararası Konsultativ Poliklinikasında “Nitqin çatışmamazlığı ilə gedən kəskin olmayan imbesillik” diaqnozu ilə qeydiyyatda olması, xəstəliyi ilə əlaqədar İİ qrup əlil olması, hal-hazırda evdə psixiatr tərəfindən təyin edilmiş sakitləşdirici müalicələri qəbul etməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər: nitqinin qeyri-aydın və söz ehtiyatının kasad olması, yaddaşının və intellektinin inkişafdan xeyli geri qalması, maraq dairəsinin adi tələbatları ödəməklə məhdudluğu və s.) sübut edir. X5 İmbesillik dərəcəsində oiiqofreniya müəyyən edilir. X7 öz hərəkətlərinin mənasını nlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X7 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə görə, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə görə, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 Məhkəmə Psixiatrik Ekspertizasının 18.08.2021-ci il tarixli 1852 saylı rəyini nəzərə alaraq, məhkəmə 01.09.1971-ci ildə Quba rayonu, Möhüc kəndində anadan olmuş X9 oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi məqbul hesab edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 01.09.1971-ci ildə Quba rayonu, Möhüc kəndində anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar