Məhkəmə qərarları › İş №2(027)-1170/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1170/2021

29.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1170/2021 29.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi Dadaşova (Məhərrəmova) Ayşən Bahadır qızının nümayəndəsi X3 iştirakı ilə Ərizəçi Dadaşova (Məhərrəmova) Ayşən Bahadır qızının maraqlı tərəf DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquq əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Dadaşova (Məhərrəmova) Ayşən Bahadır qızı məhkəməyə ərizə ilə müraciət edərək, JN:1673 Kod 30320018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət X1 deyil X6 məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Dadaşova (Məhərrəmova) Ayşən Bahadır qızı ərizəsini onunla əsaslandırmışdır ki, ona və digər ailə üzvlərinə Quba rayon AİK-nın 01 noyabr 1997-ci il tarixli 14 saylı qərarı ilə 2,25 ha torpaq sahəsi ayrılmış və adlarına mülkiyyətlərini təsdiq edən JN-1673 Kod 30320018 saylı Torpağa Mülkiyyət Hüququna X28 verilmişdir və halhazırda da torpaq onların mülkiyyətindədir. Hazırda həmin torpaq sahəsinə dair adlarına çıxarış almaq istəyirlər. Lakin mülkiyyətlərini təsdiq edən JN-1673 Kod 30320018 saylı Torpağa Mülkiyyət X2 adı Ayşən əvəzinə səhvən “Aytən” kimi qeyd edilmişdir. Adının Ayşən olması hüquq müəyyənedici sənədlərlə də təsdiq olunur. Onlar bu yalnışlığı aradan qaldırmaq üçün DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. DƏDRXnın 5 saylı Xaçmaz Ərazi İdarəsinin məktubu ilə onlara məxsus Dövlət Aktında düzəliş edilməsinin onların səlahiyyətlərinə aid olmaması, bununla əlaqədar məhkəməyə müraciət etməsi onlara tövsiyə olunmuşdur. Ona görə də, hazır ki, ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edir ki, Torpağa Mülkiyyət Hüququna X27 verən AR DT və XK-i ləğv edilmiş, həmin sənəddəki yalnışlığı başqa yolla düzəliş etdirmək mümkün deyildir. Məhkəmə iclasında ərizəçi Dadaşova (Məhərrəmova) Ayşən Bahadır qızının nümayəndəsi X10 ərizəni müdafiə edərək, ərizədə yazılanlara uyğun izahat vermiş və ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan JN-1673 seriyalı, KOD 30320018 saylı Torpağa Mülkiyyət Hüququna X24 görünür ki, X10, X7, X11, X12, X13 və X8 mülkiyyətinə Quba rayonu Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli, 14 saylı qərarı ilə 2.25 hektar torpaq sahəsi verilmişdir. Həmin dövlət aktında ərizəçi X4 qızının adı “Aytən” kimi qeyd olunmuşdur. İş materiallarında olan 17 fevral 2020-ci il tarixdə Şəfəq qəzetində dərc olunmuş elandan görünür ki, Quba rayonu 2-ci Nügədi kənd sakini X3 və ailə üzvlərinin adlarına Quba Rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli, 14 saylı qərarı ilə 2,25 hektar torpaq sahəsi üçün verilmiş Dövlət Aktı (JN №1673; kod ********) itmişdir. İş materialarında olan Quba Rayon Polis Şöbəsinin 10.03.2020-ci il tarixli arayışından görünür ki, Quba rayonu 2-ci Nügədi kəndində yaşayan X10 05.03.2020-ci il tarixdə Quba RPŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, özünün və ailə üzvlərinin adna olan Quba rayon AİK-nın 01 noyabr 1997-ci il tarixli, 14 saylı qərarı ilə 2,25 hekrat torpaq sahəsi üçün verilmiş X29 rayonu ərazisində nəmalum şəraitdə itmişdir. Qeyd olunan sənəd itmiş və ya tapılmış əşya kimi Quba RPŞ-nə daxil olmamışdır. İş materiallarında olan nikah haqqında 06 dekabr 2010-cu il tarixdə verilmiş, AZ-İ seriyalı 635898 №li şəhadətnamədən görünür ki, X9 ilə X14 arasında nikah 06 dekabr 2010-cu il tarixdə bağlanmış və nikahdan sonra arvad «Məhərrəmova» soyadını qəbul etmişdir. İş materiallarında olan 31.03.2018-ci il tarixdə verilmiş AZE seriyalı, ******** №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, ərizəçinin adı, soyadı, atasının adı müvafiq olaraq Ərizəçi qızıdır. İş materiallarında olan Maraqlı şəxs 02.06.2020-ci il tarixli, **********56 №li məktubundan görünür ki, DT və XK-si tərəfindən verilmiş JN-1673 KOD 30320018 saylı Torpağa Mülkiyyət Hüququna X26 qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, Quba rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli, 14 saylı qərarı ilə JN-1673 KOD 30320018 saylı Torpağa Mülkiyyət Hüququna X28 əsasında X10, X7, X11, X12, X14 və X8 mülkiyyətinə 2,25 hektar torpaq sahəsinin verilməsi, həmin dövlət aktında ərizəçi X4 adının «Ayşən» əvəzinə səhvən «Aytən» kimi qeyd olunması, Quba rayon Aqrar İslahat Komissiyası və Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyindən, ərizəçinin bu faktı təsdiq edən sənədləri başqa qaydada ala bilməməsi və bu faktın müəyyən edilməsinin ərizəçiyə həmin torpaq sahəsinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün lazım olması sübuta yetirilir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, hüquqmüəyyənedici sənəd olan JN- 1673 seriyalı, KOD 30320018 saylı Torpağa Mülkiyyət Hüququna X25 digər ailə üzvləri ilə birgə X6 qızına məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin aslı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin olunsun. Hüquqmüəyyənedici sənəd olan JN-1673 seriyalı, KOD 30320018 saylı Torpağa Mülkiyyət Hüququna X25 digər ailə üzvləri ilə birgə Dadaşova (Məhərrəmova) Ayşən Bahadır qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar