Məhkəmə qərarları › İş №2(027)-1163/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1163/2025

30.06.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1163/2025 30.06.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsna qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: I. İşin mahiyyəti: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1963-cü il tarixdə Quba rayonu Rustov kəndində doğulmuş və Quba rayonu, Barlı kəndində yaşayan əri X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 23.1 1.1963-cü il təvəllüdlü X5 ilə xx.xx.2007-ci tarixdə evlənib ailə qurmuşdur. Birgə nikahlarından uşaqları 2009-cu idə Şəbnəm, 2016-cı ildə Umid doğulmuşlar. X9 kəskin başlanmış vaskulyar demelsiya F.010 diaqnozlu xəstəliyə tutulmuş və müalicə olmasına baxmayaraq, heç bir müsbət nəticə vermir, vəziyyəti getdikcə pisləşmiş, bu səbəbdən də ona kəskin başlanmış vaskulyar demensiya. MMSE 11 bal Ağırlaşma F01.2 diaqnozu ilə 2-ci dərəcəli əlillik təyin edilərək pensiya təyin edilmişdir. Onun daima kənar şəxslərin qulluğuna ehtiyacı vardır. Özü sərbəst hərəkət edə bilmir. Sədrəddin Məmmədəliyev etdiyi hərəkətlərin mənasını başa düşmür və özünü idarə edə bilmir. Bildirir ki, əri onlarla yaşayır, ona özü baxaraq qulluq göstərir. Bəzi hallarda onun tərəfindən hüquq müəyyənedici sənədlərin imzalanması zərurəti yarandığından bir sıra çətinliklərlə üzləşir. Sədrəddin Məmmədəliyev üzərində qəyyum təyin edilməsi zəruridir. Ona qəyyum təyin edilməsi üçün də X9 məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi tələb olunur. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında Ərizəçi ərizədə yazılanlara uyğun izahat vermiş və ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İİİ. İşin faktiki halları: İş materiallarında olan AA seriyalı, ******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1973-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı, 14345535 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, X5 xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan AZ-İ seriyalı 319812 №li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X8 17 iyun 2007-ci il tarixdə nikah bağlamışdır. Nikahdan sonra X7 Məmmədəliyeva soyadı verilmişdir. İş materiallarında olan Quba rayonu, Barlı kənd bələdiyyəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Ərizəçi əri X3 məxsus Barlı kəndi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsində tikilmiş bir mərtəbəli üç otaqlı fərdi yaşayış evində birgə yaşayırlar. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 “Quba Rayon Mərkəzi Xəstəxanası” X11 xx.xx.2025-ci il tarixli PHŞ/6.56-2saylı arayışından görünür ki, X3 vaskulyar demensiya F01.2 diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat çıxarışından görünür ki, xx.xx.1963-cü il təvəllüdlü X3 xx.xx.2029-cu il tarixədək 2-ci dərəcəli əlillik təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12-Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli, 1379 saylı rəyindən görünür ki, X2 “vaskulyar demensiya (ağıl zəifliyi)” müəyyən edilir. X5 psixi v.əziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X4 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməyə kifayət qədər əsaslar var. İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır və əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir; 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir; 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır; 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər; 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyəti və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir; 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi Hacıbaba qızı fəaliyyət qabiliyyətsizliyi mübahisələndirilən xx.xx.1963-cü il təvəllüdlü X1 arvadıdır. X1 psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan məhkəməpsixiatriya ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 xx.xx.2025-ci il tarixli, 1379 saylı rəyi ilə müəyyən edilmişdir ki, X2 “vaskulyar demensiya (ağıl zəifliyi)” müəyyən edilir. X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar var. V. Nəticə: Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1963-cü il tarixdə Quba rayonu Rustov kəndində anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 305-ci, 317-321-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1963-cü il tarixdə Quba rayonu Rustov kəndində anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. xx.xx.1963-cü il tarixdə Quba rayonu Rustov kəndində anadan olmuş X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üzərində qəyyum təyin etmək üçün əsasdır. Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar