Məhkəmə qərarları › İş №2(027)-1164/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1164/2020

12.11.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1164/2020 12.11.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X35 oğlunun katibliyi, İddiaçı və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2na, Cavabdeh3, Bakı şəhər 13 saylı Dövlət Notariat Kontoruna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “vəsiyyətnamənin etibarsız sayılması, əmlakın özgəninkiləşdirilməsi barədə müqavilənin (alğı-satqı müqaviləsinin) etibarsız sayılması, Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması, mənzilə onun vərəsilik hüququ əsasında mülkiyyət hüququnun tanınması və mənzilin qeyri-qanuni sahiblikdən məcburi qaydada geri qaytarılması” tələbinə dair mülki işə Quba Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci ildə Quba rayon notariat ofisində Cavabdeh1 adına rəsmiləşdirilmiş vəsiyyətnamənin etibarsız sayılması, Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Şərifli küçəsi, ev 100-də yerləşən 54 saylı mənzilin xx xxxx 2019-cu ildə özgəninkiləşdirilməsi barədə alğı-satqı müqaviləsinin etibarsız sayılması, göstərilən daşınmaz əmlaka Cavabdeh3 qızının adına DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və müvafiq texniki sənədlərin ləğv edilməsi, göstərilən mənzilə qanun üzrə vərəsəlik hüququ əsasında onun mülkiyyət hüququnun tanınması, göstərilən mənzilin Cavabdeh3 və onu qanunsuz yolla əldə etmiş şəxslərdən məcburi qaydada alınaraq, ona qaytarılması barədə qətnamə çıxarılması, cavabdehlər Cavabdeh3 və qanunsuz alğısatqıda iştirak etmiş şəxslərin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.4-cir maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibləri olduğundan, onların hərəkətlərində cinayətin əlamətləri olması barədə müvafiq prokurorluğa xəbər verilməsi barədə xüsusi qərardad çıxarılmasını da xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun babası İddiaçı Nikolayeviç 1926-cı ildə anadan olmuş və xx.xx.1981-ci ildə vəfat etmişdir. Onun bacısı X19 xx xxxx 2019-cu ildə vəfat etmişdir. Hal-hazırda X10 yeganə vərəsəsi kimi o, qalmışdır. Belə ki, onun atası X20 Böyük Vətən Müharibəsi zamanı, 1942-ci ilin avqust ayında itkin düşmüşdür. X33 Fyodorovna xx.xx.1983-cü ildə vəfat etmişdir. X10 birinci dərəcəli vərəsələri olmadığına görə, onun hal-hazırda yeganə vərəsəsi o sayılır. A.Çebotaryovanın bir qardaşı olub - İddiaçı Nikolayeviç (onun babası), o, xx.xx.1981-ci ildə vəfat etmişdir. Mülki Məcəllənin 1159.2-ci maddəsinə görə, miras qoyanın - X10 ikinci dərəcəli vərəsəsi onun yeganə qardaşı İddiaçı Nikolayeviç (onun babası) ola bilərdi. O, isə, yuxarıda qeyd etdiyi kimi, xx.xx.1981-ci ildə vəfat etmişdir. Lakin Məcəllənin elə bu maddəsində göstərilir ki, miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Mirasın açıldığı vaxt - yəni X10 vəfat etdiyi xx xxxx 2019-cu ildə onun qardaşı (onun babası) İddiaçı Nikolayeviç, həmçinin İddiaçı Nikolayeviçin iki oğlu (miras qoyanın qardaşı uşaqları) X11 (xx.xx.2006-cı ildə vəfat etmişdir) və X6 (xx.xx.2013-cü ildə vəfat etmişdir) - onun atası vəfat etmişlər. Mülki Məcəllənin 1159.2-ci maddəsinə görə, miras qoyanın qardaşı uşaqlarının uşaqları kimi ondan başqa heç kim yoxdur və halhazırda o, X10 yeganə vərəsəsidir. Lakin X10 xüsusi mülkiyyətində olmuş, Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Şərifli küçəsi, ev 100-də yerləşən 54 saylı mənzil A.Çebotaryovanın ölümündən sonra, A.Çebotaryovanın sağlığında verdiyi etibarnamə əsasında, A.Çebotaryovanın ölüm» faktı gizlədilməklə, qanunsuz olaraq, Cavabdeh3 tərəfindən xx xxxx 2019-cu ildə alğı-satqı yolu ilə Bakı şəhəri 13 saylı dövlət notariat kontorunda qızının adına keçirilmişdir. A.Çebotaryovanın xx xxxx 2019-cu ildə ölməsini Quba Cavabdeh2əzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2020ci il tarixində verilmiş AZ-İİ № 059410 saylı ölüm haqqında şəhadətnamə təsdiq edir. A.Çebotaryovanın xx xxxx 2019-cu ildə ölməsinə baxmayaraq, onun ölümü haqqında şəhadətnamənin xx xxxxxx 2020-ci il tarixində alınmasına səbəb o olmuşdur ki, Quba rayon Mərkəsi Xəstəxanası tərəfindən A.Çebotaryovanın ölümü barədə tibbi arayış Cavabdeh3 verilmiş, o isə Alla Çebotaryovanın xx xxxx 2019-cu ildə ölməsini bilə-bilə, onun ölüm faktını gizlədərək, əslində A.Çebotaryovanın ona verdiyi etibarnamənin onun ölümü ilə qüvvədən düşdüyünü bilməklə, qanunsuz olaraq onun mənzilini mənimsəmiş, bu cinayətini ört-basdır etmək üçün A.Çebotaryovanın ölümü barədə tibbi arayışı gizlətmiş və A.Çebotaryovanın ölüm haqqında şəhadətnaməsinin rəsmiləşdirilməsinə mane olmuşdur. A.Çebotaryovanın ölümü barədə tibbi arayışın dublikatı əsasında xx xxxxxx 2020-ci il tarixində A.Çebotaryovanın ölümü haqqında şəhadətnamə verilmişdir. Bakı şəhəri 13 saylı dövlət notariat kontorunda mənzilin mülkiyyətçisinin verdiyi etibarnamə əsasında aparılmış alğı-satqı əməliyyatı etibarnamə verənin ölümündən sonra aparılmışdır ki, alğısatqı əməliyyatı aparılan zaman əsasında əməliyyat aparılmış etibarnamə qüvvədə olmamışdır. Əslində burada cinayət tərkibli əməl vardır. İddia ərizəsinə əlavə etdiyi sənədlərlə onun X10 yeganə vərəsəsi olmağı təsdiq olunur. Cavabdeh3 qanunsuz olaraq X10 xüsusi mülkiyyətində olmuş, Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Şərifli küçəsi, ev 100-də yerləşən 54 saylı mənzili A.Çebotaryovanın ölümündən sonra, A.Çebotaryovanın sağlığında verdiyi etibarnamə əsasında, A.Çebotaryovanın ölüm faktı gizlədilməklə, xx xxxx 2019-cu ildə alğı-satqı yolu ilə Bakı şəhəri 13 saylı dövlət notariat kontorunda qızının adına keçirməsi səbəbindən, o, notariatda həmin mənzilə aid vərəsəlik işi açdıra bilmir. Cavabdeh3 qanunsuz olaraq Alla Çebotaryovanın mənzilini qızının adına keçirdiyinə görə, o, Elmira tərəfindən qanunsuz olaraq aparılmış alğı-satqının etibrasız sayılması, mənzilə onun vərəsəlik hüquqlarının tanınması və mənzilin məcburi qaydada, mənzili qanunsuz yolla ələ keçirmiş şəxslərdən alınaraq, ona qaytarılması barədə məhkəmə orqanlarında iddia qaldırmaq məcburiyyətində qalmışdır. Həmçinin qanunsuz olaraq mənzili zəbt etmiş şəxslər barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri əsasında cinayət işi başlanılmaqla, bu barədə prokurorluq orqanlarına məlumat verilməlidir. Cavabdehlərin hərəkətlərində dələduzluq əlamətlərinin açıq-aydın olmasını qeyd edir və göstərilənlərin nəzərə alınaraq, MPM-nin 265.4-cü maddəsinə əsaslanmaqla, Cavabdeh3 və qanunsuz alğı-satqıda iştirak etmiş şəxslər barəsində cinayət işinin başlanması üçün xüsusi qərardad çıxarılaraq, prokurorluq orqanlarına göndərilməsini xahiş edir. Hal-hazırda o, X10 xüsusi mülkiyyətində olmuş, Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Şərifli küçəsi, ev 100-də yerləşən 54 saylı mənzilə vərəsəlik açdırmaq üçün notariat orqanlarına müraciət edə bilmir. Belə ki, Cavabdeh3 qanunsuz olaraq mənzili başqa şəxsin - qızının mülkiyyətinə keçirmişdir və hal-hazırda formal cəhətdən həmin mənzil miras əmlak kütləsinə daxil deyildir. Göstərilən səbəblərdən o, hal-hazırda göstərilən mənzilin X10 ölüm anında mülkiyyətində olması barədə sənədləri notariat orqanına təqdim edə bilmir. Bakı şəhəri 13 saylı notariat kontorunda rəsmiləşdirilmiş alğı-satqı müqaviləsi satıcı tərəfindən verilmiş etibarnamə əsasında xx xxxx 2019-cu ildə icra olunmuşdur ki, bu tarixdə artıq etibarnaməni verən şəxs vəfat etmişdi və etibarnamə ilə əməliyyat aparan şəxs - Cavabdeh3 bu barədə bilirdi. Bu səbəbdən göstərilən alğı-satqı müqaviləsi ləğv olunmalıdır. Alğı-satqı müqaviləsi ləğv olunduğunda, həmin alğı-satqı müqaviləsinin əsasında verilmiş Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış da ləğv olunmalıdır. Yenə də Azərbaycan Respublikası MPM-nini 78.2-ci maddəsinə əsaslanmaqla, Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Şərifli küçəsi, ev 100-də yerləşən 54 saylı mənzilə aid X3 qızının adına verilmiş Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın da təsdiq olunmuş surətinin DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsindən alınmasını xahiş edir. Yuxarıdakı səbəblərdən göstərilən alğı-satqı əməliyyatının ləğv olunması xahişi ilə Bakı şəhəri 13 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə müraciət etmişdir. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat İdarəsinin xx.xx.2020-ci il tarixli, 05/G-02-13 saylı məktubu ilə bildirilmişdir ki, guya X19 sağlığında xx.xx.2017-ci ildə Quba rayon notariat ofisində özünə məxsus əmlaklarına dair qanunvericiliklə müəyyən olunmuş qaydada 2 nəfər şahidin iştirakı ilə vətəndaş Cavabdeh1 adına vəsiyyətnamə qoymuşdur. Ona bu barədə Ədliyyə Nazirliyinin məktubunu aldıqdan sonra məlum olmuşdur. 2017-ci ildə A.Çebaotaryova belə vəsiyyətnamə verə bilməzdi, belə ki, həmin dövrdə, o, yataq xəstəsi idi və onun notariat ofisinə getməsi fiziki cəhətdən qeyri-mümkün idi. Həmçinin onu da bildirir ki, göstərilən vaxt A.Çebotaryovanın əqli və psixi durumu da aydın deyildi və, o, öz fikirlərini və iradə ifadəsini müstəqil şəkildə həyata keçirə bilmirdi. Bu səbəblərdən göstərilən vəsiyyətnamə Cavabdeh1 tərəfindən saxta yolla tərtib olunmuşdur, ya da A.Çebotaryovanın xəstəliklərindən sui-istifadə olunmaqla tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etməyərək, Cavabdeh1 kirayəçi olduğunu, evin kirayə pulunu ödəmədən evdən çıxdığını qeyd etmişdir. Allanın sağlığında ev Allanın adına olmuşdur. Alla 2019-cu ildə vəfat etmişdir. Alla xəstə olarkən, 3 il ona baxmışdır. Həmin vaxt iddiaçı Alla ilə heç vaxt maraqlanmamışdır. 2011-ci ildə Alla insult keçirdikdən sonra o, Allaya baxmışdır. Alla evi satmaq, bağışlamaq üçün ona etibarnamə vermişdir. O Allanln səhhəti üçün xeyli pul xərcləmişdir. Allanı xəstəxanaya yerləşdirəndən sonra alğı-satqı müqaviləsi bağlamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Cavabdeh1, Bakı şəhər 13 saylı Dövlət Notariat Kontoruna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, nümayəndəsini məhkəməyə göndərməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdeh X16 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı və cavabdehi dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “ölüm haqqında şəhadətnamə”dən görünür ki, X21 xx.xx.1983-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X26 xx.xx.1938-ci il tarixdə anadan olmuşdur. Onun atası – X27, anası – X12. İş materiallarında olan “ölüm haqqında şəhadətnamə”dən görünür ki, X17 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Quba RİHB-nın Vladimirovka İƏD üzrə nümayəndəliyinin xx.xx.2012-ci il tarixli arayışından görünür ki, X17 Quba rayonu, Vladimirovka kəndində yaşamış və xx.xx.2004-cü il tarixdə Quba rayonu, Vladimirovka kəndində vəfat etmişdir. Onun vəfatından sonra vəsərəsi – X2muşdur. İş materiallarında olan Quba RİHB-nın Vladimirovka İƏD üzrə nümayəndəliyinin xx.xx.2018-ci il tarixli arayışından görünür ki, X28 Quba rayonu, Vladimirovka kəndində yaşamış və xx.xx.1983-cü ildə Bakı şəhəri, Nizami rayonunda vəfat etmişdir. Onun vəfatından sonra əri X30 (1941-1945-ci ildə itkin düşüb), oğlu X13 (xx.xx.1981-ci ildə vəfat edib), qızı X19 vərəsələri olaraq qeydiyyata alınmışdır. İş materiallarında olan Quba RİHB-nın Vladimirovka İƏD üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X8 Quba rayonu, Vladimirovka kəndində yaşamış və xx.xx.2013-cü ildə Quba rayonu, Vladimirovka kəndində vəfat etmişdir. Onun vəfatından sonra həyat yoldaşı X22, oğlu X9 vərəsələri olaraq qeydiyyata alınmışdır. İş materiallarında olan Quba RİHB-nın Vladimirovka İƏD üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, X9 Quba rayonu, Vladimirovka kəndində qeydiyyatdadır və hal-hazırda həmin kənddə yaşayır. Mərhum X13in nəvəsidir. İş materiallarında olan Quba rayon Qeydiyyat Şöbəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, xx.xx.1938-ci il təvəllüdlü X19 xx.xx.2019-cu il tarixdə Quba şəhərində vəfat etmişdir. Onun ölümü Quba regional “ASAN Xidmət” Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixində 81 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Quba RMX-nın xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, X19 xx xxxx 2019-cu il tarixində Quba RMX-nın Reanimasiya şöbəsinə gətirilmişdir və xx xxxx 2019-cu il tarixində vəfat etmişdir. Lakin, iki gün morqda saxlanıldıqdan sonra, heç bir ailə üzvü və ya qohumu müraciət etmədiyinə görə qonşusu olan Elmira adında bir vətəndaş (hansı ki, onu xəstəxanaya gətirmişdir və sahib çıxmışdır) vəfat etmiş qadını Bakı şəhərində dəfn olunması ilə əlaqədar, yer ayrılması üçün ölüm haqqında tibbi şəhadətnamənin tələb olunduğunu bildirmişdir. Belə ki, X10 heç bir ailə üzvü və ya qohumu müraciət etmədiyinə görə, ölüm haqqında tibbi şəhadətnamə, vəfat edən şəxsin dəfn olunması məqsədi ilə qonşusu ola Elmira adlı vətəndaşa verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, X29 sağlığında, yəni xx.xx.2017-ci ildə Quba rayon notariat ofisində özünə məxsus əmlaklarına dair qanunvericiliklə müəyyən olunmuş qaydada 2 nəfər şahidin iştirakı ilə vətəndaş Cavabdeh1 adına vəsiyyətnamə qoymuş, miras qoyanın ölüm qeydiyyatının (xx.xx.2020-ci il) tarixindən sonra xx.xx.2020-ci ildə vəsiyyətnamə üzrə vərəsə Cavabdeh1 Bakı şəhəri 30 saylı notariat ofisinə müraciəti əsasında vəsiyyətnamə üzrə vərəsəlik işi açılmışdır. A.Çebotarevanın qanun üzrə ikinci növbəli vərəsəsi X4sa da, miras qoyanın sağlığında digər şəxsin adına vəsiyyətnamə qoyduğu səbəbinə görə (Mülki Məcəllənin 1159-cu maddəsi) mərhumdan miras qalmış əmlakdan ona pay düşmür. xx.xx.2019-cu ildə ölmüş Alla Çebotarevanın ölüm qeydiyyatının tarixi xx.xx.2020-ci ildə Quba regional Cavabdeh2əzində Qeydiyyat şöbəsində aparılaraq həmin tarixdə bu barədə müvafiq şəhadətnamə verilmişdir. Məhz bu səbəbdən mərhumun adından verilmiş etibarnamə əsasında xx.xx.2019-cu ildə 13 saylı notariat ofisində sözügedən alğı-satqı müqaviləsinin təsdiqi zamanı satılan əmlakın mülkiyyətçisi olmuş A.Çebotarevanın ölümü barədə məlumat «X18»nın elektron informasiya sistemində aşkarlana bilməzdi. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon Şöbəsinin xx.xx.2018-ci il tarixli arayışından görünür ki, X10 atası X20 Böyük Vətən Müharibəsi cəbhəsində 1942-ci ildə itkin düşmüşdür. İş materiallarında olan “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X14 xx.xx.2006-cı il tarixdə Quba rayonu, Vladimirovka kəndində vəfat olmuşdur. İş materiallarında olan “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X7 xx.xx.2013-cü il tarixdə Quba rayonu, Vladimirovka kəndində vəfat olmuşdur. İş materiallarında olan “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X13 xx.xx.1981-ci il tarixdə Quba rayonu, Vladimirovka kəndində vəfat olmuşdur. İş materiallarında olan AN-İ ******* nömrəli, xx.xx.2019-cu il tarixli Daşınmaz Əmlakın alğı-satqı müqaviləsindən görünür ki, X19 (etibarnamə üzrə nümayəndəsi Cavabdeh3) tam mülkiyyət üzrə ona məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 42.5 kv.m olan mənzili 43.000 manata X1. İş materiallarında olan RX seriyalı, ******* saylı, **********26-05101-093021 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli Çıxarışın surətindən görünür ki, tam mülkiyyət üzrə ona məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 42.5 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ əsasında X10 sahibliyində olmuşdur. İş materiallarında olan xx.xx.2017-ci il tarixli etibarnamənin surətindən görünür ki, X19 Cavabdeh3 onun adından sənədləşmə və digər hərəkətləri etməyi etibar etmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X19 öldükdən sonra ona məxsus olan bütün əmlakını X34 vəsiyyət etmişdir. İş materiallarında olan “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X19 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1218/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X5mış mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət Cavabdeh1 münasibətdə uzadılması qət edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququna dair oxşar hüquqi mövqelər ifadə etmişdir. Həmin Məhkəmənin İvaşkieviç Polşaya qarşı iş üzrə xx xxxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsi hər hansı müdaxilənin qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmasını da tələb edir. Müvafiq olaraq, hüquq və azadlıqlara istənilən müdaxilə cəmiyyətin ümumi maraqları ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. Tələb edilən ədalətli tarazlığa nail olmaq üçün müvafiq şəxs fərdi və həddən artıq yükə məruz qalmamalıdır (§ 44). Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir. Məhkəmə qeyd edir ki, mülki qanunvericilikdə müqavilə əsasında daşınmaz əmlak əldə edən şəxslərin vicdanlılığı özgəninkiləşdirənin adına reyestrdəki qeydin mövcudluğu, reyestrin məzmununun dəqiqliyi və bu qeydə dair etirazın reyestrə daxil edilməməsi ilə şərtləndirilmişdir. Bu şərtlərin mövcudluğu şəraitində daşınmaz əmlakı əldə edən şəxs vicdanlı hesab edilir və daşınmaz əmlakı özgəninkiləşdirənlə əvvəllər bağlanmış əqdin etibarsızlığı əmlakın ilkin mülkiyyətçisinə qaytarılması hüquqi nəticəsini doğurmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2004-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə görə mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Məhkəmə iş üzrə mövcud sübutlara əsasən müəyyən etmişdir ki, RX seriyalı, ******* saylı, **********26-05101-093021 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2016cı il qeydiyyat tarixli Çıxarışına əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 42.5 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ əsasında X10 mülkiyyətində olmuşdur. X19 sağlığında xx.xx.2017-ci il tarixli etibarnamə əsasında onun adından sənədləşmə və digər hərəkətləri etməyi Cavabdeh3 etibar etmişdir. X19 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. X10 etibarnamə üzrə nümayəndəsi Cavabdeh3 xx.xx.2019-cu il tarixdə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 42.5 kv.m olan mənzili X24 AN-İ ******* nömrəli, xx.xx.2019-cu il tarixli Daşınmaz Əmlakın alğı-satqı müqaviləsi əsasında 43.000 manata satmışdır. Həmin alğı-satqı müqaviləsi təsdiqlənən zaman X10 ölümündən nə Cavabdeh3, nə də ki, həmin alğı-satqı müqaviləsini təsdiq edən notariat kontorunun xəbəri olmamışdır. Yəni, X32 vicdanlı alıcı olaraq qeyd edilən məsələlərdən xəbəri olmamışdır. Quba RMXnın xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, X19 xx.xx.2019-cu il tarixdə vəfat etdikdən sonra heç bir ailə üzvü və ya qohumu müraciət etmədiyinə görə qonşusu olan Cavabdeh3 onun nəşinə sahib çıxmış və onun Bakı şəhərində dəfn olunması ilə əlaqədar, yer ayrılması üçün ölüm haqqında tibbi şəhadətnamə almış və mərhum X10 heç bir ailə üzvü və ya qohumu müraciət etmədiyinə görə, ölüm haqqında tibbi şəhadətnamə, vəfat edən şəxsin dəfn olunması məqsədi ilə qonşusu ola Elmira adlı vətəndaşa verilmişdir. Halhazırda iddiaçı xx.xx.2017-ci ildə Quba rayon notariat ofisində Cavabdeh1 adına rəsmiləşdirilmiş vəsiyyətnamənin etibarsız sayılmasını tələb edir. Lakin vəsiyyətnamənin etibarsızlığı üçün məhkəməyə əsaslı sübut təqdim etməyib. Bundan başqa iddiaçı Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Şərifli küçəsi, ev 100-də yerləşən 54 saylı mənzilin xx xxxx 2019-cu ildə özgəninkiləşdirilməsi barədə alğı-satqı müqaviləsinin etibarsız sayılması, göstərilən daşınmaz əmlaka Cavabdeh3 qızının adına DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və müvafiq texniki sənədlərin ləğv edilməsi, göstərilən mənzilə qanun üzrə vərəsəlik hüququ əsasında onun mülkiyyət hüququnun tanınması, göstərilən mənzilin Cavabdeh3 və onu qanunsuz yolla əldə etmiş şəxslərdən məcburi qaydada alınaraq, ona qaytarılması barədə qətnamə çıxarılmasını, cavabdehlər Cavabdeh3 və qanunsuz alğı-satqıda iştirak etmiş şəxslərin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibləri olduğundan, onların hərəkətlərində cinayətin əlamətləri olması barədə müvafiq prokurorluğa xəbər verilməsi barədə xüsusi qərardad çıxarılmasını tələb etsə də, bununla bağlı məhkməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda, X10 sağlığında öz iradə və hərəkətlərini idarə edə bildiyi zaman Cavabdeh3 onun adından sənədləşmə və digər hərəkətlərin aparılmasını etibar etməsi işdəki sübutlarla öz təsdiqini tapmışdır. Bundan başqa hazirki vəziyyətdə iddiaçının mübahisələndirdiyi əmlaka aid subyektiv hüququ mövcud deyildir. İddiaçı isə mübahisə predmeti olan əmlaka dair onun subyektiv hüququnun olmasını və iddia tələbinin təmin edilməsi üçün onun tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2na, Cavabdeh3, Bakı şəhər 13 saylı Dövlət Notariat Kontoruna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “vəsiyyətnamənin etibarsız sayılması, əmlakın özgəninkiləşdirilməsi barədə müqavilənin (alğı-satqı müqaviləsinin) etibarsız sayılması, Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması, mənzilə onun vərəsilik hüququ əsasında mülkiyyət hüququnun tanınması və mənzilin qeyri-qanuni sahiblikdən məcburi qaydada geri qaytarılması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2na, Cavabdeh3, Bakı şəhər 13 saylı Dövlət Notariat Kontoruna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “vəsiyyətnamənin etibarsız sayılması, əmlakın özgəninkiləşdirilməsi barədə müqavilənin (alğı-satqı müqaviləsinin) etibarsız sayılması, Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması, mənzilə onun vərəsilik hüququ əsasında mülkiyyət hüququnun tanınması və mənzilin qeyri-qanuni sahiblikdən məcburi qaydada geri qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar