Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1126/2023 18.07.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh1nə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 X4 İstismar idarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq 27 fevral 2023-ci il tarixində təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş ******* nömrəli aktın etibarsız hesab edilməsi, Cavabdeh1istehsalat Birliyi tərəfindən onun **********01190 nömrəli abonent hesabına qanunsuz olaraq yazılan 1555,20 (bir min beş yüz əlli beş manat 20 qəpik) manat borc pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azəriqaz” İB-nin X4 istismar idarəsinin əməkdaşları tərəfindən, ona məxsus Quba şəhəri, 25-ci məhəllədə yerləşən fərdi yaşayış evində olan qaz sayğacını, onun iştirakı ilə 14 yanvar 2023-ci il tarixində, istismar müddəti bitdiyi üçün çıxarılmış və yenisi ilə əvəz olunmuşdur. Sayğac dəyişilən zaman onun iştirakı ilə X4 istismar idarəsinin əməkdaşları tərəfindən sayğaca baxış keçirilmiş, heç-bir müdaxilə aşkar edilməmişdir və onun tərəfindən sayğacın foto şəkilləri çəkilmişdir. Metrologiya Departamentinin sayğacların müayinəsi labaratoriyasından sayğacın ekranı üst hissədən çatlaması barədə qanunsuz rəy gəlmiş və onun əsasında da Azəriqaz İB-nin X4 istismar idarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq, onun iştirakı olmadan, 27 fevral 2023-cü il tarixində təbıı qazdan istifadə qaydalarının pozulması haqqında (0379184) nömrəli akt tərtib edilmişdir. Həmin akt əsasında da Cavabdeh1 İB-nə dəymiş ziyanın ödənilməsi üçün X4 istismar idarəsinin rəisi tərəfindən onun abonent hesabına 1555,20 (bir min beş yüz əlli beş manat 80 qəpiq) manat borc pul yazılmışdır. Onun hesabına qanunsuz yolla yazılan 1555,20 (bir min beş yüz əlli beş manat 20 qəpik) manat pulun silinməsi üçün və Cavabdeh1 İB-nin əməkdaşlarının qanunsuz hərəkətləri barədə o, dəfələrlə X4 İstismar idarəsinə şifahi müraciət etməyinə baxmayaraq heç bır nəticə olmamışdır, lakin mübahisəli halların həlli üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddianı müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndələri məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan ******* saylı aktdan görünür ki, **********1 nömrəli sayğaca ümumi baxış keçirilən zaman, sayğacın ekranı üst hissədən çatlayıb sayğacın hesablayıcı mexanizminin iş prinsipinə maneə törədilməsi mümkündür və sayğac istismara yarasızdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı 2023-ci il üzrə 1555,20 manat məbləğində borcu vardır. Müəyyən olunmuşdur ki, İddiaçı təbii qaz abonenti kimi qeydiyyatdadır. Cavabdeh1 tərəfindən xx.xx.2023-cü il tarixində tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktında qeyd olunmuşdur ki, **********1 nömrəli sayğaca ümumi baxış keçirilən zaman, sayğacın ekranı üst hissədən çatlayıb sayğacın hesablayıcı mexanizminin iş prinsipinə maneə törədilməsi mümkündür və sayğac istismara yarasızdır. Həmin aktlara əsasən iddiaçının (abonentin) bazasındakı abonent koduna ümumilikdə 1555,20 manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. Onun tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiаçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda iddiаçıyа əsаssız olаrаq 1555,20 manat məbləğində əlаvə sərfiyyаt hesаblаnmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. (4.9). İddiaçı aktın etibarsız hesab edilməsi tələbini qoysa da mahiyyətcə borcun silinməsi barədə tələb irəli sürür. Göründüyü kimi iddiaçının prosessual məqsədi onun hesabında sayğacdan kənar hesablanmış borcun qanunsuz sayılması olduğundan borcun silinməsidir. Yəni iddiaçı aktın etibarsız hesab edilməsi barədə iddia versə də (akt özlüyündə mövcuddur), məhkəmə iddianı akt üzrə nəzərdə tutulan ödəmənin silinməsi barədə iddia kimi qəbul edir. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya hesablanmış borcun məhz abonentin sayğaca qanunsuz müdaxiləsindən irəli gəldiyi əsaslandırılmamış, bununla bağlı sübutlar təqdim edilməmişdir. Əksinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.8-ci bəndinə əsasən iddiaçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşımışdır. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, “Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən əsassız hesablanmış 1555,20 manat məbləğində borc iddiaçının **********01190 saylı abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı **********01190 saylı abonent hesabına hesablanmış 1555,20 (min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğində borc pul onun abonent hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1126/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1126/2023
18.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver