Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1207/2021 01.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X14 oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili X11 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Quba Rayon İcra Hakimiyətinə qarşı qardaşı X5 faəliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Quba şəhərində anadan olmuş 16.11.1984-cü il təvəllüdlü qardaşı X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Ərizəçi xx xxxxxxxx 1982-cı il tarixdə Quba şəhərində anadan olmuşdur. X2, anası X1r. Ounla yanaşı ailələrində qardaşı X7 16 noyabr 1984-cü ildə Quba şəhərində anadan olmuşdur. X12 anadangəlmə serebral iflic xəstəsidir. Bununla yanaşı onun psixoloji problemləri də vardır. Əqli inkişafdan geri qalmışdır. Onun daimi olaraq kənar şəxsin qulluğuna ehtiyacı vardır. Mütəmadi olaraq müalicə və müayinə olunur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı Psixonevroloji Sisial Xidmət X13 şəxsdə qalır. Qardaşı Pərvizin kənar adam olmadan yaşaması mümkün deyildir. O, öz fikrini ifadə edə bilmir, illər keçdikcə onun psixi problemləri və xəstəliyi artır, onu idarə edə bilmək daha da çətinləşir. Qardaşının xəstəliyi ilə əlaqədar öz hərəkətlərini idarə edə bilmədiyindən müxtəlif dövlət orqanlarında onun adından onun xeyrinə hər hansı hərəkət etməyi mümkünsüz olur. Odur ki, qardaşı 16 noyabr 1984-cü il təvəllüdlü X5 öz hərəkətlərinin mənasını başa düşməmələrinə görə onların fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədə Ərizəçi nümayəndəsi və vəkili X16 ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan “doğum haqqında şəhadətnamə”nin və “şəxsiyyət vəsiqəsi”nin surətlərindən görünür ki, X7 16.11.1984-cü il tarixdə anadan olmuşdur. X3, anası isə X1r. İş materiallarında olan “doğum haqqında şəhadətnamə”nin və “şəxsiyyət vəsiqəsi”nin surətlərindən görünür ki, Ərizəçi xx.xx.1982-ci il tarixdə anadan olmuşdur. X3, anası isə X1r. İş materiallarında olan 1 saylı Psixonevroloji Sosial Xidmət X13 şəxsin 06.05.2021-ci il tarixli arayışından görünür ki, 16.11.1984-cü il təvəllüdlü X7 həqiqətəndə 11.07.2006-cı il tarixdən 1 saylı Psixonevroloji Sosial Xidmət X13 Şəxsdə yaşayır. İş materiallarında olan stasionar xəstənin tibbi kartasından görünür ki, X7 uşaq serebral iflici xəstəliyindən əziyyət çəkir. İş materiallarında olan çıxarışın surətindən görünür ki, X7 anadangəlmə İ qrup əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”-nin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 29.07.2021-ci il tarixli, 1642 saylı rəyindən görünür ki, X6 “uşaq serebral iflici ilə əlaqədar ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində)” (F72) qeyd olunur. Bunu anamnestik məlumatlar (doğuş zədəsi ilə doğulması, erkən psixo-fiziki inkşafdan geri qalması, ağıl zəifliyi ilə əlaqədar təhsil ala bilməməsi, İ qrup əlil olması), hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən passiv, ətrafında baş verən hadisələrə maraq göstərməməsi, verilən sualları anlamaması, mnestik qabiliyyətinin və intellektual səviyyəsinin aşağı olması, emosional-iradi sferasının enməsi, maraq dairəsinin məhdud olması, öz vəziyyətinə qarşı tənqidi münasiətinin olmaması və sair) sübut edir. X4 uşaq serebral iflici ilə əlaqədar ağır əqli gerilik aşkar olunur.X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçinin göstərdiyi hallar, yəni qardaşı X5 faəliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi faktı təsdiq olunur. Göstərilənləri nəzərə alaraq, ərizə əsaslı olduğu üçün təmin edilməli və X7 faəliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 322 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qət etdi: Ərizə təmin olunsun. 16.11.1984-cü ildə Quba şəhərində anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1207/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1207/2021
01.09.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver