Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1122/2021 24.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X6 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin 5 saylı Xaçmaz İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Quba rayon Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən 05 mart 2020-ci il tarixdə verilmiş, 03 nömrəli, 273 reyestr nömrəli Qeydiyyat vəsiqəsinin Ərizəçi məxsus olması faktı müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi nümayəndəsi X11 ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 06 aprel 1995-ci il tarixində X13 ilə nikah qeyd etdirərək ailə qurub. Ailə qurduqdan sonra “Qafarova” soyadını qəbul edib. Subay vaxtı isə soyadı Yusifova olub. Quba rayon Dövlət Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən 05 mart 2002-ci il tarixli 03 nömrəli qərarı ilə Qeydiyyat vəsiqəsinə əsasən ona ünvan 1 ünvanında iki mərtəbəli binada iki otaqlı mənzil, ümumi sahəsi 284 kvm olan yaşayış binası verilmişdir. Lakin 05 mart 2002-ci il tarixli 03 nömrəli qərarı ilə Qeydiyyat vəsiqəsində onun soyadı Ərizəçi qızı əvəzinə səhvən X1 yazılmışdır. Qeydiyyat vəsiqəsində qeyd olunmuş soyadda yaranmış uyğunsuzluğu aradan qaldırmaq və düzəlişin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət müraciət etsə də, onların səlahiyyətlərinə aid olmadığı ilə bağlı **********30 nömrəli 12 aprel 2021-ci il tarixli imtina məktubu alıb. Qeyd edib ki, o heç vaxt “Meredova” soyadını daşımayıb, bu barədə Quba rayon Qeydiyyat şöbəsindən aldığı arayış da bunu təsdiq edə bilər. E. Qafarova ona məxsus yaşayış evinin Qeydiyyat vəsiqəsində yaranmış yanlışlıqları aradan qaldıra bilmir və bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Göstərilənləri nəzərə alaraq, Quba rayon Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən 05 mart 2020-ci il tarixdə verilmiş, 03 nömrəli, 273 reyestr nömrəli Qeydiyyat vəsiqəsinin Ərizəçi məxsus olması faktı müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz İdarəsinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, onların nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən, məhkəmə maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 5 saylı Xaçmaz İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X8 bildirdi ki, Ərizəçi onun bacısıdı, “Qafarova” soyadı onun ər familyasıdı, qız familyası isə “Yusifova” olub onlarda Meredova soyadı yoxdur. Məhkəmədə şahid X3 bildirdi ki, Ərizəçi 30 ildir ki, onu qonşu kimi tanıyır. Qafarov Qulam ilə nikah balayaraq ailə qurub və ərinin soyadını daşıyır. Onu tanıyandan “Meredova” soyadının daşıdığını heç vaxt eşitməyib. Onun qız soyadı Yusifova olub. Məhkəmə Ərizəçi nümayəndəsi X9, şahid X4 və şahid X2 dinləyib, işə əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, vəsiqənin ad, soyad ata adı qrafalarında “Ərizəçi” qızı yazılmışdır. İş materiallarında olan AZ-İ 556341 ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X13 25.06.2012-ci ildə vəfat edib, 13.07.2012-ci ildə 164 nömrə ilə qeyd edilib. İş materiallarında olan Quba rayon İHB-sı Quba şəhəri üzrə nümayəndəliyinin 05.09.2012-ci il tarixli 4044 nömrəli arayışından görünür ki, Ərizəçi Quba şəhəri, Fətəlixan küçəsi, ev 67 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Vİ-ЖГ414955 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X13 arasında 06 aprel 1995-ci ildə nikah bağlanmış,90 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Quba rayon Dövlət Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Quba rayon Dövlət Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən 05 mart 2002-ci il tarixli 03 nömrəli qərarı ilə X5 ünvan 2 ünvanında iki mərtəbəli binada iki otaqlı mənzil, ümumi sahəsi 284 kvm olan yaşayış binası verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz İdarəsinin Ərizəçi ünvanladığı 12.04.2021-ci il tarixli məktubda hüquqi əhəmiyyətli aklarla bağlı ad və soyadlarında yaranmış uyğunsuzluğları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarında olan Quba rayon İHB-sı Quba şəhəri üzrə nümayəndəliyinin 05.09.2012-ci il tarixli 4044 nömrəli arayışından görünür ki, Ərizəçi Quba şəhəri, Fətəlixan küçəsi, ev 67 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-yi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Ərizəçi xx.xx.1968-ci ildə ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Quba rayon Qeydiyyat şöbəsinin 15.03.2021-ci il tarixli, 05/Q-126 nömrəli məktubundan məlum olur ki, elektron informasiya sisteminə əsasən Ərizəçi soyadının “Meredova” olması barədə heç bir məlumat aşkar edilməmişdir. Məhkəmə işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, Quba rayon Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 05 mart 2020-ci il tarixli, 03 nömrəli, 273 reyestr nömrəli Qeydiyyat vəsiqəsinin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin aslı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 308 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. Quba rayon Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 05 mart 2020-ci il tarixli, 03 nömrəli, 273 reyestr nömrəli Qeydiyyat vəsiqəsinin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1122/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1122/2021
24.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver