Məhkəmə qərarları › İş №2(027)-1234/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1234/2022

15.09.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1234/2022 15.09.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X23 qızının katibliyi, Ərizəçi və nümayəndəsi vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Quba Rayon İcra Hakimiyətinə qarşı qardaşları X17, X22 və X13 faəliyyət qabiliyyəti olmayan hesab edilmələrinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Məhkəməyə müraciət edərək, 09 dekabr 1974-cü ildə Quba rayon İİ Nügədi kəndində anadan olmuş qardaşı X6, 08 avqust 1977-ci ildə anadan olmuş qardaşı X10, 05 may 1983-cü ildə anadan olmuş qardaşı X18 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxxx 1952-ci ildə Quba rayonu İİ Nügədi kəndində anadan olmuşdur. Qardaşı Xanməd 09 dekabr 1974-cü ildə, qardaşı Vahid 08 avqust 1977-ci ildə, digər qardaşı Əli isə 05 may 1983-cü ildə anadan olmuşdur. Onun atası Əmirağa olmuş, Züleyxa adlı qadınla ailə qurmuş, lakin anası ilə atasının nikahı olmamışdır. Anası vəfat etdiyi üçün atası Hədiqə adlı qadınla ailə qurmuş, onların nikahından qardaşları doğulmuşdur. Atası Əmirağa analığı Hədiqə ilə nikahlarını 12 sentyabr 1991-ci ildə rəsmiləşdirmişlər. Qardaşları anadan olduqları vaxtda kəmağıldırlar, xəstədirlər. Bakı şəhəri 2 nömrəli psixiatriya xəstəxanasında müalicə almışlar. Anadan gəlmə ikinci qrup əlildirlər. Onlara ata-anası vəfat etdikdən sonra o baxmışdır. Hətta o Quba rayon İcra Hakimiyyətinin 12 avqust 208- nömrəli Sərəncamı ilə onlar üzərinə himayəçi təyin edilmişdir. Qardaşlarının xəstəliyi ilə əlaqədar onlar öz hərəkətlərini idarə edə bilmədiyindən müxtəlif dövlət orqanlarında öz xeyirlərinə olan müqavilələrin imzalanmasına razılıq verə bilmir və onun onların adından onların xeyrinə hər hansı hərəkət etməyi mümkünsüz olur. Bundan başqa vərəsəlik məsələləri ilə əlaqədar o, yenidən qardaşlarının xəstəliyi səbəbindən çətinliklə üzləşir. Odur ki, qardaşları X6, X13, X7 öz hərəkətlərinin mənasını başa düşməməsinə görə onların fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi qız və onun nümayəndəsi vəkili Vəkil ərizəsini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Quba Rayon İcra Hakimiyətinin nümayəndəsi X11 məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı ilə keçirilməsini və ərizənin təmin edilməsinə etirazı etmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, İş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, X26 xx.xx.1983-cü ildə İİ Nügədi kəndində anadan olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, X19 xx.xx.1977-ci ildə İİ Nügədi kəndində anadan olmuşdur. Onun atası X2r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, X3 1923-cü ildə İİ Nügədi kəndində anadan olmuşdur. Onun atası X2r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, X14 xx.xx.1952-ci ildə İİ Nügədi kəndində anadan olmuşdur. Onun atası X2r. İş materiallarında olan əlilliy haqqında vəsiqədən görünür ki, X17 həqiqətəndə İİ qrup əlildir İş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Babayev VahidƏmirağa oğlu xx.xx.1974-cü ildə İİ Nügədi kəndində anadan olmuşdur. Onun atası X2r. İş materiallarında olan Quba rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci tarixli arayışından görünür ki, X15 orta kəmağıllıq imbesillik diaqnozu qoyulmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.1997-ci ildə İİ Nügədi kəndində vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2005-ci ildə İİ Nügədi kəndində vəfat etmişdir. İş materiallarında olan Quba RİHB-nın sərəncamından görünür ki, Quba rayonu İİ Nügədi kənd sakini xx xxxxxxxx 1952-ci ildə anadan olmuş Ərizəçi xahişi nəzərə alınaraq ata-anaları X3 və X4 vəfat etdiklərindən onların 08 avqust 1977-ci ildə anadan olmuş X19 və 05 may 1983-cü ildə anadan olmuş X26 adlı qardaşları anadangəlmə ağıldan seyrək və ruhi xəstə olduğlarından onların üzərində himayəçi təyin edilmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin arayışlarından görünür ki, X15, X26 və X19 İİ qrup əlildirlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”-nin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2022-ci il tarixli, 1546 saylı rəyindən görünür ki, X5 orta dərəcəli əqli gerilik (imbesillik dərəcəsində) müəyyən edlir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixiatrik müayinənin nəticəlri (anamnestik məlumatlara görə irsiyyəti psixi xəstəlklərlə ağırlaşması, anası və iki qardaşının psixi xəstəlikdən əziyət çəkməsi, yoxlanılan şəxs doğuş travması ilə anadan olması, yaşıdlarına nəzərən əqli inkişafda geri qalması, “Orta kəmağıllıq-imbesillik” diaqnozu ilə Quba rayon Mərkəzi Xəstəxanasında qeydiyyatda olması, xəstəliyi ilə əlaqədar məktəbdə oxuya bilməməsi, əsəbiliyi, bəzən fizioloji ifrazatları ilə natəmiz olması, yerinə düşməyən hərəkətlərə yol verməsi, xəstəliyi ilə əlaqədar İİ qrup əlil olması, hər hansı bir işi sərbəst yerinə yetirə bilməməsi, həmçinin hazırki müayinə zamanı onda müəyyən edilən orta dərəcəli əqli gerilik əlamətlərinin biruzə verməsi, maraq dairəsinin adi təlabatları ödəməklə məhdudluğu və s.) sübut edir. X5 Orta dərəcəli əqli gerilik (imbesillik dərəcəsində) müəyyən edilir. X15 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X15 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X15 onda müəyyən edilən Orta dərəcəli əqli gerilik (imbesillik dərəcəsində) ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”-nin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2022-ci il tarixli, 1547 saylı rəyindən görünür ki, X9 orta dərəcəli əqli gerilik müəyyən edlir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə irsiyyəti psixi xəstəlklərlə ağırlaşması, anası və iki qardaşının psixi xəstəlikdən əziyət çəkməsi, yaşıdlarına nəzərən əqli inkişafda ger qalması, nitqi qüsurlu olmaqla kasad olması, xəstəliyi ilə əlaqədar məktəbdə oxuya bilməməsi, həmçinin hərbi xidmətə çağırış zamanı Bakı şəhər 2 saylı Psixiatriya Xəstəxanasında stasionar müyinədə olaraq “Orta ifadə olunmuş debillik dərəcəsində oliqofreniya” diaqnozu müəyyən edilərək hərbi xidmətdən azad edilməsi, əqli geriliyi, fizioloji ifrazatları ilə natəmiz olması, xəstəliyi ilə əlaqəar İİ qrup əlil olması, hər hansı bir işi sərbəst yerinə yetirə bilməməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər: orta dərəcəli əqli gerilik əlamətlərinin müəyyən ediməsi, maraq dairəsinin adi təlabatları ödəməklə məhdudluğu və s.) sübut edir. X9 Orta dərəcəli əqli gerilik müəyyən edilir. X19 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X19 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X19 onda müəyyən edilən Orta dərəcəli əqli gerilik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”-nin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2022-ci il tarixli, 1548 saylı rəyindən görünür ki, X16 orta dərəcəli əqli gerilik müəyyən edlir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə irsiyyəti psixi xəstəlklərlə ağırlaşması, anası və iki qardaşının psixi xəstəlikdən əziyət çəkməsi, yaşıdlarına nəzərən əqli inkişafda ger qalması, nitqi qüsurlu olmaqla kasad olması, Quba rayon Mərkəzi Xəstəxanasında qeydiyyatda olması, xəstəliyi ilə əlaqədar məktəbdə oxuya bilməməsi, həmçinin hərbi xidmətə çağırış zamanı Bakı şəhər 2 saylı Psixiatriya Xəstəxanasında stasionar müyinədə olaraq “Orta ifadə olunmuş debillik dərəcəsində oliqofreniya” diaqnozu müəyyən edilərək hərbi xidmətdən azad edilməsi, əqli geriliyi, fizioloji ifrazatları ilə natəmiz olması, xəstəliyi ilə əlaqəar İİ qrup əlil olması, hər hansı bir işi sərbəst yerinə yetirə bilməməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər: orta dərəcəli əqli gerilik əlamətlərinin müəyyən ediməsi, maraq dairəsinin adi təlabatları ödəməklə məhdudluğu və s.) sübut edir. X16 Orta dərəcəli əqli gerilik müəyyən edilir. X26 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X26 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X26 onda müəyyən edilən Orta dərəcəli əqli gerilik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçinin göstərdiyi hallar, yəni 09 dekabr 1974-cü ildə Quba rayon İİ Nügədi kəndində anadan olmuş qardaşı X6, 08 avqust 1977-ci ildə anadan olmuş qardaşı X10, 05 may 1983-cü ildə anadan olmuş qardaşı X18 faəliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi faktı təsdiq olunur. Göstərilənləri nəzərə alaraq, ərizə əsaslı olduğu üçün təmin edilməli və X12 faəliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 322 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qətetdi: Ərizə təmin olunsun. 09 dekabr 1974-cü ildə Quba rayon İİ Nügədi kəndində anadan olmuş X17, 08 avqust 1977-ci ildə anadan olmuş X22 və 05 may 1983-cü ildə anadan olmuş qardaşı X29 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsinlər. X1, X22 və X29 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar