Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1169/2021 03.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X10 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, JN:1485A, kod 30301004 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair X1, X3, X9, Qədirova (Bayramova) Ruhiyyə Nadir qızı ilə yanaşı ona yəni, Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərziəçi Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Quba rayon Aqrar İslahatı Komissiyasının 05 may 2000-ci il tarixli 05 saylı qərarı ilə Torpağın Mülkiyyətə verilməsinə dair JN-1485A KOD 30301004 nömrəli Şəhadətnaməyə əsasən bizə fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0,04 ha torpaq sahəsi verilmişdir. Lakin Torpağın mülkiyyətə verilməsinə dair JN-1485A KOD 30301004 nömrəli Şəhadətnamədə onun adı Ərizəçi əvəzinə səhvən X5 yazılmışdır. O, şəhadətnamədə qeyd olunmuş ad, soyad da yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət müraciət etsək də, düzəlişin edilməsi onların səlahiyyətlərinə aid olmadığı ilə bağlı **********23 nömrəli 26 aprel 2021-ci il tarixli imtina məktubu almışdır. Ona görə də, Şəhadətnamədə yanlışlıqları aradan qaldıra bilmir və o, bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxs qismində AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “doğum haqqında şəhadətnamə”nin və “şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, Qədirova (Əliyeva) Aygün Azad qızı xx.xx.1985-ci il tarixdə Quba şəhərində anadan olmuşdur. Həmin şəxsiyyət vəsiqəsində və doğum haqqında şəhadətnamədə onun adı, soyadı və atasının adı “Ərizəçi” olaraq qeyd edilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 və X12 arasında 21.10.2008-ci il tarixdə nikah bağlanmışdır. Nikahdan sonra Aygün Əliyevaya “Qədirova” soyadı verilmişdir. Həmin Şəhadətnamədə onun adı, soyadı və atasının adı “Ərizəçi” olaraq qeyd edilmişdir. İş materiallarında olan Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyinin 14.04.2021-ci il tarixli arayışından görünür ki, , JN:1485A, kod 30301004 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair X2 olaraq tanınmamalıdır. Həmin şəxs texniki səhv olaraq qeyd olunmuşdur. İş materillarına əlavə edilmiş Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamdən görünür ki, Ərizəçi və onun ailə üzvlərinə Quba rayon AİK-nın 05.05.2000-ci il tarixli 05 saylı qərarına əsasən , JN:1485A, kod 30301004 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə tərtib edilərək 0,04 ha torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Quba rayon AİK-nın 05.05.2000-ci il tarixli 05 saylı qərarına əsasən Ərizəçi və onun ailə üzvlərinə , JN:1485A, kod 30301004 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə tərtib edilərək 0,04 ha torpaq sahəsi verilmişdir. X13 ərizəçinin adı “Ərizəçi” əvəzinə səhvən “X11” kimi qeyd olunmuşdur. Ərizəçi məhkəmədən , JN:1485A, kod 30301004 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçinin göstərdiyi hal, yəni, JN:1485A, kod 30301004 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair X1, X3, X9, Qədirova (Bayramova) Ruhiyyə Nadir qızı ilə yanaşı, Ərizəçi münasibətdə ona məxsus olması faktı iş materialları ilə təsdiq olunur, ona görə də ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi təmin edilsin. JN:1485A, kod 30301004 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə Ərizəçi münasibətdə ona məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1169/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1169/2021
03.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver