Məhkəmə qərarları › İş №2(027)-1234/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1234/2020

19.08.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1234/2020 19.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Qanuni nümayəndə, onun vəkili və nümayəndəsi X12 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X19, üçüncü şəxs X33 Xidmət Mərkəzində notariat ofisinə qarşı alğı-satqı xx.xx.2019-cu il tarixli 2V-48 nömrəli, xx.xx.2019-cu il tarixli 2V-64 nömrəli, xx.xx.2019-cu il tarixli 2V-65 nömrəli, xx.xx.2019-cu il tarixli 2V-66 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası X33 Xidmət Mərkəzində notariat ofisində açılmış xx.xx.2019-cu il tarixli 2V-48 nömrəli, xx.xx.2019-cu il tarixli 2V-64 nömrəli, xx.xx.2019-cu il tarixli 2V-65 nömrəli, xx.xx.2019-cu il tarixli 2V-66 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmədə iddiaçıların qanuni nümayəndəsi Qanuni nümayəndə iddianı müdafiə edərək göstərdi ki, həyat yoldaşı (iddiaçıların atası) X22 xx.xx.1975-ci ildə Quba rayonunda anadan olmuş, sonuncunun atası İddiaçı1 Həmdulla oğlu, anası X6r. İddiaçı1 Həmdulla oğlu xx.xx.1990-ci ildə vəfat etmiş, X10 isə xx.xx.2018-ci ildə ölmüşdür. İddiaçı1 Həmdulla oğlunun vəfatından sonra sonuncudan qalmış Quba şəhəri Ərdəbil küçəsi 23 evin 1/5 hissəsinə Cavabdeh2, 1/5 hissəsinə X4, 1/5 hissəsinə X11, 1/5 hissəsinə X13 və 1/5 hissəsinə Cavabdeh1 vərəsəlik payının müəyyən edilməsinə dair xx.xx.2008-ci il tarixli 2(027)-643/2008 nömrəli qətnaməsi çıxmışdır. Lakin bundan sonra miras əmlak üzrə paylara uyğun həmin yaşayış evinə çıxarış alınmamışdır. Habil Əliyevlə birlikdə o və iddiaçılar həmin evdə 2013-cü ilə kimi yaşamışlar. Həmin evin bir otağında Əyyubun əmlakı olmuşdur. Məhkəmənin qətnaməsi çıxdıqdan sonra X26 5000 manat pul vermiş, Əyyub bundan sonra əmlakı oradan çıxarmışdır. O, Qanuni nümayəndə həmin evi təmir etmiş, evə sanuzel tikdirmişdir. 2018-ci ildə X29 Federasiyasına getmiş, bir müddətdən sonra qayıtmışdır. Habil X1 vaxt anası X4 ölümündən xəbər tutmuş, elə həmin ərəfədə Habilin bacısı Cavabdeh1 ondan etibarnamə istəmişdir. Bundan sonra X2yıdıb onlarla birlikdə sözügedən mirasda yaşamışdır. İddiaçıların əmisi Əliyev X16 müharibəsində şəhid olduğu üçün iddiaçıların nənəsi Adilə Əliyeva ondan qalmış 50000 manat sığorta pulunu almış, bununla da Cavabdeh5 Əhməd oğlunun vərəsəsi kimi Adilə Əliyeva tanınmışdır. Adilə Əliyevadan qalmış mirası isə Habil Əliyev qəbul etmişdir. Ona görə ki, Torpağa Mülkiyyət Hüququna dair JN-4xx xxx 30301004 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X10 və X13 ümumi birgə payları vardır. Bununla da Adilə Əliyevadan qalmış mirası Habil Əliyev qəbul etmişdir. Bundan başqa iddiaçıların babası İddiaçı1 Həmdulla oğlundan qalmış fərdi yaşayış evinə miras əmlaka paylar müəyyən edilmişdir. Ataları öləndən sonra onlar miras əmlakı qəbul edilməsi üçün Notariat orqanına müricət etmişlər, bu zaman onlara məlum olmuşdur ki, cavabdehlər, yəni iddiaçıların əmisi Cavabdeh2, bibisi Cavabdeh1 və əmisi Rovşan Əliyevin uşaqları Cavabdeh4, Cavabdeh5 əmisi Cavabdeh5 Əhməd oğlundan qalmış şəhid pulu ilə bağlı X4 qəbul etdiyi miras əmlakdan pay almışlar. X30 vərəsəlik şəhadətnaməsi verilməmiş və ona miras pay verilməmişdir. İddiaçıların atalarından qalmış miras əmlakı və nənələrindən qalmış atasının qəbul etdiyi miras əmlakı hazırda onlar idarə edir və vergiləri ödəyirlər. X14mış miras əmlakla bağlı Notariat orqanına ərizə vermişlər. İddiaçıların bibisi Lalə Əliyeva, əmisi Cavabdeh2 və əmisi uşaqları Cavabdeh4 və Cavabdeh5 tərəfindən Habil Əliyevə qardaşından qalmış, anasının qəbul etdiyi miras əmlakdan ona düşən payla bağlı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası X33 Xidmət Mərkəzində notariat ofisində açılmış xx.xx.2019-cu il tarixli 2V-48 nömrəli, xx.xx.2019-cu il tarixli 2V-64 nömrəli, xx.xx.2019-cu il tarixli 2V-65 nömrəli, xx.xx.2019-cu il tarixli 2V-66 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Qanuni Nümayəndəsi X23 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etmişdir. Məhkəmədə iştirak edən zaman Cavabdeh1 iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etmişdir. Məhkəmədə iştirak edən zaman Cavabdeh3 iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iş üzrə Cavabdeh2 və üçüncü şəxs X33 Xidmət Mərkəzində notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə gəlmiş tərəfləridinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan torpağa mülkiyyət hüququna dair LN-4xx xxx 30301004 nömrəli Dövlət aktından görünür ki, X10 və X15 Quba rayonu X8 xx.xx.2000-ci il tarixli 05 saylı qərarı ilə 0,80 ha toqpaq sahəsi verilmişdir. İş materiallarında olan Qeydiyyat şöbəsinin arayışlarından görünür ki, İddiaçı1 Həmdulla oğlu xx.xx.1990-ci ildə, X10 xx.xx.2018-ci ildə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətlərindən görünür ki, Cavabdeh5 Əhməd oğlu xx.xx.1994-cü il tarixdə, X22 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(027)-643/2008 nömrəli qətnaməsindən görünür ki, İddiaçı1 Həmdulla oğlundan miras qalmış Quba şəhəri Ərdəbil küçəsi 23 evin 1/5 hissəsinə Cavabdeh2, 1/5 hissəsinə X4, 1/5 hissəsinə X11, 1/5 hissəsinə X13 və 1/5 hissəsinə Cavabdeh1 vərəsəlik payı tanınmışdır. İş materiallarında olan X33 Xidmət Mərkəzində notariat ofisində rəsmiləşdirilmiş ərizələrdən görübür ki, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 X9 miras qalmış paydan X7 çatan paya dair şəhadətnamənin verilməsini xahiş etmişlər. İş materiallarında olan X33 Xidmət Mərkəzində notariat ofisində açılmış xx.xx.2019-cu il tarixli, 2V-48 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1994-cü il tarixdə ölmüş Cavabdeh5 Əhməd oğlunun vərəsəsi anası xx.xx.2018-ci il tarixdə ölmüş X4 vərəsəsi oğlu Cavabdeh2 miras əmlakdan 1/3 pay almalıdır. İş materiallarında olan X33 Xidmət Mərkəzində notariat ofisində açılmış xx.xx.2019-cu il tarixli, 2V-64 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1994-cü il tarixdə ölmüş Cavabdeh5 Əhməd oğlunun vərəsəsi anası xx.xx.2018-ci il tarixdə ölmüş X4 vərəsəsi qızı Cavabdeh1 miras əmlakdan 1/3 pay almalıdır. İş materiallarında olan X33 Xidmət Mərkəzində notariat ofisində açılmış xx.xx.2019-cu il tarixli, 2V-65 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1994-cü il tarixdə ölmüş Cavabdeh5 Əhməd oğlunun vərəsəsi anası xx.xx.2018-ci il tarixdə ölmüş X4 vərəsəsi nəvəsi Cavabdeh5 miras əmlakdan 1/6 pay almalıdır. İş materiallarında olan X33 Xidmət Mərkəzində notariat ofisində açılmış xx.xx.2019-cu il tarixli, 2V-66 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1994-cü il tarixdə ölmüş Cavabdeh5 Əhməd oğlunun vərəsəsi anası xx.xx.2018-ci il tarixdə ölmüş X4 vərəsəsi nəvəsi X20 miras əmlakdan 1/6 pay almalıdır. İş materiallarında olan X33 Xidmət Mərkəzində notariat ofisinin xx.xx.2020-ci il tarixli 72 nömrəli məktubundan görünür ki, İddiaçı1 və İddiaçı2 X13 qanun üzrə vərəsələri siyahısına daxildirlər. İş materiallarında olan Quba bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 185 nömrəli məktubundan görünür ki, Qanuni nümayəndə ünvan 1 ünvanında yerləşən əmlakın vergi ödəyicisidir. Məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2018-ci il tarixdə ölmüş X3 miras qalmış Quba şəhəri Ərdəbil küçəsində yerləşən 23 saylı evə dair paylar müəyyən edilərkən xx.xx.2020-ci il tarixdə ölmüş X13 vərəsələri İddiaçı1 və İddiaçı2 çatan paya dair şəhadətnamə verilməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi, məhkəmənin qətnaməsi ilə digər vərəsələrlə yanaşı X3 miras qalmış əmlaka iddiaçıların atası, miras qoyanın oğlu - X13 da payı müəyyən edilmişdir. İş materiallarındakı sənədlərdə X13 xx.xx.2020-ci il tarixdə vəfat etməsi öz təsdiqini tapmışdır. Göründüyü kimi iddiaçılar ataları X22 vəfat etdikdən sonra miras əmlak hesab olunan Quba şəhəri Ərdəbil küçəsində yerləşən 23 saylı yaşayış evinə digər qanuni vərəsələr kimi faktiki sahiblik etmişlər və hal-hazırda da sahiblik etməkdədirlər.X33 Xidmət Mərkəzində notariat ofisi tərəfindən cavabdehlərə qanun üzrə vərəsəlik şəhadətnaməsi verərkən həm Azərbaycan Respublikası Konstitusiyası, həm Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, həm də Notariat haqqında qanunvericiliyin tələblərini nəzərə almamışdır. Belə ki, Konstitusiyanın 29-cu maddəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Bu müddəanın geniş təfsiri ondan ibarətdir ki, həm qanun üzrə, həm də vəsiyyət üzrə vərəsəyə keçən əmlak heç bir halda vərəsədən alına bilməz. Vərəsəlik hüququ Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları ilə daha ətraflı şəkildə qorunmaqdadır. Həmin Məcəllənin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin əmlakı başqa şəxslərə qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmçinin Məcəllənin 1137, 1139, 1144-cü maddələrinin məzmununa əsasən yalnız vərəsə ləyaqətsiz vərəsə elan edildikdə, onun payı digər vərəsələrə keçir ki, bu hal da ancaq məhkəmə vasitəsi ilə müəyyən olunur. Məhkəmə qərarlarından və vərəsəlik hüququ üzrə notariat işindən də görünür ki, o və yaxud digər qanun üzrə vərəsələrdən heç biri ləyaqətsiz vərəsə elan edilməmişdir. Mülki Məcəllənin 1159-cu maddəsinin məzmununa əsasən qanun üzrə vərəsələrin, o cümlədən birinci növbə hesab olunan vərəsələrin valideynlər mirasdan bərabər pay hüquqları vardır. İddiaçıların da birinci növbə vərəsə olduqlarını nəzərə alsaq, onların miras əmlakdan, digər vərəsələrlə bərabər şəkildə pay almaq hüququ notariat kontoru tərəfindən pozulduğunu görmək mümkündür. Bu halları əsas götürərək, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası X33 Xidmət Mərkəzində notariat ofisində açılmış xx.xx.2019cu il tarixli 2V-48 nömrəli, xx.xx.2019-cu il tarixli 2V-64 nömrəli, xx.xx.2019-cu il tarixli 2V-65 nömrəli, xx.xx.2019-cu il tarixli 2V-66 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlara istinad etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Azərbaycan Respublikası X33 Xidmət Mərkəzində notariat ofisində açılmış xx.xx.2019-cu il tarixli 2V-48 nömrəli, xx.xx.2019-cu il tarixli 2V-64 nömrəli, xx.xx.2019-cu il tarixli 2V-65 nömrəli, xx.xx.2019-cu il tarixli 2V-66 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar