Məhkəmə qərarları › İş №2(027)-1176/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1176/2021

02.07.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1176/2021 02.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi Məhkəmə iclas katibi X5 İddiaçı və cavabdeh X13 Təsərrüfatı Mərkəzinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Quba X2rşı “əmrin ləğv edilməsi, işə bərpa tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı İddiaçı Baxşəli oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin X13 Təsərrüfatı Mərkəzinin direktoru Ramin Mürsəlovun 31 iyul 2019-cu il tarixli, 193/k nömrəli əmrinin ləğv edilməsi, məcburi iş buraxmaya görə Cavabdeh tərəfindən 31 iyul 2019-cu il tarixindən işə bərpa olunan tarixədək olan müddət üçün orta aylıq əmək haqqının əmək haqqının ödənilməsi barədə qətnamə çıxarilmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Baxşəli oğlu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə uyğun olaraq, iddia tələbinin dəqiqiləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin Quba X1 həmin işəgötürən arasında bağlanmış əmək müqaviləsinin xitam olunması barədə 31 iyul 2019-cu il tarixli, 193/k nömrəli əmrinin ləğv edilməsi və işə bərpa olunması barədə qətnamə çıxarilmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə iddiaçı İddiaçı Baxşəli oğlu iddianı müdafiə edərək göstərdi ki, o, 12 iyun 2019cu il tarixdən Quba Regional X9 fəhlə işinə qəbul edilib. Bir müddət sonra iş yerində Mərkəzin direktoru ona qarşı qərəzli mövqe tutub, müxtəlif bəhanələrlə işdə sıxışdırlıb. Hətta iş yerinə buraxılmayıb, bununla əlaqədar şikayətlərinə baxlmayıb. İş yerinə buraxılmadığına görə narazılığını bildirdikdə polislə qorxudulub. İş yerindəki belə bir münaqişəli vəziyyət bir ildən çox davam edib. Nəhayət mərkəzin rəhbərliyi dəyişdirildikdən sonra işə qayıtmağı barədə ərizəyə verilən cavabdan sonra bilib ki, onu işdən azad ediblər. Bu barədə ətraflı məlumat almaq barədə cavabdeh təşkilata müraciət etdikdə Mərkəzin 309 saylı cavabından sonra ona məlum olub ki, X13 Təsərrüfatı Mərkəzinin 31 iyul 2019-cu il tarixli, 193/k saylı əmri ilə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 31 iyul 2019-cu il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmrin surəti ona 14 aprel 2021 -ci il tarixində poçt vasətəsilə təqdim edilmişdir. Amma əmək kitabçası və digər sənədlər hələ də ona təqdim edilməmişdir. X13 Təsərrüfatı Mərkəzinin 31 iyul 2019-cu il tarixli, 193/k saylı əmri ilə razılaşmır, hesab edir ki, həmin əmr əsassız və qanunsuzdur. Göstərilənləri nəzərə alaraq, cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin X13 Təsərrüfatı Mərkəzinin onunla işəgötürən arasında bağlanmış əmək müqaviləsinin xitam olunması barədə 31 iyul 2019-cu il tarixli, 193/k nömrəli əmrinin ləğv edilməsi və işə bərpa olunması barədə qətnamə çıxarilmasını məhkəmədən xahiş etdi. Məhkəmədə iş üzrə cabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidmətinin X13 Təsərrüfatı Mərkəzinin nümayəndəsi X6 iddianı qəbul etdiklərini bildirdi. Məhkəmə İddiaçı Baxşəli oğlunu və cavabdeh X13 Təsərrüfatı Mərkəzinin nümayəndəsi X4 dinləyib, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edib, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsəslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin X13 Təsərrüfatı Mərkəzinin 31 iyul 2019-cu il tarixli, 193/k nömrəli əmri ilə İddiaçı Baxşəli oğlu ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin X13 Təsərrüfatı Mərkəzinin 05.04.2021-ci il tarixli 309 nömrəli məktubunda məlum olur ki, 31 iyul 2019-cu il tarixli, 193/k nömrəli əmri ilə İddiaçı Baxşəli oğlu ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında məlumat İddiaçı Baxşəli oğlunun 02.04.2021-ci il tarixli 104 saylı müraciətinə əsasən ona göndərilib. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Vahidi X11 şəhəri, Sabir küç, ev 30 ünvanında qeydiyyatdadır. “İnsan Hüquqları və X8 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənnin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci bəndinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmasının əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Həmin Məcəllənin 87-ci maddəsinin 3-cü bəndinə görə işdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci bəndinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmədə İddiaçı Baxşəli oğlu iddia tələbini sübuta yetirdi və öz tələblərinin əsası kimi istinad etdiyi hallar barədə sübutları məhkəməyə təqdim etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddələrinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq üdildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Şərh edilənləri və cavabdeh tərəfin iddianı qəbul etməsini nəzərə alaraq, məhkəmə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin X13 Təsərrüfatı Mərkəzinin direktoru Ramin Mürsəlovun 31 iyul 2019-cu il tarixli, 193/k nömrəli əmri ləğv edilməsini, İddiaçı Baxşəli oğlunun Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin inkişafı Xidmətinin Quba Regional X9 ştat üzrə fəhlə işinə bərpa edilməsini məqbul hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 вя 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin X13 Təsərrüfatı Mərkəzinin direktoru Ramin Mürsəlovun 31 iyul 2019-cu il tarixli, 193/k nömrəli əmri ləğv edilsin İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin inkişafı Xidmətinin Quba Regional X9 ştat üzrə fəhlə işinə bərpa edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar