Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1232/2022 05.07.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi1 nümayəndəsi və həmdə Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı tərəf Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizələrinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, Quba rayon Aqrar İslahat Komissiyasının 24 fevral 2000-ci il tarixli, 02 saylı qərarı ilə Quba rayonu, İqriq kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə ayrılmış 1.13 ha torpaq sahəsinə dair tərtib olunmuş mülkiyyəti təsdiq edən JN-546 Kod 30304038 saylı Torpağa Mülkiyyət Hüququna X24 Ərizəçi1, Ərizəçi2 və X4 məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi1 nümayəndəsi və həmdə Ərizəçi2 ərizəni müdafiə edərək bildirdi ki, Torpağa Mülkiyyət Hüququna X24 Ərizəçi1 və ona məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizədə göstərmişdilər ki, Quba rayonu, İqriq kəndi ərazisindən onlara-Ərizəçi1 və Ərizəçi2, eləcə də digər ailə üzvləri X5, X12 Quba rayon Aqrar İslahat Komissiyasının 24 fevral 2000-ci il tarixli, 02 saylı qərarı Quba rayonu, İqriq kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 1.13 ha torpaq sahəsi ayrılmış və adlarına mülkiyyəti təsdiq edən JN-546 Kod 30304038 saylı Torpağa Mülkiyyət Hüququna X26 verilmişdir. Həmin sənəddə mülkiyyətçilərdən Ərizəçi1 soyadı və adı düzgün yazılsa da ata adı Xəlil əvəzinə Yaşar kimi, Ərizəçi2 soyadı və ata adı düzgün yazılsa da, adı Ramilə əvəzinə Rasimə kimi, X1nın adı və ata adı düzgün yazılsa da, soyadı Əlimova əvəzinə Alimova kimi səhvən qeyd olunmuşdur. X1 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Onlar hal-hazırda həmin torpağı özgəninkiləşdirmək istəyir. Bunula bağlı hüquqmüəyyənedici sənədləri DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim ediblər. Lakin onlara xx.xx.2021-ci il tarixli məktubu ilə ad və ata adında olan uyğunsuzluğu aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətinə aid olmadığını, bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. Ona görə də, hazırki ərizə ilə məhkəməyə müraciət etmək qərarına gələrək, Quba rayon Aqrar İslahat Komissiyasının 2000-ci il 24 fevral tarixli, 02 saylı qərarı ilə Quba rayonu, İqriq kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə ayrılmış 1.13 ha torpaq sahəsinə dair adımıza tərtib olunmuş mülkiyyətimizi təsdiq edən JN-546 Kod 30304038 saylı Torpağa Mülkiyyət Hüququna X24 Ərizəçi1, Ərizəçi2 və X4 məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdilər. İş üzrə maraqlı tərəf olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə maraqlı tərəf olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə iştirak edən zaman şahid X7 bildirdi ki, Ramilənin adı Dövlət Aktında səhvən Rasimə, Ərizəçi1 səhvən Yaşar qızı kimi yazılıb və qeyd etdi ki, Bəsti və Ramilə oun bacılarıdı. Atalarının adı Xəlildi. Məhkəmə Ərizəçi1 nümayəndəsi və həmdə Ərizəçi2 dinləyib, şahid X3 ifadəsini və işə əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Belə ki, işdə olan Torpağa Mülkiyyət Hüququna Dair JN-546 Kod 30304038 saylı Dövlət Aktının surətindən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 24 fevral 2000-ci il tarixli, 02 saylı qərarı ilə Quba rayonu, İqriq kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 1.13 ha torpaq sahəsi Quba rayonu, İqriq kənd sakinləri X5, Ərizəçi1, Ərizəçi2, X18 və X8 xüsusi mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Ərizəçi1 ünvanladığı xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Dövlət aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqların aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İşdə olan AA ******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi1 xx.xx.1990-cıil tarixində anadan olmuş, vəsiqədə adı- Bəsti, soyadı -Alimova, ata adı Xəlil qeyd edilib. İşdə olan AA ******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi2 xx.xx.1984-cü il tarixində anadan olmuş, vəsiqədə adı- Ramilə, soyadı -Alimova, ata adı Xəlil qeyd edilib. İşdə olan AZ-İ 708580 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X6 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Ölüm haqqında akt qeyydləri kitabında xx.xx.2014-cü il tarixdə 39 nömrə ilə qeyd edilib. İşdə olan Quba rayonu Alekseyevka İƏD-si üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli 844 nömrəli arayışına əsasən məlum olur ki, X6 ərazi dairəsinin İqriq kəndində yaşamış, xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Ailə üzvləri, gəlini X10, nəvələri, X13, X11, X7, Ərizəçi1, Ərizəçi2 X18 vardır. Məhkəmədə müəyyən edildi ki, Quba rayon Aqrar İslahatı Komissiyasının 24 fevral 2000-ci il tarixli, 02 saylı qərarı ilə verilmiş Torpağa Mülkiyyət Hüququna Dair JN-546 Kod 30304038 JN-546 Kod 30304038 saylı Dövlət Aktı ilə 1.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Quba rayonu, İqriq kənd sakinləri X5, Ərizəçi1, Ərizəçi2, X18 və X8 xüsusi mülkiyyətinə verilib, lakin Dövlət Aktında Ərizəçi1 aid hissələrdə ad, soyad, düz yazılsa da, ata adı səhvən Xəlil əvəzinə Yaşar yazılıb, Ərizəçi2 adı isə Ramilə əvəzinə Rasimə yazılıb. Ərizəçilər yaranmış uyğunsuzluğu aradan qaldırmaq məqsədilə Torpağa Mülkiyyət Hüququna Dair JN-546 Kod 30304038 saylı Dövlət Aktının onlara məxsus olması faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə işdə olan sübutlara və şahid ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, Quba rayon Aqrar İslahatı Komissiyasının 24 fevral 2000-ci il tarixli, 02 saylı nömrəli qərarı ilə Torpağa Mülkiyyət Hüququna Dair JN-546 Kod 30304038 saylı Dövlət Aktının Ərizəçi1, Ərizəçi2 və X4 məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 308 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin olunsun. Torpağa Mülkiyyət Hüququna Dair JN-546 KOD 30304038 saylı Dövlət Aktının Ərizəçi1, Ərizəçi2 və X4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1232/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1232/2022
05.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver