Məhkəmə qərarları › İş №2(027)-117/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-117/2021

22.02.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-117/2021 22.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz inşa olunmuş tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “qanunsuz inşa olunmuş tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İddiaçı" İdarəsi. Siyəzən Magistral X6 istismarında olan 477 mm diametrli “Quba QPS qolu" yeraltı magistral qaz kəmərinin və Quba qazpaylayıcı stansiyasının mühafizə zonasında, Quba rayonu, Alekseyevka kəndinin ərazisində cavabdehə məxsus inşa edilmiş fərdi yaşayış evi cavabdehin öz vəsaiti hesabına sökülməsi, mühafizə zonasının boşaldılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı tərəfə qaytarılması barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azerbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları’-nın tələbləri pozularaq Quba rayonu, Alekseyevka kəndinin ərazisindən keçən İddiaçı X2 X6 balans və istismarında olan 477 mm diametrli “Quba QPS qolu” yüksək təzyiqli yeraltı magistral qaz kəmərinin mühafizə zonasından 10 metr və Quba qazpaylayıcı stansiyasından isə 57 metr məsafədə Cavabdeh məxsus fərdi yaşayış evi inşa edilmişdir. Magistral qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikili ilə əlaqədar Quba rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinə məlumat verilmiş və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na əsasən magistral qaz kəmərinin orta oxundan hər tərəfə şərti xətlərlə 50 metr, qazpaylayıcı stansiyalarının əhatəsində göstərilən obyektlərin sərhədlərindən hər tərəfə 100 metr torpaq sahəsi mühafizə zonası təyin edilmişdir. Həmin qaydalara əsasən mühafizə zonasında kəməri istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı bir tikintiqurasdırma islərinin aparılması qəti qadağandır. Qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan yanğına, partlayışa və digər bədbəxt hadisələrə səbəb ola bilər. Bundan əlavə “Qaydalar”ın 2.23-cü bəndinin tələblərinə əsasən magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları, bələdiyyələr tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərini istismar edən orqanla razılaşdırılmalıdır. Belə bir razılaşma isə mövcud deyildir. Həmçinin Qaydaların 2.7-ci bəndinə əsasən, boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilmişdir və həmin qaydaların 2.11-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işləri aparılması qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. "Texniki təhlükəsizlik haqqında” xx.xx.1999-cu il tarixli Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 saylı qərarına əsasən magistral qaz kəmərləri neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükə obyektlər kateqoriyasına aid edilmişdir. “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 iyul tarixli 356 saylı Fərmanının 10cu bəndi ilə qaz kəmərləri keçən ərazilərdə qanunsuz tikililərin aparılması hallarının qarşısının qəti şəkildə alınması şəhər (rayon) icra hakimiyyəti orqanlarına tapşırılmışdır. İddiaçı X4 X10 tərəfindən cavabdehə inşa olunan tikinti adı çəkilən qaz kəmərinin və qaz paylayıcı stansiyasının mühafizə zonasında yerləşdiyi, orada hər hansı tikintinin aparılması qadağan olması və bu potensial təhlükə mənbəyi olduğu barədə bildiriş məktubu ilə müraciət olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 39-cu maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsində mülkiyyət tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının, qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarların və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Ona görə də, bu məsələ ilə bağlı məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmuş iş üzrə Cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən hazırki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəmə tikinti-texniki ekspertizasının rəyini nəzərdən keçirib, iş materiallarını araşdıraraq, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Siyəzən MQKS-nin xx.xx.2020-ci il tarixli aktından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”-nın tələbləri pozularaq, Quba rayonu, Alekseyevka kəndinin ərazisindən keçən İddiaçı X2 X6 balans və istismarında olan 325 mm diametrli “Quba QPS qolu” yüksək təzyiqli yeraltı magistral qaz kəmərinin mühafizə zonasında, kəmərdən 10 metr məsafədə Cavabdeh məxsus fərdi yaşayış evi inşa edilmişdir. İş materiallarında olan bildirişdən görünür ki, İddiaçı Siyəzən MQKS-i tərəfindən Cavabdeh inşa olunan fərdi yaşayış evinin qaz kəmərinin və qaz paylayıcı stansiyasının mühafizə zonasında yerləşdiyi, orada hər hansı tikintinin aparılması qadağan olması və bu potensial təhlükə mənbəyi olduğu barədə müraciət olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (məhkəmə tkinti-texniki ekspertizası) xx.xx.2020-ci il tarixli 10/3689 saylı rəyindən görünür ki, Cavabdeh məxsus Quba rayonu, Alekseyevka kəndində yerləşən fərdi yaşayış evinin 477 mm diametrli “Quba QPS qolu” yüksək təzyiqli yeraltı magistral qaz kəmərindən 10 metr aralıda yerləşdiyini nəzərə alaraq həmin fərdi yaşayış evinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”-nın 2.7 bəndində göstərilən qaz kəmərinin 50,0 m-lik mühafizə zonasının daxilində yerləşdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarına əsasən magistral qaz kəmərinin orta oxundan hər tərəfə şərti xətlərlə 50 metr mühafizə zonası təyin edilmişdir. Həmin qaydalara əsasən mühafizə zonasında kəməri istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı bir tikinti-qurasdırma islərinin aparılması qəti qadağandır. Qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan yanğına, partlayışa və digər bədbəxt hadisələrə səbəb ola bilər. Həmin Qaydaların 2.23-cü bəndinin tələblərinə əsasən Magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. Eyni Qaydaların 2.7-ci bəndinə əsasən, boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilmişdir. Həmin qaydaların 2.11-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işləri aparılması qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. “Texniki təhlükəsizlik haqqında” xx.xx.1999-cu il tarixli Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 saylı qərarına əsasən magistral qaz kəmərləri neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükə obyektlər kateqoriyasına aid edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, iş üzrə Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”-nın müvafiq bəndlərində göstərilən normaları pozaraq, Quba rayonu, Alekseyevka kəndinin ərazisində İddiaçı X4 X7 istismarında olan 477 mm diametrli “Quba QPS qolu” yüksək təzyiqli magistral qaz kəmərindən 10 metr aralıda fərdi yaşayış evi inşa etmiş, nəticədə həmin ev potensial təhlükə mənbəyinə çevrilmişdir. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının rəyindən göründüyü kimi sözügedən yaşayış evi qaz kəmərinin 50,0 m-lik mühafizə zonasının daxilində yerləşdiyi müəyyən edilmişdir. Odur ki, məhkəmə hazırki ekspert rəyini mötəbər sübut kimi qiymətləndirmişdir. Göstərilənlərə əsasən məhkəmə məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, İddiaçı X4 X7 istismarında olan 477 mm diametrli “Quba QPS qolu” yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında, Quba rayonu, Alekseyevka kəndinin ərazisində Cavabdeh tərəfindən inşa olunmuş fərdi yaşayış evi boşaldılaraq sökülməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün, iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu və 100 manat ekspertiza xərci cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı X4 X7 istismarında olan 477 mm diametrli “Quba QPS qolu” yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında, Quba rayonu, Alekseyevka kəndinin ərazisində Cavabdeh tərəfindən inşa olunmuş fərdi yaşayış evi boşaldılaraq sökülsün. İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya verilsin. Ekspertiza xərci olan 100 (yüz) manat məbləğində pul cavabdehdən tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət Xəzinədarlığı Agentliyindəki AZ34CTRE******************** №-li (VÖEN **********; KOD 210005; SFİFT BİK: CTREAZ22; müxbir hesab AZ41NABZ013601**********3944) xüsusi hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar