Məhkəmə qərarları › İş №2(027)-114/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-114/2022

09.03.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-114/2022 09.03.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, İddiaçı1, iddiaçılar İddiaçı1, İddiaçı2, X7 və İddiaçı3 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi və vəkili X1 iştirakı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X4 cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi və hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, onlara məxsus 1,0 ha torpaq sahəsinə Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Cavabdeh1 adına verilmiş 18.12.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********92 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X4 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Quba rayon Notariat Kontorunda bağlanmış 18.03.2003-cü il tarixli, 4-Ə- 120 reyestr nömrəli alqı-satqı müqaviləsinin və iddiaçılara məxsus 1,0 ha torpaq sahəsinə Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Cavabdeh1 adına verilmiş 18.12.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********92 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi, iddia ərizəsində qeyd edilmiş İddiaçı4 səhvən X3 qeyd edilməsini, ona görə də iddiada cavabdehin X3 göstərilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X4 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Quba rayon Notariat Kontorunda bağlanmış 18.03.2003-cü il tarixli, 4-Ə- 120 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı1, İddiaçı2, İddiaçı3 və X5 məxsus 1,0 ha torpaq sahəsinə Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Cavabdeh1 adına verilmiş 18.12.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********92 reyestr nömrəli çıxarışın ləğv edilməsi və iddia ərizəsində səhvən iddiaçı kimi qeyd edilmiş İddiaçı4 X3 qeyd edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək, tələbini onunla əsaslandırmışdır ki, ona və ailə üzvlərinə Quba rayon Aqrar İslahatı Komissiyasının 05.03.2000-ci il tarixli 05 saylı qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair JN-0622 KOD 30301004 nömrəli dövlət aktına əsasən kənd təsərüfatı məhsullarının istehsalı məqsədi ilə 1,00 ha torpaq sahəsi verilmişdir. O, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, torpağa mülkiyyət hüququna dair JN-0622 KOD 30301004 nömrəli dövlət aktı əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilməsi ilə bağlı müraciət etmiş, müraciətinə əsasən 22.07.2021-ci il tarixli imtina məktubu ilə bildirilmişdir ki, o və ailə üzvlərinin adıa olan 1,00 ha torpaq sahəsinə verilmiş torpağa mülkiyyət hüququna dair JN- 0622 KOD:30301004 nömrəli dövlət aktı, Quba rayonu Dövlət Notariat konturunun 18.03.2003-cü il tarixli 4-Ə-120 reyster nömrəli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Onlar torpaq sahəsini satmamışlar. Həmin torpaq sahəsinə dair heç bir alqı-satqı müqaviləsi bağlamamışlar. Torpaq sahəsinə dair dövlət aktının əsli onlardadır. Qeyd olunanları nəzərə alaraq, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2, X7 və İddiaçı3 nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, iddiaçılar Bakı şəhərində yaşasalar da, özlərinə məxsus torpaq sahəsini icarə müqaviləsi əsasında başqa şəxsə vermişlər və uzun illər ərzində həmin torpaq sahəsi becərilmiş, orada təyinatı üzrə əkim işləri aparılmışdır. İddaçıların sözügedən torpaq sahəsinin satılması ilə bağlı bu vaxta qədər şübhələri olmamış, ona görə də hüquqlarının pozulmasından bixəbər olmuşlar. Ötən ilin iyun ayında iddiaçılar mülkiyyətlərində olan torpaq sahəsi üçün çıxarış almaq üçün müraciət edən zaman onlara məlum olmuşdur ki, sözügedən torpaq sahəsi 18.03.2003-cü il tarixli 4-Ə-120 reyster nömrəli alqı-satqı müqaviləsinə əsasən başqa səxsə satılmışdır. Sorğu zamanı məlum olmuşdur ki, 18.03.2003-cü il tarixli 4-Ə-120 reyster nömrəli alqısatqı müqaviləsi mövcud deyildir. Daha dəqiq 4-Ə-120 reyster nömrəli alqı-satqı müqaviləsi başqa tarix altında və iddiaya aid olmayan şəxslərin adına qeydə alınmışdır. Bu hal göstərir ki, müqavilə saxtadır və müqavilədəki imzalar saxtadır. Belə ki, iş materiallarına əlavə olunmuş ekspert rəyi bu halı təsdiq edir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili X2 bildirdi ki, Dövlət Notariat Arxivində İddiaçı1 adına rəsmiləşdirilmiş müqavilə aşkar edilməsə də, faktiki olaraq 18.03.2003-cü il tarixli 4-Ə-120 reyster nömrəli alqı-satqı müqaviləsi mövcuddur. İddianın müddətini və sonradan tələb dəyişdirilsə də, ilkin olaraq iddiaçı tərəfindən müqavilənin ləğvi barədə iddia qaldırıldığını nəzərə alınaraq, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq toplanmış sübutlara qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 Saylı Xaçmaz Ərazi İdarəsinin 13.08.2021-ci il tarixli **********65 nömrəli vəkil sorğusuna cavab məktubundan görünür ki, İddiaçı1 və ailə üzvlərinin adına olan 1.0 ha torpaq sahəsinə verilmiş JN-622 KOD 30301004 nömrəli torpağa mülkiyyət hüququna dair X9 rayon Notariat Kontorunun 18.03.2003-cü il tarixli, 4- Ə-120 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına özgəninkiləşdirilmiş və Cavabdeh1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq 18.12.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********92 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir; torpağa mülkiyyət hüququna dair JN-622 KOD 30301004 nömrəli dövlət aktından görünür ki, Quba rayon Aqrar İslahatı Komissiyasının 05.03.2000-ci il tarixli 05 saylı qərarı ilə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 kənd təsərüfatı məhsullarının istehsalı məqsədi ilə 1,00 ha torpaq sahəsi verilmişdir; AZ-İ 660529 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı4 13.12.2013-cü il tarixdə ölmüşdür; Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Quba Regional “ASAN Xidmət” mərkəzində notariat ofisində 17.02.2021-ci il tarixli 448 nömrəli məktubundan görünür ki, İddiaçı1 İddiaçı4 vərəsələri sırasına daxildir; Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin 25.08.2021-ci il tarixli 05/01-3596/14 saylı vəkil sorğusuna cavab məktubundan görünür ki, Quba rayon dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2003-cü ildə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən İddiaçı1 adına rəsmiləşdirilmiş müqavilə aşkar edilməmişdir. 4Ə-120 reyestr nömrəli müqavilənin 12 aprel 2003-cü il tarixdə təsdiq edildiyi və həmin müqavilənin digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Cavabdeh1 adına verilmiş 18.12.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********92 reyestr nömrəli çıxarışdan görünür ki, Quba şəhərində yerləşən 1,0 ha torpaq sahəsi Cavabdeh1 adına rəsmiləşdirilmişdir. 18.03.2003-cü il tarixdə reyestrdə 4-ə-120 nömrə ilə qeyd edilmiş alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı1, İddiaçı2, İddiaçı3, X7 və İddiaçı4 Hikmət qızı tərəfindən torpağa mülkiyyət hüququna dair JN-622 KOD 30301004 nömrəli dövlət aktına əsasən onlara məxsus 1.0 ha torpaq sahəsini Cavabdeh1 satılmış, müqaviləsinin sonunda İddiaçı1, İddiaçı2, İddiaçı3, X7 və İddiaçı4 Hikmət qızının imzaları qeyd olunmuşdur; Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10.02. 2022-ci il tarixli 4/1760 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 18.03.2003-cü il tarixli torpaq alqı-satqı müqaviləsində “İmzalar” qrafasındakı 1-ci imza - İddiaçı1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur; 2-ci imza - İddiaçı2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur; 3-cü imza - İddiaçı3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur; 4-cü imza - X7 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır; 2.3-сü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər; 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir; 21.2-ci maddəsinə əsasən daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda, bu barədə dövlət reyestrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimisahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür; 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir; 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir; 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir; 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır; 182.2-ci maddəsinə əsasən daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsavə ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur; 182.3-cü maddəsinə əsasən daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsavə ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər; 141.2-ci maddəsinə əsasən bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər; 141.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, torpağa mülkiyyət hüququna dair JN-622 KOD 30301004 nömrəli dövlət aktına əsasən Quba rayon Aqrar İslahatı Komissiyasının 05.03.2000-ci il tarixli 05 saylı qərarı ilə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 kənd təsərüfatı məhsullarının istehsalı məqsədi ilə 1,00 ha torpaq sahəsi verilmişdir. Quba rayon Notariat kontorunda təsdiq edilmiş 18.03.2003-cü il tarixli 4-ə-120 reyestr nömrəli alqı-satqı müqaviləsindən göründüyü kimi, həmin torpaq sahəsi İddiaçı1 İddiaçı2, İddiaçı3, X4 adından bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh1 satılmışdır. Daha sonra Quba şəhərində yerləşən 1,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh1 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 18.12.2019-cu il tarixdə **********92 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi üzrə cavabdehlə iddiaçılar arasında bağlanmış alqı-satqı müqaviləsi notarial qaydada bağlanaraq təsdiq edilmiş olsa da, iş materiallarında olan Dövlət Notariat Arxivinin məktubundan göründüyü kimi 2003-cü il tarixdə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən iddiaçıların adına rəsmiləşdirilmiş müqavilə aşkar edilməmiş, hətta 4Ə-120 reyestr nömrəli müqavilənin mübahisəyə aid olmayan şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir. Bununla yanaşı iş üzrə mötəbər sübut olan ekspert rəyinin nəticəsindən də göründüyü kimi, Quba rayon Notariat Kontorunda bağlanmış 18.03.2003-cü il tarixli, 4-0-120 reyestr nömrəli alqı-satqı müqaviləsində olan imzalar iddiaçılar - İddiaçı1, İddiaçı2, İddiaçı3, X7 tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinin tələbinə görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.4-cü maddəsinin tələbinə görə müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi zəruridir; 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə işin araşdırılmış halları baxımından hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmaqdadır. Belə ki, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin bağlanması üçün hər şeydən əvvəl tərəflərin arzusu, istəyi olmalıdır. Əqdlər aşağıdakı əlamətlərlə xarakterizə olunur: 1) əqd həmişə iradəvi akt olub, adamların hərəkətlərini ehtiva edir; 2) əqd hüquqauyğun hərəkətdir; 3) əqd xüsusi olaraq mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və xitamına yönələn hərəkətdir; 4) əqd müəyyən hüquqi nəticələr əmələ gətirən hərəkətdir. Mülki qanunvericilikdə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən birinin qüsurlu olması vacibdir: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. Qanunvericinin tələblərinə əsasən alqı-satqı müqavilələri bağlanarkən tərəflərin iradə ifadəsi müqavilələrin bağlanılmasının zəruri şərtidir. Hər hansı əqdin (o cümlədən, alqısatqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununu qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsi). Göstərilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, cavabdehin qeyd olunan əmlaka qanunsuz əsaslarla sahib çıxması məhkəmə iclasında yetərli sübutlarla öz təsdiqini tapmışdır. Bu da onu göstərir ki, Quba rayon Notariat Kontorunda bağlanmış 18.03.2003cü il tarixli, 4-0-120 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsızdır. Müvafiq olaraq həmin müqavilə əsasında verilmiş çıxarış da qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Quba rayon Notariat Kontorunda bağlanmış 18.03.2003-cü il tarixli, 4-0-120 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Quba şəhərində yerləşən 1,0 ha torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş 18.12.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********92 reyestr nömrəli çıxarış ləğv edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci və 227-ci madələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Quba şəhərində yerləşən 1,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satılması ilə bağlı İddiaçı1, İddiaçı2, İddiaçı3, X7 və İddiaçı4 Hikmət qızı ilə Cavabdeh1 arasında Quba rayon Notariat Kontorunda bağlanmış 18.03.2003-cü il tarixli, 4-0-120 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Quba şəhərində yerləşən 1,0 ha torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş 18.12.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********92 reyestr nömrəli çıxarış ləğv edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar