Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1184/2022 26.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi X8 qızının və Cavabdeh Səfərəli qızının nümayəndəsi və vəkili X9 oğlunun iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı ümumi paylı mülkiyyətdən payın naturada ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vəfat etmiş valideynlərinin (atası) X1 miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 130,3 kv.m qeyri yaşayış binasına və ölçüsü 0,0146 ha olan torpaq sahəsindən onların X7 oğlu, İddiaçı2 Səfərəli oğlu və Cavabdeh Səfərəli qızının paylarının naturada ayrılması baərəd qətnamə çıxarılnmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi X5 məhkəməyə ərizə ilə müraciət edərək ərizəsində iddia tələbini düzgün vermədiklərinə görə yeni iddia vermək istədiklərini bildirmiş, ona görə də hazırkı iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etmişdir. İş üzrə cavabdeh tərəfindən hazırki işin mahiyyəti üzrə həll olunması tələbi ilə bağlı məhkəmə müraciət edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı ümumi paylı mülkiyyətdən payın naturada ayrılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı ümumi paylı mülkiyyətdən payın naturada ayrılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətinə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1184/2022
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1184/2022
26.05.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver