Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1173/2023 26.07.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Maraqlı şəxs cəlb olunmaqla qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası X5 filialı tərəfindən verilmiş 24 fevral 2023-cü il tarixli Arxiv arayışında qeyd edilmiş Quba rayonu Vladimirovka kəndində 0,06 ha həyətyanı torpaq sahəsinin Ağabalayev Naminə ayrılmasına dair Quba rayonu Vladimirovka kəndi “Gülüstan” Sovxozu üzrə X6 Komissiyasının 06 iyun 1997-ci il tarixli 49 saylı protokolunun qərarının ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Quba rayonu Vladimirovka kəndi “Gülüstan” Sovxozu üzrə X6 Komissiyasının 06 iyun 1997-ci il tarixli 49 saylı protokolunun qərarı ilə ona Quba rayonu Vladimirovka kəndində 0,06 ha həyətyanı torpaq sahəsi verilmişdir. O qeyd edilən torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün Maraqlı şəxsnə müraciət müraciət etmişdir. Həmin qurumdan ona 24 yanvar 2023-cü il tarixli imtina məktubu ilə cavab verilərək ərizəyə əlavə edilmiş X5 rayon filialının xx.xx.2022-ci il tarixli, 1304 saylı arxiv arayışında qeyd edilən Quba rayonu, Vladimirovka kəndi “Gülüstan” Sovxozu üzrə X6 Komissiyasının 06 iyun 1997-ci il tarixli 49 saylı iclas protokolunun qərarında hüquq sahibinin adında uyğunsuzluq olduğunu və ad səhvinin aradan qaldırılmasının 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətinə aid olmamasını qeyd etmişlər. Bildirmək istəyir ki, ona verilmiş torpaq sahəsinə dair 24 fevral 2023-cü il tarixli Arxiv arayışında Quba rayonu, Vladimirovka kəndi “Gülüstan” Sovxozu üzrə X6 Komissiyasının 06 iyun 1997-ci il tarixli 49 saylı iclas protokolunun qərarı ilə Vladimirovka kənd sakini X2 kəndində 0,06 ha həyətyanı torpaq sahəsinin verilməsi qeyd edilmişdir. Arxiv arayışında adı Ərizəçi əvəzinə səhvən Ağabalayev Naminə kimi yazılmışdır. Ərizəyə əlavə etdiyi X5 filialı tərəfindən verilmiş Quba RİHB-nin Vladirmirovka İƏD üzrə nümayəndəliyinin 1991-1995, 1996-2000, 2001-2005, 2006-2010, 2011-2015-ci illər üzrə təsərrüfatbaşına kitablarından çıxarışlardan da görünür ki, onun adı Ərizəçidur. Hal-hazırda adında yaranan uyğunsuzluğu başqa qaydada aradan qaldıra bilmədiyi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd edilən faktın təsdiqi ona ayrılmış torpaq sahəsinə çıxarış almaq üçün vacibdir Məhkəmə iclasında Ərizəçi iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və ərizənin təmin olunmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin 5 saylı Xaçmaz Ərazi idarəsinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, iş maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdıraraq və sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Belə ki, iş materiallarında olan, Azərbaycan Respublikası X5 filialnın 24 fevral 2023-cü il tarixli Arxiv arayışından görünür ki, Quba rayonu, Vladimirovka kəndi “Gülüstan” Sovxozu üzrə X6 Komissiyasının 06 iyun 1997-ci il tarixli 49 saylı iclas protokolunun qərarı ilə Vladimirovka kənd sakini “Ağabalayev Naminə”yə Vladimirovka kəndində 0,06 ha həyətyanı torpaq sahəsinin verilməsi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası X5 filialının 16 mart 2023-cü il tarixli Arxiv arayışına əsasən Quba RİHB-nin Vladirmirovka İƏD üzrə nümayəndəliyinin 1991-1995,1996-2000, 2001-2005, 2006-2010, 2011-2015-ci illər üzrə təsərrüfatbaşına kitablarından çıxarışlarda adı Ərizəçi qeyd edilib . İş materiallarında olan Quba rayonu Vladimirovka İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarxli, 482 nömrəli arayışdan məlum olur ki, Ərizəçi həqiqətən Quba rayonu Vladimirovka kəndində qeydiyyatdadır və hal-hazırda həmin kənddə yaşayır. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli məktubundan məlum olur ki, X5 rayon filialının arxiv arayışında qeyd edilən Quba rayonu, Vladimirovka kəndi “Gülüstan” Sovxozu üzrə X6 Komissiyasının 06 iyun 1997-ci il tarixli 49 saylı iclas protokolunun qərarında hüquq sahibinin adında uyğunsuzluq olduğu və ad səhvinin aradan qaldırılmasının 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətinə aid olmadığı qeyd edilmişdir. İş materiallarında olan İ-ЖГ 466782 seriya və nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, Ərizəçi 12,08,1973-сü ildə doğulmuşdur adı-Namiq, soyadı- Ağabalayev, ata adı – Əmirşah qeyd olunub. İş materiallarında olan AZE 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən məlum olur ki, ərizəçinin şəxsiyyət vəsiqəsində ad, soyad, ata adı Ərizəçi kimi qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Quba rayonu Vladimirovka kəndində 0,06 ha həyətyanı torpaq sahəsi Quba rayonu Vladimirovka kəndi “Gülüstan” Sovxozu üzrə X6 Komissiyasının 06 iyun 1997-ci il tarixli 49 saylı qərarına əsasən Ərizəçi verilmiş və qeyd edilən torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün Maraqlı şəxsnə müraciət müraciət edilərkən X5 rayon filialının arxiv arayışında qeyd edilən Aqrar İslahat Komissiyasının qərarında hüquq sahibinin adında uyğunsuzluq olduğu üçün müvafiq çıxarış verilməsinən imtina edilmişdir. Belə ki, həmin arayışda “Ərizəçi” adə səhvən “Naminə” kimi qeyd edilmişdir. Göründüyü kimi hüquq sahibinin adı ilə onun şəxsiyyətini təsdiq edən sənnəddə və digər sənədlərdəki adı arasında fərq olduğu aşkar edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qeyd edilən Məcələnin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisişəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmim Qərarın 6.3-ü bəndində qeyd edilmişdir ki, Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Beləlilə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Quba rayonu Vladimirovka kəndində 0,06 ha həyətyanı torpaq sahəsinin “Ağabalayev Naminə”uə ayrılmasına dair Quba rayonu Vladimirovka kəndi “Gülüstan” Sovxozu üzrə X6 Komissiyasının 06 iyun 1997-ci il tarixli 49 saylı iclas protokolunun qərarının Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 308 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin olunsun. Quba rayonu Vladimirovka kəndində 0,06 ha həyətyanı torpaq sahəsinin Ağabalayev Naminə ayrılmasına dair Quba rayonu Vladimirovka kəndi “Gülüstan” Sovxozu üzrə X6 Komissiyasının 06 iyun 1997-ci il tarixli 49 saylı iclas protokolunun qərarının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-1173/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1173/2023
26.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver