Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1183/2022 31.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət reyestrindən ona və ailə üzvlərinə verilmiş MH seriyalı ******* nömrəli, **********23 reyestr nömrəli, 04.12.2006-cı il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli Çıxarışın ona, yəni Ərizəçi məxsus olması faktını müəyyən edərək, qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib, onunla əsaslandırmışdır ki, hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestrindən ona və ailə üzvlərinə MH seriyalı ******* nömrəli, **********23 reyestr nömrəli, 04.12.2006-cı il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli Çıxarış ilə Quba rayonu, Bərqov kəndi ərazisindən 0,7722 ha topaq sahəsi verilmişdir. Həmin Çıxarışda adı “Ərizəçi” əvəzinə səhvən “Ərizəçi qızı” kimi yazılaraq düzgün qeyd olunmamışdır. Qeyd edir ki, adına verilmiş doğum haqqında şəhadətnamədə, şəxsiyyət vəsiqəsində ad, soyad və ata adı Ərizəçi kimi qeyd olunmuşdur. Çıxarışda qeyd olunan Ərizəçi qızı səhv olaraq qeyd olunmuşdur. Hazırda sənədləşmə işi ilə əlaqədar Çıxarışda qeyd olunan yanlışlıq olduğuna görə sənədləşmə işi apara bilmir. Ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxs qismində Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Quba rayon İHB-nın Vəlvələ kənd İƏD üzrə nümayəndəsinin 01.03.2022-ci il tarixli, 180 №li arayışdan görünür ki, Ərizəçi Bərqov kənd sakini olub, hal-hazırda həmin kənddə yaşayır. İş materiallarında olan Quba RİHB-nın Vəlvələ kənd İƏD üzrə nümayənədəsinin 25.04.2022-ci il tarixli, 291 saylı arayışından görünür ki, Ərizəçi X7, Güləliyeva Rüfanə Hicran qızı və Güləliyev Xəyyam Hicran oğlundan ibarət ailə tərkibi vardır. İş materiallarında olan Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* №-li, qeydiyyat nömrəsi ********* olan 04.12.2006-cı il tarixli Çıxarışdan görünür ki, Quba rayonu, Bərqov kəndində yerləşən 0,7722 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə Güləliyev Xanəli Əliməmməd oğlu, X3, X1, Ərizəçi qızı və X2 adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 144 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş AA seriyalı, ******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, ərizəçinin adı, soyadı, atasının adı müvafiq olaraq Ərizəçidur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən Güləliyev Xanəli Əliməmməd oğluna ünüvanlanmış 10.03.2022-ci il tarixli, **********28 saylı məktubundan görünür ki, 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışda göstərilən hüquq sahiblərin adlarında dəyişikliklərin (düzəlişlərin) edilməsi üçün heç bir əsas yoxdur. Belə ki, həmin çıxarış ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş JN-124 nömrəli ‘Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında hazırlanmışdır və Ərazi idarəsi tərəfindən texniki səhvə yol verilməmişdir. Ərizənin icrasından imtina olunmuşdur. Beləliklə, iş materiallarında olan sənədlərdən göründüyü kimi, ərizəçi “Ərizəçi” olduğu halda, X4 Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli Çıxarışda “Ərizəçi qızı” yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edə bilər; 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında məhkəmələrə tövsiyyə edilir: “Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir.” Məhkəmə hesab edir ki, ərizəçilər hüquqlarının həyata keçirilməsi üçün lazım olan sənədlərin başqa yolla əldə edilə bilməməsini sübuta yetirə bilmişlər. Beləliklə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib məhkəmə hesab edir ki, Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət reyestrinin MH seriyalı ******* nömrəli, **********23 reyestr nömrəli, 04.12.2006-cı il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli Çıxarışın həmçinin Ərizəçi məxsus olması faktı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət reyestrinin MH seriyalı ******* nömrəli, **********23 reyestr nömrəli, 04.12.2006-cı il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli Çıxarışın həmçinin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1183/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1183/2022
31.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver