Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1197/2022 09.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X19 qızının katibliyi, Ərizəçilər Ərizəçi1 Damurali oğlunun, Ərizəçi2 nümayəndəsi X6, Ərizəçi4 və Ərizəçi3 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 Damurali oğlu, Ərizəçi2, Ərizəçi4 və Ərizəçi3 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1 Damurali oğlu, Ərizəçi2, Ərizəçi4 və Ərizəçi3 məhkəməyə ərizə ilə müraciət edərək, Torpağın mülkiyyətə verilməsinə dair JN-247 KOD 30327058 nömrəli X12 Şəmistan Damurali oğluna, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Abdurəhmanov Nuriyə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərzəçilər Ərizəçi1 Damurali oğlu, Ərizəçi2, Ərizəçi4 və Ərizəçi3 ərizələrini onunla əsaslandırmışlar ki, Quba rayon Aqrar İslahatı Komissiyasının 28 oktyabr 1998-ci il tarixli 13 saylı qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-247 KOD 30327058 nömrəli Dövlət Aktına əsasən onlara və mərhum Abdurəhmanov Nuriyə fərdi yaşayış evinin tikintisi məqsədi ilə 2,24 ha torpaq sahəsi verilmişdir. Lakin Torpağın mülkiyyətə verilməsinə dair JN-247 KOD 30327058 nömrəli Dövlət Aktında onların adları “Ərizəçi1 Damurali oğlu” əvəzinə səhvən “X1” kimi, “Ərizəçi2” əvəzinə səhvən “X10” kimi, “Ərizəçi3” əvəzinə səhvən “X21” kimi, “Ərizəçi4” əvəzinə səhvən “X3” kimi və “Abdurəhmanov Nuri” əvəzinə səhvən “X4” kimi yazılmışdır. X28 qeyd olunmuş ad, soyad və ata adında yaranmış uyğunsuzluğları aradan qaldırmaq və düzəlişin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət müraciət etsələr də, onların səlahiyyətlərinə aid olmadığı ilə bağlı **********45 nömrəli 01 fevral 2022-ci il tarixli imtina məktubu almışlar. Abdurəhmanov Nuri 22 aprel 2014-cü il tarixində vəfat etmişdir. Xucbala İnzibati Ərazi üzrə nümayəndəliyi tərəfindən verilən xx.xx.2022-ci il tarixli arayışa əsasən o, Ərizəçi2 22 aprel 2014-cü il tarixində vəfat etmiş mərhum atası Abdurəhmanov Nurinin vərəsələri sırasına daxildir. Dövlət Aktında yaranmış yanlışlıqları aradan qaldıra bilmirlər və onlar bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmədə Ərizəçi2 nümayəndəsi X13, Ərizəçi1 Damurali oğlu, Ərizəçi4 və Ərizəçi3 ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxs qismində AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Ərizəçi2 xx.xx.1978-ci il tarixdə anadan olmuşdur. Onun şəxsiyyət vəsiqəsində adı və atasının adı “Ərizəçi2” olaraq qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Ərizəçi3 Umbat qızı xx.xx.1972-ci il tarixdə anadan olmuşdur. Onun şəxsiyyət vəsiqəsində adı və atasının adı “Ərizəçi3 Umbat qızı” olaraq qeyd edilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi4 ilə X17 arasında xx.xx.1989-cu il tarixdə nikah bağlanmış, nikahdan sonra Saodat Musayevaya “Abduraxmanova” soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Ərizəçi1 Damurali oğlu xx.xx.1996-cı il tarixdə anadan olmuşdur. Onun şəxsiyyət vəsiqəsində adı və atasının adı “Ərizəçi1 Damurali oğlu” olaraq qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Ərizəçi4 xx.xx.1966-cı il tarixdə anadan olmuşdur. Onun şəxsiyyət vəsiqəsində adı və atasının adı “Ərizəçi4” olaraq qeyd edilmişdir. İş materiallarında olan Quba RİHB-nın Xucbala İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Quba rayonu AİK nın xx.xx.1998-ci il tarixli 13 saylı qərarı ilə verilmiş JN-247 (kod ********) Torpağın Mülkiyyətə verilməsinə dair Dövlət Aktinda texniki səhv olaraq Abdurəhmanov Nuri əvəzinə X4, Ərizəçi2 əvəzinə, X10, Ərizəçi4 əvəzinə X7, X17 əvəzinə, X21, Ərizəçi1 Damurali oğlu əvəzinə X2 yazılmışdır. Abdurəhmanov Nuri ilə X4, Ərizəçi2 ilə X10, Ərizəçi4 ilə X7, X17 ilə X21, Ərizəçi1 Damurali oğlu ilə X2 eyni şəxslərdir. İş materiallarında olan Quba RİHB-nın Xucbala İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X26 rayonunun Aşağı-Xuc kəndində yaşamış, xx.xx.2014-cü ildə vəfat etmiş, vəfa etdikdən sonra Abduraxmanova Saltanat (vəfat edib), X18, X24, X13, Ərizəçi4, X23, X9 və Äbdurahmanov Rüstəm Nuri oğlu adında vərəsələri qalmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Abdurəhmanov Nuri xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Həmin şəhadətnamə də onun adı, soyadı “Abdurəhmanov Nuri” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Ərizəçi1 Damurali oğluna, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və X22 rayon AİK-nın xx.xx.1998-ci il tarixli 13 saylı qərarı ilə Torpağa Mülkiyyət Hüququna dair JN-247 kod 30327058 saylı Dövlət Aktı tərtib edilərək 2.24 ha torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ərizəçi1 Damurali oğluna, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və X22 rayon AİK-nın xx.xx.1998-ci il tarixli 13 saylı qərarına əsasən 2.24 ha torpaq sahəsi verilmiş və Torpağa Mülkiyyət Hüququna dair JN-247 kod 30327058 saylı Dövlət Aktı tərtib edilmişdir. X31 “Ərizəçi1 Damurali oğlu” əvəzinə səhvən “X1” kimi, “Ərizəçi2” əvəzinə səhvən “X10” kimi, “Ərizəçi3” əvəzinə səhvən “X21” kimi, “Ərizəçi4” əvəzinə səhvən “X3” kimi və “Abdurəhmanov Nuri” əvəzinə səhvən “X4” kimi qeyd olunmuşdur. Ərizəçi1 Damurali oğlu, Ərizəçi2, Ərizəçi4 və Ərizəçi3 məhkəmədən Torpağa Mülkiyyət Hüququna dair JN-247 kod 30327058 saylı Dövlət Aktının onlara və mərhum Abdurəhmanov Nuriyə məxsus olması faktının müəyyən edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, Ərizəçilər həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçilərin göstərdiyi hal, yəni Torpağa Mülkiyyət Hüququna dair JN-247 kod 30327058 saylı X12 Şəmistan Damurali oğlu, Ərizəçi2, Ərizəçi4 və Ərizəçi3 və X11 məxsus olması faktı iş materialları ilə təsdiq olunur, ona görə də ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçilər Ərizəçi1 Damurali oğlu, Ərizəçi2, Ərizəçi4 və Ərizəçi3 hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizələri təmin edilsin. Torpağa Mülkiyyət Hüququna dair JN-247 kod 30327058 saylı X12 Şəmistan Damurali oğluna, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Abdurəhmanov Nuriyə münasibətdə onlara məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1197/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1197/2022
09.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver