Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1124/2022 07.07.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçilər Ərizəçi və Maraqlı şəxs2 iştirakı ilə, Ərizəçilər Ərizəçi, Maraqlı şəxs2 və Maraqlı şəxs4 maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Maraqlı şəxs3 Salahədin qızı və Maraqlı şəxs5 qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizələrinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Torpağın mülkiyyətə verilməsinə dair JN-275F KOD 30318068 saylı Şəhadətnamənin və JN-166 KOD 30318068 saylı Torpağa Mülkiyyət Hüququna X14 Ərizəçi, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs2 və Maraqlı şəxs4 ərizəçi qismində işə cəlb edilməsini xahiş etmişdi. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə ərizəçi Maraqlı şəxs2 ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi ərizədə göstərmişdi ki, ona və ailə üzvlərinə Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-275F seriyalı, kod 30318068 saylı Şəhadətnaməyə əsasən Quba rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Quba rayonu, Dağlı kəndi ərazisindən fərdi yaşayış evi tikmək və həyətyanı sahə kimi 0,06 hektar torpaq sahəsi verilmişdir. Həmçinin onlara Torpağa Mülkiyyət Hüququna Dair JN-166 seriyalı, kod 30318068 saylı Dövlət Aktına əsasən həmin kəndin ərazisindən 0,86 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmışdır. Qeyd olunan torpaq sahələrinin adlarına dövlət qeydiyyatına alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin Quba rayon şöbəsinə müraciət edərkən, orada müəyyən edilmişdir ki, sənədlərdə uyğunsuzluqlar vardır. Belə ki, Şəhadətnamədə və Dövlət Aktında onun adı Salahəddin əvəzinə Səlahəddin kimi, ata adı Mirələm əvəzinə Mirəli kimi, arvadının adı Maraqlı şəxs2 əvəzinə X5, qızı Samirə Bəkərovanın ata adı Salahəddin əvəzinə Səlahəddin kimi, digər qızı X1 adı səhvən Günel Səlahəddin qızı kimi, oğlu Maraqlı şəxs5 ata adı isə Salahəddin əvəzinə Səlahəddin kimi qeyd olunmuşdur. Göstərilən yanlışlıqlar hüquq müəyyənedici sənədlərin qeydiyyata alınmasına mane olur. Onları xarakterzə edən həqiqi məlumatlar doğum şəhadətnamələrində və şəxsiyyət vəsiqələrində əks olunmuşdur. Qızları ailə həyatı qurduqlarından hazırda ərlərinin soyadlarını qəbul etmişlər. Torpaq sahələri hazırda faktiki olaraq onların sahibliyində və istifadəsindədir. Qeyd olunan əmlaka dair sərəncam vermək səlahiyyəti yoxdur, torpaq sahəsi göstərilən səhv üzündən adlarına dövlət qeydiyyatına alına bilmədiyi üçün mülkiyyət hüquqlarını tam olaraq həyata keçirə bilmir. Hüquqi əhəmiyyətli fakt isə yalnız məhkəmə qaydasında müəyyən edilə bilər. Belə ki, Quba rayon Aqrar İslahat Komissiyası hazırda fəaliyyət göstərmir və həmin faktın təsdiq edilməsi başqa qaydada, mümkün deyildir. Bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gələrək, Torpağın mülkiyyətə verilməsinə dair JN-275F KOD 30318068 saylı Şəhadətnamənin və və JN-166 KOD 30318068 saylı Torpağa Mülkiyyət Hüququna X14 Ərizəçi, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iştirak edən zaman ərizəçi Maraqlı şəxs4 ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etmişdi. Məhkəmədə iştirak edən zaman Maraqlı şəxs3 ərizənin təmin olunmasını məhkəmədən xahiş etçişdi. Məhkəmədə iştirak edən zaman Maraqlı şəxs5 ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdi. İş üzrə maraqlı tərəf olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin 5 saylı Xaçmaz Ərazi idarəsinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən, məhkəmə maraqlı tərəf olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin 5 saylı Xaçmaz Ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə iştirak edən zaman şahid X10 bildirdi ki, Ərizəçi və onun ailə üzvləri onun yaxın qohumlarıdı, Zemfira onun bacısı, Salahəddin yeznəsidi, Safurə, Samirə, Orxan bacısı uşaqlarıdı. JN-275F KOD 30318068 saylı Şəhadətnamədə və və JN0-66 KOD 30318068 saylıTorpağa Mülkiyyət X3rın ad, soyad və ata adları səhv yazılıb. Düzgün yazılış şəxsiyyəti təsdiq edən sənədlərdə və doğum şəhadətnamələrində qeyd olunub. Məhkəmə ərizəçilər Ərizəçi və Maraqlı şəxs2 və şahid X9 dinləyib, iş üzrə digər ərizəçi və maraqlı şəxslərin məhkəmədə iştirak edən zaman verdiyi ifadələrini və işə əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Belə ki, iş materiallarında olan JN-166 KOD 30318068 saylı Torpağa Mülkiyyət Hüququna X14 təsdiq edilmiş surətindən görünür ki, Quba rayon Aqrar islahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli 15 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə Quba rayonu, Dağlı kəndi ərazisindən 0.86 ha torpaq sahəsi Quba rayonu Dağlı kənd sakinləri Ərizəçi və Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 mülkiyyətinə verilib. İş materiallarında olan JN-275F seriyalı, kod 30318068 saylı Torpağın Mülkiyyətə verilməsinə X14 təsdiq edilmiş surətindən görünür ki, Quba rayon Aqrar islahat Komissiyasının 09 fevral 1998-ci il tarixli 03 saylı qərarı ilə fərdi yaşayış evi tikmək məqsədilə Quba rayonu, Dağlı kəndi ərazisindən 0.06 ha torpaq sahəsi Quba rayonu Dağlı kənd sakinləri Ərizəçi və Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 mülkiyyətinə verilib. İş materiallarında olan AZE 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi xx.xx.1956-cı ildə doğulub, adı- Salahəddin, soyadı- Bəkərov, ata adı- Mirələm qeyd olunub. ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Maraqlı şəxs2 xx.xx.1960-cı ildə doğulub, adı- Zemfira, soyadı- Bekərova, ata adı- Səfər qeyd olunub. Quba rayonu, Qırmızı Sloboda qəsəbəsi, Dağlı kəndində qeydiyyatdadır. İş materiallarında olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Maraqlı şəxs3 xx.xx.1981-ci ildə doğulub, adı- Samirə, soyadı- Ağayeva, ata adı- Salahəddin qeyd olunub. İş materiallarında olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Maraqlı şəxs4 xx.xx.1984-cü ildə doğulub, adı- Səfurə, soyadı- Həsənova, ata adı- Salahəddin qeyd olunub. İş materiallarında olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Maraqlı şəxs5 xx.xx.1985-ci ildə doğulub, adı- Orxan, soyadı- Bəkərov, ata adı- Salahəddin qeyd olunub. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz İdarəsinin Ərizəçi ünvanladığı xx.xx.2021-ci il tarixli məktubda Torpağın mülkiyyətə verilməsinə dair JN-275F KOD 30318068 saylı Şəhadətnamənin və və JN-166 KOD 30318068 saylı Torpağa Mülkiyyət Hüququna X16 ad və soyadlarında, ata adlarında yaranmış uyğunsuzluğları aradan qaldırmaq və düzəlişlərin həyata kemirilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmədə müəyyən edildi ki, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-275F seriyalı, kod 30318068 saylı Şəhadətnaməyə əsasən Quba rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Quba rayonu, Dağlı kəndi ərazisindən fərdi yaşayış evi tikmək məqsədilə 0,06 hektar, Torpağa Mülkiyyət Hüququna Dair JN-166 seriyalı, kod 30318068 saylı Dövlət Aktına əsasən həmin kəndin ərazisindən 0,86 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Quba rayonu Dağlı kənd sakinləri Ərizəçi, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 mülkiyyətinə verilib, lakin X2rın ad, soyad və ata adlarında uyğunsuzluqlar yaranıb. Ərizəçilər yaranmış uyğunsuzluğu aradan qaldırmaq məqsədilə Torpağın mülkiyyətə verilməsinə dair JN-275F KOD 30318068 saylı Şəhadətnamənin və və JN-166 KOD 30318068 saylı Torpağa Mülkiyyət X4ra məxsus olması faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə işdə olan sübutlara və şahid ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-275F, KOD 30318068 saylı Şəhadətnamənin və JN-166 KOD 30318068 saylı, Torpağa Mülkiyyət Hüququna X14 Ərizəçi, Maraqlı şəxs2, Maraqlı şəxs4, Maraqlı şəxs3 və Maraqlı şəxs5 məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 308 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin olunsun. Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-275F, KOD 30318068 saylı Şəhadətnamənin və JN- 166 KOD 30318068 saylı, Torpağa Mülkiyyət Hüququna X14 Ərizəçi, Maraqlı şəxs2, Maraqlı şəxs4, Maraqlı şəxs3 və Maraqlı şəxs5 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1124/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1124/2022
07.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver