Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1130/2021 19.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, Ərizəçi1 iştirakı ilə Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizə ilə müraciət edərək, Quba rayon Aqrar İslahat Komissiyasının 20.06.2000-ci il tarixli, 07 nömrəli qərarı ilə verilmiş JN-0109 KOD 30329018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət aktının onlara məxsus olması faktını müəyyən edərək qətnamə çıxarılması xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək, bildirdi ki, Quba rayon Aqrar İslahat Komissiyasının 20.06.2000-ci il tarixli, 07 nömrəli qərarı ilə ona və ailə üzvlərinə JN-0109 kod 30329018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. X20 “Ərizəçi1” əvəzinə səhvən “X12”, “Ərizəçi2” əvəzinə səhvən “X3”, “X8” əvəzinə səhvən “X9”, “Ərizəçi4” əvəzinə səhvən “X5”, “Ərizəçi5” əvəzinə səhvən “X13”, “Ərizəçi6” əvəzinə səhvən “X11” kimi qeyd olunmuşdur. Adlarına verilmiş doğum haqqında şəhadətnamələrdə və şəxsiyyət vəsiqələrində ad, soyad və ata adıarı Ərizəçi1, Ərizəçi2, X8, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 kimi qeyd olunmuşdur. X8 ailə qurduqdan sonra “Nöhbalayeva” soyadını almışdır. Sənədləşmə işi ilə əlaqədar torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunan səhvlərə görə sənədləşmə işi apara bilmədiklərindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Göstərilənləri nəzərə alaraq, Ərizəçi1 ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Digər ərizəçilər Ərizəçi2, Ərizəçi6, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 məhkəməyə ərizə təqdim edərək, yolun uzaq olması səbəbindən məhkəmə iclasında iştirak edə bilmədiklərini və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsinə etiraz etmədiklərini nəzərə alınmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə iş üzrə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş üzrə Ərizəçi1 izahatını dinləyib, digər ərizəçilərin ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq toplanmış sübutlara qiymət verməklə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Torpağa Mülkiyyət Hüququna Dair JN-0109 kod 30329018 nömrəli Dövlət aktının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Quba Rayon Aqrar İslahat Komissiyasının 20.06.2000-ci tarixli 07 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün X12, X3, X11, X9, X5 və X10 1,61 ha torpaq sahəsi verilmişdir; Quba RİHB-nin Çiçi İƏD üzrə nümayəndəliyin 22.04.2021-ci il tarixli 152 saylı arayışından görünür ki, JN-0109 KOD 30329018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında adılan qeyd olunan X12 ilə Ərizəçi1, X2 ilə X1, X11 ilə Ərizəçi6, Mürsəquİiyeva Fidan Əli qızı ilə X8, X5 ilə Ərizəçi4, X13 ilə Ərizəçi5 eyni şəxslərdir; AZE 0*******, AZE 00******, AA 1037047, AZE ********, AA ******* nömrəli şəxsiyyət vəsiqələrinin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, Əli Asəf oğlunun, Xuraman Əli qızının, Laçın Əli oğlunun soyadlarının düzgün yazılışı “Mursaquliyev”(a), Nazilə Mirzəağa qızının soyadının düzgün yazılışı “Mursaquluyeva”dır; Ərizəçi3 məxsus Xİİ-ЖГ 261558 nömrəli doğum haqqında şəhadətnamənin və AZ-İ 369249 nömrəli nikah haqqında şəhadətnamənin surətlərindən surətindən görünür ki, Ərizəçi3 nikaha daxil olmamışdan əvvəl qızlıq soyadı “Mursaquluyeva” olmuşdur; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 12.04.2021-ci il tarixli **********41 saylı məktubundan görünür ki, Torpağa Mülkiyyət Hüququna Dair JN-0109 KOD 30329018 nömrəli Dövlət aktında qeyd olunmuş hüquq sahiblərinin soyadlarında yaranmış uyğunsuzluğu aradan qaldırılması üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Beləliklə, iş materiallarında olan sənədlərdən göründüyü kimi, ərizəçilərin soyadları “Mursaquliyev”(a) və “Mursaquluyev”(a) olduğu halda, torpağa Mülkiyyət Hüququna Dair JN-0109 KOD 30329018 nömrəli Dövlət aktında səhvən “Mürsəquliyev”(a) yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edə bilər; 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 sayl qərarında məhkəmələrə tövsiyyə edilir: “Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir.” Məhkəmə hesab edir ki, ərizəçilər hüquqlarının həyata keçirilməsi üçün lazım olan sənədlərin başqa yolla əldə edilə bilməməsini sübuta yetirə bilmişlər. Beləliklə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib məhkəmə hesab edir ki, Torpağa Mülkiyyət Hüququna Dair JN-0109 KOD 30329018 saylı Dövlət aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi6, Mursaquluyeva (Nöhbalayeva) Fidan Əli qızı, Ərizəçi4 və Ərizəçi5 məxsus olması faktı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Torpağa Mülkiyyət Hüququna Dair JN-0109 KOD 30329018 saylı Dövlət aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi6, Mursaquluyeva (Nöhbalayeva) Fidan Əli qızı, Ərizəçi4 və Ərizəçi5 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1130/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1130/2021
19.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver