Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1151/2022 16.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X12 qızının katibliyi, Ərizəçi nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi maraqlı şəxs DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, JN-146,KOD 30310038 Torpağa mülkiyyət hüququnq dair Dövlət Aktının mənə- Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Ərizəçi və anasına Quba rayon Bərqov kəndi ərazisindən Quba rayon Aqrar İslahat Komissiyasının 29 mart 1997-ci il tarixli 03 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmiş və bu barədə bizə JN-146,KOD 30310038 Torpağa mülkiyyət hüququnq dair Dövlət Aktı verilmişdir. Dövlət Aktı alandan sonra məlum olmuşdur ki, Dövlət Aktında soyadı Nəzərova (Rzaquliyeva) əvəzinə Mürsəliyeva, atasının adı Ziyafət əvəzinə səhvən Alim yazılmışdır.Torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən çıxarış almaq məqsədi ilə müraciət etsə də ata adında uyğunsuzluq olduğundan ərizənin qeydiyyatını imtina verilmişdir. Dövlət Aktını verən orqan - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyindən Dövlət Aktında yanlışlığı aradan qaldıra bilmir və məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədə Ərizəçi nümayəndəsi X5 ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxs qismində AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “doğum haqqında şəhadətnamə”nin və “şəxsiyyət vəsiqəsi”nin surətlərindən görünür ki, Ərizəçi xx.xx.1988-ci il tarixdə anadan olmuşdur. O, Nəzərova (Rzaquliyeva) Gülnarə Ziyafət qızıdır. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, X6 ilə X7 arasında nikah xx.xx.2006-cı il tarixdə nikah bağlanmışdır. Nikahdan sonra Gülnarə Nəzərovaya “Rzaquliyeva” soyadı verilmişdir. Həmin şəhadətnamədə onun atasının adı “Ziyafət” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Quba RİHB-nın Vəlvələ kənd İƏD nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, JN-146, KOD 30310038 olan Dövlət aktında texniki səhv olduğundan Ərizəçi adı səhvən X2 göstərilmişdir. İş materiallarına əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Nəzərova (Rzaquliyeva) Gülnarə Ziyafət qızı və onun ailə üzvlərinə Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli 03 saylı qərarına əsasən JN-146 KOD 30310038 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı tərtib edilərək 1.06 ha torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ərizəçi və onun ailə üzvlərinə Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli 03 saylı qərarına əsasən 1.06 ha torpaq sahəsi verilərək JN-146 KOD 30310038 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı tərtib edilmişdir. JN-146 KOD 30310038 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında “X7” əvəzinə səhvən “X9” kimi qeyd olunmuşdur. Rzaquliyeva (Nəzərova) Gülnarə Ziyafət qızı məhkəmədən JN-146 KOD 30310038 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının ona məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, Ərizəçilər həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçilərin göstərdiyi hal, yəni JN-146 KOD 30310038 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət X1 ilə yanaşı, Rzaquliyeva (Nəzərova) Gülnarə Ziyafət qızına məxsus olması faktı iş materialları ilə təsdiq olunur, ona görə də ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi təmin edilsin. JN-146 KOD 30310038 saylı Torpağa Mülkiyyət Hüququna dair X11 (Nəzərova) Gülnarə Ziyafət qızına münasibətdə ona məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1151/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1151/2022
16.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver