Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1196/2022 28.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 Damurali oğlu, Ərizəçi2 nümayəndəsi X23 və Ərizəçi3 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 Damurali oğlu, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizələrinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçilər Ərizəçi1 Damurali oğlu, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 ərizə ilə məhkəməyə müraciət edərək, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-736F KOD ******* saylı Şəhadətnamənin Ərizəçi1 Damurali oğlu, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 və Abdurəhmanov Nuriyə məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdilər. Məhkəmədə Ərizəçi1 Damurali oğlu ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Ərizəçi2 nümayəndəsi X23 ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Ərizəçi3 ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə iştirak edən zaman Ərizəçi4 ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdi. Ərizəçilər Ərizəçi1 Damurali oğlu, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 ərizədə göstərmişdilər ki, Quba rayon Aqrar İslahatı Komissiyasının 28 oktyabr 1998-ci il tarixli 13 saylı qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-076F KOD 30327058 nömrəli Şəhadətnaməyə əsasən onlara və mərhum Abdurahmanov Nuriyə fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0,14 ha torpaq sahəsi verilmişdir. Lakin Torpağın mülkiyyətə verilməsinə dair JN-076F KOD 30327058 nömrəli Şəhadətnamədə adları Ərizəçi1 Damurali oğlu əvəzinə səhvən X1, Ərizəçi2 əvəzinə səhvən Ərizəçi2 Nuru oğlu kimi, Ərizəçi3 əvəzinə səhvən X14 kimi, Ərizəçi4 əvəzinə səhvən Ərizəçi4 Dəmirəli oğlu kimi və Abdurahmanov Nuri əvəzinə səhvən X3 yazılmışdır. Onlar Şəhadətnamədə qeyd olunmuş ad, soyad və ata adında yaranmış uyğunsuzluğları aradan qaldırmaq və düzəlişin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət müraciət etsələr də, onların səlahiyyətlərinə aid olmadığı ilə bağlı **********45 nömrəli 01 fevral 2022-ci il tarixli imtina məktubu almışdılar. Abdurəhmanov Nuri 22 aprel 2014-cü il tarixində vəfat etmişdir. Xucbala İnzibati Ərazi üzrə nümayəndəliyi tərəfindən verilən xx.xx.2022-ci il tarixli arayışa əsasən Ərizəçi2 22 aprel 2014-cü il tarixində vəfat etmiş mərhum atası Abdurəhmanov Nurinin vərəsələri sırasına daxildir. Ərizəçilər Şəhadətnamədə yaranmış yanlışlığları aradan qaldıra bilmir və onlar bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gələrək, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-736F KOD ******* saylı Şəhadətnamənin Ərizəçi1 Damurali oğlu, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 və Abdurəhmanov Nuriyə məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdilər. İş üzrə maraqlı tərəf olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə maraqlı tərəf olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X32 bildirdi ki, Ərizəçi2 onun qardaşıdı. digər qardaşının da adı Damuralidi. Nuri kişi onların atasıdı, Atası 22 aprel 2014-cü il tarixində vəfat etmişdir. Şəmistan və Məhəmməd onun qardaşı uşaqlarıdı, Saodat gəlinləridi. X29 və Məhəmmədin atasıdı. Onların adı şəhadətnamədə səhv yazılıb, doğum haqqında şəhadətnamələrdə, şəxsiyyət vəsiqələrində və digər sənədlərdə düzgün yazılıb. Məhkəmə ərizəçiləri və şahid X24 dinləyib, Ərizəçi4 izahatını nəzərə alaraq, əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Belə ki, işdə olan, Torpağın mülkiyyətə verilməsinə dair JN-736F KOD ******* saylı Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Quba rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1998-ci il tarixli 13 saylı qərarı ilə Quba rayonu, Aşağı-Xuc kəndi ərazisindən yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən 0.14 ha həyətyanı torpaq sahəsi Quba rayonu, Aşağı-Xuc kənd sakinləri X10, X21, X5, X14, X2 mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin X8 ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soyad, ata adlarında yaranmış uyğunsuzluqların aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İşdə olan AZ-İ 675608 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən məlum olur ki, Abdurəhmanov Nuri 22 aprel 2014-cü il tarixində vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixində 09 nömrə ilə qeyd edilib. İşdə olan İ-ЮС 282229 seriya və nömrəli doğum haqqında şəhadətnamənin və AZE ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən məlum olur ki, Ərizəçi2 xx.xx.1978-ci ildə doğulub adı-Rüstəm, soyadı- Abdurahmanov, ata adı-Nuri qeyd olunub. Quba rayonu, Aşağı-Xuc kəndində qeydiyyatdadır. İşdə olan AZ-İİİ 206735 seriya və nömrəli doğum haqqında şəhadətnamənin və AZE ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən məlum olur ki, Ərizəçi4 xx.xx.1998-ci ildə doğulub adı- Məhəmməd, soyadı- Abdurahmanov, ata adı- Damurali qeyd olunub. Quba rayonu, Aşağı-Xuc kəndində qeydiyyatdadır. İşdə olan AZ-İİİ 206887 seriya və nömrəli doğum haqqında şəhadətnamənin və AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən məlum olur ki, X6 xx.xx.1996-cı ildə doğulub adı- Şəmistan, soyadı- Abdurahmanov, ata adı- Damurali qeyd olunub. Quba rayonu, Aşağı-Xuc kəndində qeydiyyatdadır. İşdə olan İ-ЮС 355832 seriya və nömrəli doğum haqqında şəhadətnamənin və AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən məlum olur ki, Ərizəçi3 xx.xx.1972-ci ildə doğulub adı-Saodat, soyadı- Abduraxmanov, ata adı- Umat qeyd olunub. Quba rayonu, Aşağı-Xuc kəndində qeydiyyatdadır. İşdə olan İV-ЮС 255792 seriya və nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən məlum olur ki, X11 ilə X35 arasında xx.xx.1989-cu ildə nikah bağlamış və Musaeva Saodat “Abduraxmanova” soyadını qəbul etmişdir. İşdə olan Quba rayonu Xucbala İƏD-si üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 104 nömrəli arayışına əsasən Quba rayonu AİK nın xx.xx.1998-ci il tarixli 13 saylı qərarı ilə verilmiş JN-076F (kod ********) Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə texniki səhv olaraq Abdurəhmanov Nuri əvəzinə X12, Ərizəçi2 əvəzinə, X21, Ərizəçi4 əvəzinə X7, X18 əvəzinə X14 yazılmışdır. Abdurəhmanov Nuri ilə X12, Ərizəçi2 ilə X21, Ərizəçi4 ilə X7, X18 ilə X14 eyni şəxslərdir. İşdə olan Quba rayonu Xucbala İƏD-si üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 104 nömrəli arayışına əsasən X38 rayonu, Aşağı-Xuc kəndində yaşamış, 22 aprel 2014-cü il tarixində vəfat etmiş və arvadı- Abduraxmanova Saltanat- vəfat edib, qızı-X32, qızı- X31, qızı-X23, oğlu-X11, qızı- X36, oğlu- X20, oğlu- X22 adlı vərəsələri qalmışdır. Məhkəmədə müəyyən edildi ki, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-736F KOD ******* saylı Şəhadətnaməyə əsasən Quba rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1998-ci il tarixli 13 saylı qərarı ilə Quba rayonu, Aşağı-Xuc kəndi ərazisindən yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən 0.14 ha həyətyanı torpaq sahəsi Quba rayonu, Aşağı-Xuc kənd sakinləri Abdurəhmanov Nuri , Ərizəçi2, Ərizəçi4, Ərizəçi3, Ərizəçi1 Damurali oğlunun mülkiyyətinə verilib, lakin Şəhadətnamədə texniki səhv olaraq Abdurəhmanov Nuri əvəzinə X12, Ərizəçi2 əvəzinə, X21, Ərizəçi4 əvəzinə X5, Ərizəçi3 əvəzinə X14 yazılıb. Ərizəçilər yaranmış uyğunsuzluğu aradan qaldırmaq məqsədilə Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-736F KOD ******* saylı Şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə işdə olan sübutlara və şahid ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-736F KOD ******* saylı Şəhadətnamənin Ərizəçi1 Damurali oğlu, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və mərhum Nuri Abdurəhmanova məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 308 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin olunsun. Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-076F KOD 30327058 saylı Şəhadətnamənin Ərizəçi1 Damurali oğlu, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Nuri Abdurəhmanova məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1196/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1196/2022
28.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver