Məhkəmə qərarları › İş №2(027)-1157/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1157/2023

19.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1157/2023 19.07.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş 23 iyul 2020-ci il tarixli,“0242576” nömrəli Aktın etibarsız hesab edilməsi, həmin akt üzrə yazılmış 30 iyul 2020-ci il tarixli Dəymiş ziyanın Bərpasına dair Tələbnamənin (qərarın) ləğv edilməsi və həmin Tələbnamə (qərar) üzrə hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borcun, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş 30 iyun 2022-ci il tarixli, “0347355” nömrəli Aktın etibarsız hesab edilməsi, həmin akt üzrə yazılmış 30 iyun 2022-ci il tarixli Dəymiş ziyanın Bərpasına dair Tələbnamənin (qərarın) ləğv edilməsi və həmin Tələbnamə (qərar) üzrə hesablanmış 172,80 (yüz yetmiş iki manat səksən qəpik) manat məbləğində borcun, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş 30 dekabr 2022-ci il tarixli ,“0351772” nömrəli Aktın etibarsız hesab edilməsi, həmin akt üzrə yazılmış 30 dekabr 2022-ci il tarixli Dəymiş ziyanın Bərpasına dair Tələbnamənin (qərarın) ləğv edilməsi və həmin Tələbnamə (qərar) üzrə hesablanmış 1036,80 (min otuz altı manat səksən qəpik) manat məbləğində borcun və Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş 31 yanvar 2023-cü il tarixli, “0379146” nömrəli Aktın etibarsız hesab edilməsi, həmin akt üzrə yazılmış 31 yanvar 2023-cü il tarixli Dəymiş ziyanın Bərpasına dair Tələbnamənin (qərarın) ləğv edilməsi və həmin Tələbnamə (qərar) üzrə hesablanmış 1036,80 (min otuz altı manat səksən qəpik) manat məbləğində borc olmaqla, cəmi 2462,40 (iki min dörd yüz altmış iki manat qırx qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun hazırda yaşadığı Quba rayonu, Zərdabi qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinə G-4 markalı, **********5 nömrəli qaz sayğacı quraşdırılmışdır. Bundan sonra 19 mart 2020-ci il tarixdə həmin fərdi yaşayış evinə quraşdırılmış ZENNER G-4 markalı **********5 nömrəli qaz sayğacı çıxarılmış, növbəti yoxlanışa göndərilmiş, yerinə ZENNER G-4 **********9 markalı qaz sayğacı quraşdırılmışdır. 23 iyul 2020-ci il tarixdə Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin əməkdaşları tərəfindən yaşadığı ünvana gələrək 19 mart 2020-ci il tarixdə çıxarılmış və yoxlanışa göndərilmiş qaz sayğacının çıxış plastmas borusunun deşilməsi səbəbi ilə dəymiş ziyanın hesablanıb ödənilməsi ilə bağlı “0242576” nömrəli akt tərtib edilmişdir. Həmin akt əsasında 30 iyul 2020-ci ildə Dəymiş Ziyanın bərpasına dair Tələbnamə “Qərar” qəbul edilmiş və ona 2160 kub metr qazdan istifadəyə görə 216 (iki yüz on altı) manat məbləğində borc hesablanmışdır. Daha sonra 04 mart 2022-ci il tarixdə yaşadığı fərdi yaşayış evinə quraşdırılmış ZENNER G-4 markalı, **********9 nömrəli qaz sayğacı çıxarılmış, növbəti yoxlanışa göndərilmiş, yerinə ZENNER G-4 **********8 markalı qaz sayğacı quraşdırılmışdır. 30 iyun 2022-ci il tarixdə Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin əməkdaşları tərəfindən yaşadığı ünvana gələrək 04 mart 2022-ci il tarixdə çıxarılmış və yoxlanışa göndərilmiş qaz sayğacından qaz keçsə də, hesablama mexaniziminin keçən qazın həcmini qeyd etməməsi ilə bağlı “0347355” nömrəli akt tərtib edilmişdir. Həmin akt əsasında 30 iyun 2022-ci ildə Dəymiş Ziyanın bərpasına dair Tələbnamə “Qərar” qəbul edilmiş və ona 1440 kub metr qazdan istifadəyə görə 172,80 (yüz yetmiş iki manat səksən qəpik) manat məbləğində borc hesablanmışdır. Daha sonra yenidən 01 sentyabr 2022-ci il tarixdə yaşadığı fərdi yaşayış evinə quraşdırılmış ZENNER G-4 markalı, **********8 nömrəli qaz sayğacı çıxarılmış, növbəti yoxlanışa göndərilmiş, yerinə ZENNER G-4 **********589 markalı qaz sayğacı quraşdırılmışdır. 30 dekabr 2022-ci il tarixdə Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin əməkdaşları tərəfindən yaşadığı ünvana gələrək 01 sentyabr 2022-ci il tarixdə çıxarılmış və yoxlanışa göndərilmiş qaz sayğacının çıxış plastmas borusunun deşilməsi və sayğacın membranının fasilələrlə işləməsi səbəbi ilə bağlı “0351772” nömrəli akt tərtib edilmişdir. Həmin akt əsasında 30 dekabr 2022-ci ildə Dəymiş Ziyanın bərpasına dair Tələbnamə Qərar” qəbul edilmiş və ona 8640 kub metr qazdan istifadəyə görə 1036,80 (min otuz altı manat səksən qəpik) manat məbləğində borc hesablanmışdır. Bir daha 05 yanvar 2023-cü il tarixdə yaşadığı fərdi yaşayış evinə quraşdırılmış ZENNER G-4 markalı, **********589 nömrəli qaz sayğacı çıxarılmış, növbəti yoxlanışa göndərilmiş, yerinə STS tipli, ZENNER markalı **********336 markalı qaz sayğacı quraşdırılmışdır. 31 yanvar 2023-cü il tarixdə Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin əməkdaşları tərəfindən yaşadığı ünvana gələrək 05 yanvar 2023-cü il tarixdə çıxarılmış və yoxlanışa göndərilmiş qaz sayğacının ECD ekranının sınması və göstəricilərin və informasiyanın oxunmaması səbəbi ilə bağlı “0379146” nömrəli akt tərtib edilmişdir. Həmin akt əsasında 31 yanvar 2023-cü ildə Dəymiş Ziyanın bərpasına dair Tələbnamə “Qərar” qəbul edilmiş və ona 8640 kub metr qazdan istifadəyə görə 1036,80 (min otuz altı manat səksən qəpik) manat məbləğində borc hesablanmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndələri məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan ******* saylı aktdan görünür ki, **********5 nömrəli sayğaca ümumi baxış keçirilən zaman, sayğacın çıxış plastmas borusu deşilmişdir. Belə ki, iş materiallarında olan ******* saylı aktdan görünür ki, **********9 nömrəli sayğaca ümumi baxış keçirilən zaman, sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir, xətalar təyin edilə bilinməmiş, kamera vasitəsi ilə sayğacın daxilinə baxış keçirilmiş kənar təsir izləri aşkar edilməmişdir. Belə ki, iş materiallarında olan ******* saylı aktdan görünür ki, **********8 nömrəli sayğaca ümumi baxış keçirilən zaman, sayğacın çıxış plastmas borusu deşilmişdir. Xətalar təyin edilə bilinməmişdir.sayğacın membranı fasilələr ilə işlədiyindən sayğacı sınaq qurğusunda yoxlamaq mümkün deyildir, sayğac istismara yararsızdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı 2020-ci il üzrə 216 manat məbləğində borcu vardır. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı 2022-ci il üzrə 172,80 manat məbləğində borcu vardır. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı 2023-cü il üzrə 1036.80 manat məbləğində borcu vardır. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı 2023-cü il üzrə 1036.80 manat məbləğində borcu vardır. Müəyyən olunmuşdur ki, İddiaçı təbii qaz abonenti kimi qeydiyyatdadır. Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixində tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktında qeyd olunmuşdur ki, **********5 nömrəli sayğaca ümumi baxış keçirilən zaman, sayğacın çıxış plastmas borusu deşilmiş, **********9 nömrəli sayğaca ümumi baxış keçirilən zaman, sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir, xətalar təyin edilə bilinməmiş, kamera vasitəsi ilə sayğacın daxilinə baxış keçirilmiş kənar təsir izləri aşkar edilməmiş və **********8 nömrəli sayğaca ümumi baxış keçirilən zaman, sayğacın çıxış plastmas borusu deşilmişdir. Xətalar təyin edilə bilinməmişdir.sayğacın membranı fasilələr ilə işlədiyindən sayğacı sınaq qurğusunda yoxlamaq mümkün deyildir, sayğac istismara yararsızdır. Həmin aktlara əsasən iddiaçının (abonentin) bazasındakı abonent koduna ümumilikdə 2462,40 manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. Onun tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiаçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda iddiаçıyа əsаssız olаrаq 1555,20 manat məbləğində əlаvə sərfiyyаt hesаblаnmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. (4.9). İddiaçı aktın etibarsız hesab edilməsi və tələbnamənin ləğv edilməsi tələbini qoysa da mahiyyətcə borcun silinməsi barədə tələb irəli sürür. Göründüyü kimi iddiaçının prosessual məqsədi onun hesabında sayğacdan kənar hesablanmış borcun qanunsuz sayılması olduğundan borcun silinməsidir. Yəni iddiaçı aktın etibarsız hesab edilməsi və tələbnamənin ləğv edilməsi barədə iddia versə də (akt və tələbnamə özlüyündə mövcuddur), məhkəmə iddianı akt və tələbnamə üzrə nəzərdə tutulan ödəmənin silinməsi barədə iddia kimi qəbul edir. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya hesablanmış borcun məhz abonentin sayğaca qanunsuz müdaxiləsindən irəli gəldiyi əsaslandırılmamış, bununla bağlı sübutlar təqdim edilməmişdir. Əksinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.8-ci bəndinə əsasən iddiaçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşımışdır. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, “Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən 23 iyul 2020-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 216 manat, 30 iyun 2022-ci il tarixli ******* nömrəli akt əsasında 172,80 manat, 30 dekabr 2022-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1036,80 və 31 yanvar 2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1036,80 manat məbləğində borc iddiaçının **********04680 saylı abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı **********04680 saylı abonent hesabına 23 iyul 2020-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 216 manat məbləğində borc, 30 iyun 2022-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 172,80 manat məbləğində borc, 30 dekabr 2022-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1036,80 manat məbləğində borc və 31 yanvar 2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1036,80 manat məbləğində borc pul onun abonent hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar