Məhkəmə qərarları › İş №2(027)-123/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-123/2021

22.02.2021 · Müqavilələrin ləğv edilməsi - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-123/2021 22.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə İddiaçı Cavabdeh1, Cavabdeh2na və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı qarşı alğı-satqı müqaviləsinin, etibarnamənin və çıxarışın etibarsızlığı tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Hacı qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən, Cavabdeh2, xx.xx.2012-ci il tarixdə ona verilmiş 7E/07-6621 reyestr nömrəli etibarnamə etibarsız hesab edilməsi, həmin etibarnamə ilə bağlı qeydin ləğv edilməsi, Cavabdeh2 reyestrində 40/02-517 nömrəli qeyd əsasında rəsmiləşdirilmiş xx xxxx 2012-ci il tarixi, AN-1 seriyalı, № ******* nömrəli alğı-satqı müqaviləsi ilə əlaqəli xx xxxx 2012-ci il tarixli, 4Ə/02-5İ7 reyestr nömrəli qeydin ləğv edilməsi və bağlandığı gündən həmin müqavilənin etibarsız hesab edilməsi, xx xxxx 2012-ci il tarixi, AN-1 seriyalı, № ******* seriya nömrəli alğı-satqı müqaviləsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2012-ci il tarixdə, **********66-05 101-093001 reyestr və ********** qeydiyyat nömrəsi ilə 3 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində edilmiş qeydin ləğv edilməsi, daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2012-ci il tarixdə, **********66-05101-093004 reyestr və ********** nömrəli qeyddən verilmiş RX seriyalı, № ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsalandırmışdır ki, ünvan 1 ünvanda yerləşən 2 mərtəbəli binanın 1-ci mərtəbəsində olan 3 otaqlı, yaşayış sahəsi 48,1 kv.m, yardımçı sahəsi 23 kv.m, ümumi sahəsi 71,1 kv.m olan 11 saylı mənzilin alışına görə 19000 (on doqquz) min manat məbləğində pul satıcı X6 ödəyərək ondan faktiki olaraq mənzili alaraq alğı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün Cavabdeh2na müraciət etmişlər. Cavabdeh2 mənzilin alğı-satqısını rəsmiləşdirərək xx xxxx 2012-ci il tarixi, AN-l seriyalı, № ******* seriya nömrəli alğı-satqı müqaviləsini və onunla əlaqəli digər sənədləri tərtib edərək ona vermişdir. Notariusda sənədlər tərtib edilərkən mətnləri oxumamış, mənzilin alışına görə 19000 manat pulu özü ödəmiş, sənədləşməni oğlu Elçinə və notarius etibar etmişdir. Elçinin və notariusun sənədlərdə göstərdiyi yerlərdə imzalar etmişdir. Sonda mənzillə və alğı-satqı ilə bağlı sənədləri notarius ona təqdim etmişdir. Satın alınmış həmin mənzilə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeyd edilməsini və həmin qeyddən çıxarışın alınmasını cavabdeh, oğlu Cavabdeh1 həvalə etmişdir. Elçin mənzilin sənədlərini rəsmiləşdirərək ona təqdim edib. O, heç bir şübhə etmədən sənədləri alaraq yaşadığı evin ona mənsub otağında saxlamışdır. Cavabdehlər - oğlu Cavabdeh1 və Cavabdeh2 onun etbarından sui istifadə edərək satın aldığı mənzilə mülkiyyət hüququnun onun adına yox, Cavabdeh1 adına rəsmiləşdirilməsi barədə sənədləşmə aparıblar. Nəticədə, cavabdehlərin günahları səbəbindən qanunla qorunan onun mülkiyyət hüququ pozulmuşdur. Faktla bağlı Cavabdeh1 soruşarkən o, həmin məslədən xəbərsiz olduğunu və mənzilin onun yox, onun adına rəsmiləşdirildiyini bildirmişdir. Cavabdeh1 tərəfindən, Cavabdeh2, xx.xx.2012-ci il tarixdə ona verilmiş 7E/07-6621 reyestr nömrəli etibarnamə etibarsız hesab edilməli, həmin etibarnamə ilə bağlı qeyd ləğv edilməli, həmin etibarnamə əsasında həmin notarius reyestrində 4Ə/02-5 1 7 nömrəli qeydi əsasında rəsmiləşdirilmiş xx xxxx 2012-ci il tarixi, AN-1 seriyalı, № ******* seriya nömrəli alğı-satqı müqaviləsi bağlandığı gündən etibarsız hesab edilməli, həmin müqavilə ilə əlaqəli xx xxxx 2012-ci il tarixli, 4Ə/02-517 reyestr nömrəli qeyd ləğv edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2012-ci il tarixdə, **********66-05101-093004 reyestr və********** qeydiyyat nömrəsi ilə 3 nömrəli reyestr kitabının nömrəli vərəqində edilmiş qeyd ləğv edilməli, daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2012-ci il tarixdə, **********66-05101- 093004 reyestr və ********** nömrəli qeyddən verilmiş RX seriyalı, № ******* nömrəli çıxarış etibarsız hesab edilməlidir. Quba rayon notariusu tərəfindən xx.xx.2012-ci ii tarixdə verilmiş 7E/07-6621 reyestr nömrəli etibarnamə və həmin etibarnamə əsasında Cavabdeh1 iştirak etdiyi xx xxxx 2012-ci il tarixi, AN- 1 seriyalı, № ******* seriya nömrəli alğı-satqı müqaviləsi etibarsızdır. xx xxxx 2012-ci il tarixi, AN-l seriyalı, № ******* seriya nömrəli alğı- satqı müqaviləsinə əsasən Quba rayon notariusu tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş 7E/07-6621 nömrəli etibnamə Cavabdeh1 adından çıxış edən Quba şəhəri, Y.Qasımov p r .ev 44-də yaşayan İddiaçı (şəx.vəs.AZE № 0*******. Quba RPŞ xx.xx.2009) “Alıcı” adlanan digər tərəf, həmin müqaviləni bağlayıblar. Həmin müqavilənin bağlanarkən Cavabdeh1 təqdim etdiyi, Quba RPŞ tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZE seriyalı, № 0******* nömrəli şəxsiyyət vəsiqəsindən göründüyü kimi müqavilənin bağlandığı zaman Cavabdeh1 mənsub həmin şəxsiyyət vəsiqəsi ya olmamış, ya da ki, ona mənsub olmuş şəxsiyyət vəsiqəsi müddəti ötdüyündən etibarsız olmuşdur. Mövcud olmayan və ya etibarsız şəxsiyyət vəsiqəsi əsasında, şəxs əqd bağlaya bilməzdi və həmin şəxs adından bağlanmış əqdlər etibarsızdır. Cavabdeh1 ilə onun arasında olan ailə münasibətlərindən göründüyü kimi Elçin onun oğludur. Hazırki iddia ərizəsinə əlavə edilmiş Cavabdeh1 mənsub Quba RPŞ tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZE seriyalı, № 0******* nömrəli və ona mənsub Quba RPŞ Q və ŞV bölməsi tərəfindən 05.06.201 7-ci il tarixdə verilmiş AZE seriyalı, №16570170 nömrəli şəxsiyyət vəsiqəsindən göründüyü hazırki tələb üzrə mübahisələndirilmiş əqdlər bağlanarkən Elçin 35 yaşlı gənc sağlam, o, 56 yaşlı qoca qadındır. Həm, ailə münasibətlərinə görə, həm də yaş həddinə görə, şəxsi hüquqların həyata keçirilməsi üçün Elçinin ona yox, onun Elçinə etibarnamə verməyi ağlabatandır. Həm, ailə münasibətləri əsasında, həm də yaş həddinə görə, daşınmaz əmlakla bağlı oğlu Elçinlə o, notariat kontorunda birgə iştirak edərək, eyni vaxta, etibarnamə verib və həmin anda, həmin etibarnamə əsasında qoca ananın cavan oğlunun xeyrinə hüquqlar həyata keçirilməsi ağlabatan deyildir. Belə ki, tərəflər - satıcı və “alıcı” Elçinin birgə iştirak ilə eyni zamanda etibarnamə rəsmiləşdirərək həmin etibarnamə əsasında alğı-satqı müqaviləsi bağlamaqdansa notarius, elə həmin hərəkətlər zamanı onun iştirakı olmadan mənzili Elçinin adına rəsmiləşdirə bilərdi. Həmin hərəkətlərdə onun iştirakı və onun adına xx.xx.2012-ci il tarixdə verilmiş 7E/07-6621 reyestr nömrəli etibarnamə gərək deyildir. Göründüyü kimi, cavabdehlər, Quba rayon notariusu və oğlu Elçin, onun etibarından sui istifadə edərək faktiki alğı-satqı yolu ilə onun əldə etdiyi ünvan 2 ünvanda yerləşən 2 mərtəbəli binanın 1-ci mərtəbəsində olan 3 otaqlı, yaşayış sahəsi 48,1 kv.m., yardımçı sahəsi 23 kv.m.. ümumi sahəsi 71,1 kv.m. olan 11 saylı mənzili Cavabdeh1 adına rəsmiləşdiriblər. Məhkəmə iclasında İddiaçı Hacı qızı tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul edərək, həmin evin anası İddiaçı məxsus olduğunu, notariat kontoru ilə razılaşaraq anasından xəbərsiz evi öz adına rəsmiləşdirdiyini və evi “xxxx” ASC-dən kredit alarkən ipoteka predmeti olaraq banka girov qoyub pul aldığını qeyd etmişdir. İş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, iddianı qəbul etməyərək, İddiaçı məhkəmə qaydasında etibarsız sayılmasını tələb etdiyi alğı-satqı müqaviləsini həmin müqavilə üzrə alıcı – Cavabdeh1 nümayəndəsi kimi xx.xx.2012-ci ildə imzalamış, müqavilənin 22-ci bəndindən sonra “Alıcı” sütununda kiril əlifbası ilə “müqavilənin mətni iradəmə uyğun tərtib edilin” kimi əl yazısı ilə qeyd apararaq onu imzası ilə təsdiq etmiş, yəni bağlandığı gündən müqavilədən xəbəri olmuşdur. Göründüyü kimi, İddiaçı etibarlılığını mübahisələndirdiyi müqavilənin ona məlum olan bağlanması tarixindən 8 ilə yaxın vaxt keçdikdən sonra müvafiq iddia qaldırmaqla etibarsız əqdlər üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsində nəzərdə tutulmuş müddətləri ötürmüşdür. Bu müddət iddia müddəti deyil, kəsici xarakterlidir və onun keçməsi ilə maraqlı tərəfin əqdi mübahisələndirmək hüququ istisna olunur. Odur ki, qeyd olunanları nəzərə alaraq, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin və maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclas iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, İş materiallarında olan daşınmaz əmlakın AN-İ ******* saylı, xx.xx.2012-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, X1 şəhəri, H.Əliyev küçəsi, 51A ünvanında yerləşən iki mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 3 otaqlı mənzili Quba rayon notariusu tərəfindən verilmiş xx.xx.2012-ci il tarixdə verilmiş 7E/07-6621 saylı etibarnamə əsasında Cavabdeh1 adından çıxış edən İddiaçı vasitəsi ilə Cavabdeh1 19.000 manata satmışdır. İş materiallarında olan xx.xx.2012-ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh1 İddiaçı 1 ay müddətinə onun adından sənədələşmə işlərini aparması üçün ona etibarnamə vermişdir. İş materiallarında olan RX seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 4 mənzil 11 də yerləşən 3 otaqlı mənzil Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan MA seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 4 mənzil 11 də yerləşən 3 otaqlı mənzil xx.xx.2012-ci il tarixdə X5 mülkiyyətində olmuşdur. İş materiallarında olan daşınmaz əmlakın texniki pasportunun surətindən görünür ki, ünvan 4 mənzil 11 ünvanında yerləşən mənzilin hüquq subyekti Cavabdeh1dur. İş materiallarında olan Quba Regional “ASAN” xidmət mərkəzinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh2 tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 7E- 6621 reyestr nömrəli etibarnamənin verilməsinə əsas etibar edənin şəxsiyyət vəsiqəsi ilə notariat ofisinə bilavasitə müraciəti olmuşdur. İş materiallarında olan Quba rayon Məhkəməsinin 2(027)-18/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 14008-293/188267 saylı kredit müqaviləsi ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və X2 müştərək qaydada 18173,49 ABŞ dolları kredit borcu, 1429,77 ABŞ dolları faiz borcu və 80 ABŞ dolları cərimə olmaqla, cəmi 19683,26 (on doqquz min altı yüz səksən üç dollar iyirmi altı sent) ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə manata uyğun məzənnə nəzərə alınmaqla) məbləğində pul və 28 (iyirmi səkkiz) manat dövlət rüsumu alınaraq «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, tələb ipoteka predmeti olan, Cavabdeh1 ilə “xxxx” ASC arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilən Cavabdeh1 məxsus olan ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 71,1 kv.m, yaşayış sahəsi 48,4 kv.m, yardımçı sahəsi 22,7 kv.m olan 1 mərtəbəli, 3 otaqlı, 11 nömrəli mənzilə yönəldilməsi, həmin əmlak hərrac yolu ilə satılmaqla satışdan əldə ediləcək vəsait Cavabdeh1 və X3 «xxxx» ASC-yə olan borcunun hesabına ödənilməsi, ödənişlər aparıldıqdan sonra artıq qalan məbləğ cavabdehlərə verilməsi, hərraca çıxarılarkən ipoteka predmeti olan Cavabdeh1 məxsus olan olan ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 71,1 kv.m, yaşayış sahəsi 48,4 kv.m, yardımçı sahəsi 22,7 kv.m olan 1 mərtəbəli, 3 otaqlı, 11 nömrəli mənzil ilkin satış qiyməti 31000 (otuz bir min) manat məbləğində müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Hərrac Təşkilatının hərracın yekunları barədə xx.xx.2018-ci il tarixli protokolundan görünür ki, Quba rayon Məhkəməsinin 2(027)-18/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsi əsasında ünvan 4 mənzil 11 ünvanında yerləşən bir mərtəbəli, 3 otaqlı mənzilin 19125 manat məbləğində tələbkar əldə edərək cavabdehlərlə mübahisənin qarşılıqı həlli üçün məhsuliyyət daşıdığı müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli hərracın yerkunları üzrə alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 məxsus ünvan 4 mənzil 11 ünvanında yerləşən bir mərtəbəli, 3 otaqlı mənzili “xxxx” ASC 19125 manata almışdır. İş materiallarında olan RX seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 4 mənzil 11 də yerləşən 3 otaqlı mənzil “xxxx” ASC-nin mülkiyyətindədir. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsin 340.2-ci maddəsi təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) müvafiq olaraq bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.1, 337.3). Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir (maddə 340.2). İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki prosessual qanunvericiliyin sübutetmə yükü ilə bağlı normalarına əsasən əqdin etibarsızlığına əsas olan halların mövcudluğunu sübut etmək əqdin etibarsızlığını tələb edən tərəfin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Prosessual qanunvericiliyin bu normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur. Qanunvericinin tələblərinə əsasən alğı-satqı müqavilələri bağlanarkən tərəflərin iradə ifadəsi müqavilələrin bağlanılmasının zəruri şərtidir. Hər hansı əqdin (o cümlədən, alğı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununu qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə, subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Etibarsız əqdlər, əsasən iki meyara görə təsnif edilir: əqdin elementinin qüsurlu olması meyarına görə; əqdin etibarsız sayılması üçün məhkəmə qərarının tələb edilməsi meyarına görə. Əqdin elementinin qüsurlu olması meyarına görə etibarsız əqdlərin də dörd növü fərqləndirilir: subyektiv tərkibi qüsurlu olan etibarsız əqdlər; iradəsi qüsurlu olan etibarsız əqdilər; forması qüsurlu olan etibarsız əqdlər; məzmunu qüsurlu olan etibarsız əqdlər. İradəsi qüsurlu olan əqdlər odur ki, bu əqdlər bağlanarkən daxili iradə lazımi olmayan şəraitdə formalaşır və ya bu iradə xaricən düzgün ifadə olunmur. Bu cür əqdlərin iki növü fərqləndirilir: daxili iradə olmadan bağlanan əqd; daxili iradəsi düzgün formalaşmayan əqdlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Məcəllənin 389.1 və 389.2-ci maddələrinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Məhkəmə araşdırması zamanı müyyən olunmuşdur ki, mübahisə predmeti olan Quba şəhəri, H.Əliyev küçəsi 51A, mənzil 11 də yerləşən 3 otaqlı mənzil MA seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən xx.xx.2012-ci il tarixdə X5 mülkiyyətində olmuşdur. AN-İ ******* saylı, xx.xx.2012-ci il tarixli alğı-satqı müqaviləsi əsasında X1 şəhəri, H.Əliyev küçəsi, 51A ünvanında yerləşən iki mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 3 otaqlı mənzili Quba rayon notariusu tərəfindən verilmiş xx.xx.2012-ci il tarixdə verilmiş 7E/07- 6621 saylı etibarnamə əsasında Cavabdeh1 adından çıxış edən İddiaçı vasitəsi ilə Cavabdeh1 19.000 manata satmışdır. Mənzilin alğı-satqısı zamanı Cavabdeh1 adından onun anası İddiaçı xx.xx.2012-ci il tarixli, 7E-6621 reyestr nömrəli etibarnamə əsasında Cavabdeh1 mülkiyyət hüquqlarını müdafiə edərək, alğı-satqını həyata keçirmişdir. Həmin müqavilə əsasında ünvan 4 mənzil 11 də yerləşən 3 otaqlı mənzil RX seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışına əsasən Cavabdeh1 adına qeydiyyata alınmışdır. Bundan başqa, iş materiallarında olan Quba rayon Məhkəməsinin 2(027)-18/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, «xxxx» ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 14008-293/188267 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə illik 28% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 22000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi «xxxx» ASC ilə Cavabdeh1 arasında xx xxxxxx 2014-cü il tarixli, 14008-293/188267İ saylı ipoteka müqaviləsi bağlanmış, Cavabdeh1 məxsus olan ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 71,1 kv.m, yaşayış sahəsi 48,4 kv.m, yardımçı sahəsi 22,7 kv.m olan 1 mərtəbəli, 3 otaqlı, 11 nömrəli mənzil cavabdeh X3 razılıq ərizəsinə əsasən ipoteka ilə yüklü edilmişdir. Bundan başqa, X7 ilə iddiaçı arasında bağlanmış 14008-293/462642Z saylı, xx xxxxxx 2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən o, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyindən həmin tarixli qətnamə ilə, mübahisə predmetini təşkil edən ev hərrac yolu ilə 19125 manata “xxxx” ASC-nin mülkiyyətinə keçmişdir. Hal-hazırda isə ünvan 4 mənzil 11 də yerləşən 3 otaqlı mənzil RX seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışı əsasında “xxxx” ASC-nin mülkiyyətindədir. Məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdeh qismində mülki işə cəlb etdiyi oğlu Cavabdeh1 mülkiyyət hüququnu müdafiə edərək sözügedən mənzili 19.000 manata X4 alğı-satqı müqaviləsi əsasında almışdır. Həmin ev Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Belə olan halda, məhkəmə tərəfindən, Cavabdeh1 tərəfindən, Cavabdeh2, xx.xx.2012-ci il tarixdə ona verilmiş 7E/07-6621 reyestr nömrəli etibarnamə etibarsız hesab edilməsi, həmin etibarnamə ilə bağlı qeydin ləğv edilməsi, Cavabdeh2 reyestrində 40/02-517 nömrəli qeyd əsasında rəsmiləşdirilmiş xx xxxx 2012-ci il tarixi, AN- 1 seriyalı, № ******* nömrəli alğı-satqı müqaviləsi ilə əlaqəli xx xxxx 2012-ci il tarixli, 4Ə/02- 5İ7 reyestr nömrəli qeydin ləğv edilməsi və bağlandığı gündən həmin müqavilənin etibarsız hesab edilməsi, xx xxxx 2012-ci il tarixi, AN-1 seriyalı, № ******* seriya nömrəli alğı-satqı müqaviləsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2012-ci il tarixdə, **********66-05 101-093001 reyestr və ********** qeydiyyat nömrəsi ilə 3 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində edilmiş qeydin ləğv edilməsi, daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2012-ci il tarixdə, **********66-05101-093004 reyestr və ********** nömrəli qeyddən verilmiş RX seriyalı, № ******* nömrəli çıxarışın etibarsız hesab edilməsinə əsas olmadığı müyyən edilmişdir. Bundan başqa, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsində nəzərdə tutulmuş iddia müddəti ilə bağlı müddəti də ötürmüşdür. Beləliklə də, iddiaçı tərəf Cavabdeh1 ona etibarnamə verməsini, onun mülkiyyət hüquqlarını müdafiə etməməsini, həmin etibarnamədən, mübahisə predmeti olan evin oğlunun adına olmasından xəbərsiz olduğunu iddia etsə də, istinad etdiyi halları sübut edə bilməmişdir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, İddiaçı tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Ona görə də, onun iddia tələbi təmin edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh1, Cavabdeh2na və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı alğı-satqı müqaviləsinin, etibarnamənin və çıxarışın etibarsızlığı tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar