Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1174/2022 12.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi Məhsimova (Nurullayeva) Şəhla Kamal qızının, onun və digər ərizəçi Dadaşova (Nurullayeva) Elnarə Kamal qızının nümayəndəsi X12 iştirakı ilə Ərizəçilər Məhsimova (Nurullayeva) Şəhla Kamal qızının və Dadaşova (Nurullayeva) Elnarə Kamal qızının maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Məhsimova (Nurullayeva) Şəhla Kamal qızı və Dadaşova (Nurullayeva) Elnarə Kamal qızı məhkəməyə ərizə ilə müraciət edərək, JN 169 KOD 30325048 saylı Torpağa Mülkiyyət Hüququna X58 Məhsimova (Nurullayeva) Şəhla Kamal qızı, X16 və Dadaşova (Nurullayeva) Elnarə Kamal qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi Məhsimova (Nurullayeva) Şəhla Kamal qızı ərizəsini müdafiə edərək, onunla əsaslandırmışdır ki, Quba rayon Aqrar islahat Komissiyasının 02 may 2002-ci il tarixli, 04 saylı qərarı ilə o, X13 və ailə üzvləri X9, X16, X17, X31, X10 Quba rayonu, Tülər kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 1.80 ha torpaq sahəsi verilmiş və adlarına JN 169 Kod 30325048 saylı Torpağa Mülkiyyət Hüququna X61 verilmişdir. Həmin Dövlət Aktında o - X1 və atasının adı düzgün yazılsa da, adı Şəhla əvəzinə el arasında deyilən Əsmər kimi səhvən qeyd olunmuşdur. Mülkiyyətçilərdən atası X9 17.04.1998-ci il tarixdə, anası X14 19.07.2004-cü il tarixdə vəfat etmişlər. Soyad, ad və ata adının X26 olması şəxsiyyət vəsiqəsi, doğum və nikah haqqında şəhadətnamələrlə də təsdiq olunur. 02 yanvar 1998-ci il tarixdə X37 ilə nikaha daxil olaraq Məhsimova soyadını qəbul etmişdir. Hazırda qeyd olunan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Reyestr Çıxarışı istəyirlər. Lakin JN 169 Kod 30325048 saylı Torpağa Mülkiyyət X7 yalnışlığa görə həmin torpaq sahəsinə dair onun və ailə üzvləri olan digər mülkiyyətçilərin sərəncam vermək hüququ məhdudlaşmışdır. Bunula bağlı hüquqmüəyyənedici sənədləri DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim etmişlər. Lakin onlara 05.03.2022-ci il tarixli məktubu ilə adlarına olan uyğunsuzluğu aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətinə aid olmadığını, bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. JN 169 Kod 30325048 saylı Torpağa Mülkiyyət Hüququna X60 verən AR DT və XK ləğv edilmiş, həmin sənəddəki yalnışlığı başqa yolla düzəliş etdirmək mümkün deyildir. Bu səbəbdən də JN 169 Kod 30325048 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət X2 məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında müəyyən olunması tələb olunduğundan, həmin hüquqi faktın təsdiqi ilə əlaqədar məhkəməyə müraciət etməli olmuşdur. Ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında ərziəçilər Məhsimova (Nurullayeva) Şəhla Kamal qızının və Dadaşova (Nurullayeva) Elnarə Kamal qızının nümayəndəsi X31 ərizəni müdafiə edərək onunla əsaslandırmışdır ki, onlar Quba rayonu, Tülər kəndində yaşayırlar. Quba rayon Aqrar İslahat Komissiyasının 05 may 2002-ci il tarixli, 04 saylı qərarı ilə onlara ailəliklə X33 Dair JN-169 KOD 30325048 saylı Dövlət Aktı əsasında 1.80 ha əmlak payı kimi torpaq sahəsi verilmişdir. Həmin torpaq sahələri verilən vaxtdan hal-hazıra kimi ifadələrindədir. Şəxsiyyətləri təsdiq edən sənədlərdə soyadlar, ad, atalarının adı düzgün qeyd olunsa da X33 Dair JN-169 KOD 30325048 saylı Dövlət Aktında bacısı-X27 əzinə səhvən X28, anası X19 əvəzinə X20 və bacısı - X21 əvəzinə səhvən X5 səhvən qeyd olunmuşdur. X3 19 iyul 2004-cü il tarixdə vəfat etmişdir. Dövlət Aktında uyğunsuzluq olduğundan onlara məxsus həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarını həyata keçirə bilmirlər, adlarına mülkiyyət hüququna dair çıxarış ala bilmirlər. Bu səbəbdən həmin hüquqmüəyyənedici sənədin onala məxsus olması faktının müəyyən edilməsi tələb olunur. Bu barədə DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etmişlər. DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin məktubu ilə onlara bununla bağlı məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Ona görə də məhkəməyə müraciət etməli olmuşlar. Göstərdiklərini nəzərə alaraq ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxs qismində Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin və ərizəçiləri nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan JN-169 KOD 30325048 saylı Torpağa Mülkiyyət Hüququna X58 notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9, X29, X23, X24, X31 və X8 mülkiyyətinə Quba rayon Aqrar İslahat Komissiyasının 02 may 2002-ci il tarixli, 4 saylı qərarı ilə 1,80 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan V-JQ 368905 nömrəli doğum haqqında şəhadətnamənin notarial təsdiqli surətindən görünür ki, ərizəçinin adının düzgün yazılışı “Şəhla”dır. İş materiallarında olan V-JQ 368905 nömrəli doğum haqqında şəhadətnamənin notarial təsdiqli surətindən görünür ki, ərizəçinin adının düzgün yazılışı “Şəhla”dır. İş materiallarında olan Quba RİHB-nın Tüləkəran kənd İƏD üzrə nümayəndəsinin 14.03.2022-ci il tarixli, 88/1 saylı arayışından görünür ki, Məhsimova (Nurullayeva) Şəhla Kamal qızının adına verilmiş JN-169 KOD 30325048 saylı Torpağa Mülkiyyət Hüququna X59 X6 qeyd edilmişdir. Əslinə isə şəxsiyyət vəsiqəsində Məhsimova (Nurullayeva) Şəhla Kamal qızı kimi qeyd edilmişdir və belə də yazılmalıdır. İş materiallarında olan AZ-İİ 231514 nömrəli ölüm haqqında şəhadətnamənin notarial təsdiqli surətindən görünür ki, X16 19 iyul 2004-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Quba rayon İHB-nın Tüləkəran kənd İƏD üzrə nümayəndəsinin 10.03.2022-ci il tarixli, 81 saylı arayışından görünür ki, Nurullayeva Solmaz Dadaş qızı 2004-cü il tarixdə vəfat etmişdir. Nurullayeva (Dadaşova) Elnarə Kamal qızı, Nurullayeva (Məhsimova) Şəhla Kamal qızı, X30 onun vərəsələri sırasına daxildirlər. İş materiallarında olan Vİ-JQ 465959 nömrəli nikah haqqında şəhadətnamənin notarial təsdiqli surətindən görünür ki, X27 02.01.1998-ci il tarixdə X37 ilə nikaha daxil olmuş və “Məhsimova” soyadını qəbul etmişdir. İş materiallarında olan Vİİ-JQ 398576 nömrəli nikah haqqında şəhadətnamənin notarial təsdiqli surətindən görünür ki, X25 06.07.2000-ci il tarixdə X15 ilə nikaha daxil olmuş və “Dadaşova” soyadını qəbul etmişdir. İş materiallarında olan AZE seriyalı, ******** №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, ərizəçinin adı, soyadı atasının adı müvafiq olaraq Ərizəçi1dır. İş materiallarında olan AZE seriyalı, ******** №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, ərizəçinin adı, soyadı atasının adı müvafiq olaraq Ərizəçi2dır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 05.03.2022-ci il tarixli **********66 saylı məktubundan görünür ki, torpağa mülkiyyət hüququna dair JN-169 KOD 30325048 nömrəli dövlət aktında qeyd olunmuş hüquq sahiblərinin soyadlarında yaranmış uyğunsuzluğu aradan qaldırılması üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edə bilər; 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019cu il tarixli, 03 saylı qərarında məhkəmələrə tövsiyyə edilir: “Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir.” Məhkəmə hesab edir ki, ərizəçilər hüquqlarının həyata keçirilməsi üçün lazım olan sənədlərin başqa yolla əldə edilə bilməməsini sübuta yetirə bilmişlər. Beləliklə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib məhkəmə hesab edir ki, JN 169 KOD 30325048 saylı Torpağa Mülkiyyət Hüququna X58 digər mülkiyyətçilərlə yanaşı Məhsimova (Nurullayeva) Şəhla Kamal qızı, X16 və Dadaşova (Nurullayeva) Elnarə Kamal qızına məxsus olması faktı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN 169 KOD 30325048 saylı Torpağa Mülkiyyət Hüququna X58 digər mülkiyyətçilərlə yanaşı Məhsimova (Nurullayeva) Şəhla Kamal qızı, X16 və Dadaşova (Nurullayeva) Elnarə Kamal qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1174/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1174/2022
12.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver