Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1179/2021 02.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi3 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 və Ərizəçi3 məhkəməyə ərizə ilə müraciət edərək, JN-278 KOD 30307038 saylı Torpağa Mülkiyyət Hüqüqüna X4 Ərizəçi1 və Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi1 ərizəni müdafiə edərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Ərizəçilər Ərizəçi1 ərizəsində göstərmişdi ki, şəxsiyyəti müəyyən edən sənədlərdə soyadları, adları və ata adları Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 qeyd olunmuşdur. Lakin Quba rayon AİK-nın 15 avqust 1997-ci il tarixli 08 saylı qərarı ilə onlara Quba rayonu, Digah kəndi ərazisindən 1,54 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və adlarına JN:278 Kod 30307038 saylı Torpağa Mülkiyyət Hüququna X7 çıxarılmlşdır. JN:278 Kod 30307038 saylı Torpağa Mülkiyyət Hüququna X5 Ərizəçi1 soyadı və ata adı düzgün yazılsa da, adı Dəmir əvəzinə səhvən Güldəmir kimi, Ərizəçi2 və Ərizəçi3 soyadı və adı düzgün yazılsa da, ata adı Dəmir əvəzinə səhvən Güldəmir kimi yazılmışdır. Bundan başqa soyad, ad və ata adının Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 olması ərizəyə əlavə olunan şəxsiyyət vəsiqələrində, doğum haqqında şəhadətnamələrində də öz təsdiqini tapır. Hazırda həmin torpaq sahəsinə dair çıxarış almaq istəyirlər. Lakin JN:278 Kod 30307038 saylı Torpağa Mülkiyyət Hüququna X5 ad və ata adında olan yalnışlığa görə həmin torpaq sahəsinə dair onların sərəncam vermək hüququ məhdudlaşmışdır. Qeyd olunan torpaq sahəsinə dair Çıxarış almaq üçün DƏDRX-nın saylı Ərazi idarəsinə müraciət edilib. DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsi 26 aprel 2021-ci il tarixli məktubu ilə onlara qeyd olunan sənəddə olan ad və ata adında yaranmış uyğunsuzluğun aradan qaldırılması üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur.Göstərilənləri nəzərə alaraq, JN-278 KOD 30307038 saylı Torpağa Mülkiyyət Hüqüqüna X4 Ərizəçi1 və Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilməsinə dair qətnamə çıxarılmasını etmişdilər. Məhkəmədə Ərizəçi3 ərizəni müdafiə edərək bildirdi ki, JN-278 KOD 30307038 saylı Torpağa Mülkiyyət Hüqüqüna X4 digərləri ilə yanaşı ona da məxsus olması faktı müəyyən edilməsinə dair ərizələrinin təmin olunmasını xahiş etdi. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidmətinin 5 saylı Ərazi İdarəsinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, onların nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidmətinin 5 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçilər Ərizəçi1 və Ərizəçi3 dinləyib, işə əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, şəxsiyyət vəsiqəsi Ərizəçi1 məxsusdur, o, Quba rayonu Digah kəndində qeydiyytdadır. İş materiallarında olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, şəxsiyyət vəsiqəsi Ərizəçi2 məxsusdur, o, Quba rayonu Digah kəndində qeydiyytdadır. İş materiallarında olan AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, şəxsiyyət vəsiqəsi Ərizəçi3 oğluna məxsusdur. İş materiallarında olan A3 ******* saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, şəhadətnamənin soyad qrafasında Abdulov, ad qrafasında Dəmir, ata adı qrafasında Güləmir kimi yazılıb, Ərizəçi1 xx.xx.1966-cı ildə doğulub. İş materiallarında olan XVİİİ-ЖГ 343210 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, şəhadətnamənin soyad qrafasında Abdulov, ad qrafasında Cəlil, ata adı qrafasında Dəmir kimi yazılıb, Ərizəçi2 xx.xx.1993-cü ildə doğulub. İş materiallarında olan XİX-ЖГ 454189 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, şəhadətnamənin soyad qrafasında Abdulov, ad qrafasında Fərid, ata adı qrafasında Dəmir kimi yazılıb, Ərizəçi3 xx.xx.1996-cı ildə doğulub. İş materiallarında olan Quba RİHB-nın Xucbala İƏD üzrə nümayəndəliyin 279 saylı, 19 aprel 2021-ci il tarixli arayışından məlum olur ki, Ərizəçi1 Quba rayonu Digah kəndində qeydiyytdadır. İş materiallarında olan Quba RİHB-nın Xucbala İƏD üzrə nümayəndəliyin 16.04.2021-ci il tarixli 274 nömrəli arayışından görünür ki, JN-278 KOD 30307038 saylı Torpağa Mülkiyyət Hüqüqüna X6 da texniki səhv olaraq, Ərizəçi1 əvəziınə səhvən X1, Ərizəçi2 əvəzinə səhvən Ərizəçi2 Güldəmir oğlu və Ərizəçi3 əvəzinə səhvən Ərizəçi3 Güldəmir oğlu kimi yazılmışdır. Ərizəçi1 ilə X1, Ərizəçi2 ilə Ərizəçi2 Güldəmir oğlu və Ərizəçi3 ilə Ərizəçi3 Güldəmir oğlu eyni şəxslərdir. İş materiallarında olan, Quba rayon Aqrar İslahatı Komissiyasının 15.08. 998-ci il tarixli 08 saylı qərarı ilə JN-278 KOD 30307038 saylı Torpağa Mülkiyyət Hüqüqüna X4 təsdiq olunmuş surətindən görünür ki, həmin Aktda mülkiyyətçilər, X1 Ərizəçi2 Güldəmir oğlu, Ərizəçi3 Güldəmir oğlu kimi yazılmışdı. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz İdarəsinin, Ərizəçi1 ünvanladığı 26.04.2021-ci il tarixli məktubda JN-278 KOD 30307038 saylı Torpağa Mülkiyyət Hüqüqüna X5 ad və soyadlarında yaranmış uyğunsuzluğları aradan qaldırmaq və düzəlişlərin həyata kemirilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmə işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, JN-278 KOD 30307038 saylı Torpağa Mülkiyyət Hüqüqüna X4 Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin aslı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 308 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. JN: 278 KOD 30307038 saylı Torpağa Mülkiyyət Hüqüqüna X4 Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov AZƏRBAYCAN RESPUBLİKASİ QUBA RAYON MƏHKƏMƏSİ AZ 4000, Quba şəhəri, Heydər Əliyev pr. Tel: (02333) 5-62-62, Faks: (02333) 5- 62-63 www.gubacourt.gov.az Elektron ünvan İş № 2(027)-1179/2021 25 may 2021-ci il Ərizəçi: Ərizəçi1 Ərizəçi: Ərizəçi3 oğluna Ünvan: Quba rayonu, Digah kəndi Maraqlı şəxs: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz İdarəsinə Ünvan: Xaçmaz şəhəri, H. Əliyev pr 9 A Quba Rayon Məhkəməsinin 2(027)-864/2021 nömrəli, 25 may 2021-ci il tarixli qətnamə məlumat üçün Sizə göndərilir. Qoşma: Qətnamə vərəqə. Hakim: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1179/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1179/2021
02.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver