Məhkəmə qərarları › İş №2(027)-1236/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1236/2021

13.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1236/2021 13.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN-194A KOD 30323018, JN-194B KOD 30323018 və JN-194C KOD 30323018 nömrəli Şəhadətnamələrin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, onunla əsaslandırmışdır ki, Quba rayon Aqrar İslahatı Komissiyasının 15 avqust 1997-ci il tarixli 08 saylı qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-194A KOD 30323018 nömrəli Şəhadətnaməyə əsasən fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0,07 ha, Quba rayon Aqrar İslahatı Komissiyasının 15 avqust 1997-ci il tarixli 08 saylı qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-194B KOD 30323018 nömrəli Şəhadətnaməyə əsasən ona fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0,09 ha və Quba rayon Aqrar İslahatı Komissiyasının 15 avqust 1997-ci il tarixli 08 saylı qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-194C KOD 30323018 nömrəli Şəhadətnaməyə əsasən fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0,07 ha torpaq sahəsi verilmişdir. Lakin Torpağın mülkiyyətə verilməsinə dair JN-194A KOD 30323018 və JN-194B KOD 30323018 nömrəli Şəhadətnamələrdə onun adı Ərizəçi əvəzinə səhvən X1 yazılmışdır. O, şəhadətnamələrdə qeyd olunmuş adında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət müraciət etsə də, onların səlahiyyətlərinə aid olmaması və məhkəməyə müraciətlə bağlı **********77 nömrəli 03 may 2021-ci il tarixli imtina məktubu almışdır. Ona görə də, Şəhadətnamələrdə yanlışlıqları aradan qaldıra bilmir və o, bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan JN-194A KOD 30323018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədən görünür ki, X2 mülkiyyətinə Quba rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ilə 0,07 hektar torpaq sahəsi verilmiş, həmin şəhadətnamədə Ərizəçi adı “Novruz” kimi qeyd olunmuşdur. İş materiallarında olan JN-194B KOD 30323018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədən görünür ki, X2 mülkiyyətinə Quba rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ilə 0,09 hektar torpaq sahəsi verilmiş, həmin şəhadətnamədə Ərizəçi adı “Novruz” kimi qeyd olunmuşdur. İş materiallarında olan JN-194C KOD 30323018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədən görünür ki, X2 mülkiyyətinə Quba rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ilə 0,09 hektar torpaq sahəsi verilmiş, həmin şəhadətnamədə Ərizəçi adı “Novruz” kimi qeyd olunmuşdur. İş materiallarında olan 9 mart 1977-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx xxxxx 1956-cı il tarixdə anadan olmuş, şəhadətnaməndə ərizəçinin soyadı, adı və atasının adı Ərizəçi kimi göstərilmişdir. İş materiallarında olan 06.04.2010-cu il tarixdə verilmiş AZE seriyalı, 0******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, ərizəçinin adı, soyadı atasının adı müvafiq olaraq Ərizəçidur. İş materiallarında olan Quba RİHB-nın Susay kənd İƏD üzrə nümayənədsinin 26.04.2021-ci il tarixli, 23 №li arayışından görünür ki, Ərizəçi mülkiyyətinə verilmiş JN-194 A, JN-194B, JN-194C KOD 30323018 saylı şəhadətnamələrdə texniki səhvlərə görə X3 yazılmışdır. Əslində Ərizəçi olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 03.05.2021-ci il tarixli, **********77 №li məktubundan görünür ki, DT və XK-si tərəfindən verilmiş JN-194 A, JN-194B, JN-194C KOD 30323018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il il tarixli, 08 saylı qərarı ilə JN-194A KOD 30323018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə əsasında Ərizəçi mülkiyyətinə 0,07 hektar torpaq sahəsi, JN-194B saylı Şəhadətnamə əsasında 0,09 hektar və JN-194C saylı Şəhadətnamə əsasında 0,09 hektar torpaq sahəsinin verilməsi, həmin şəhadətnamələrdə Ərizəçi adının X1 səhv qeyd olunması, Quba rayon Aqrar İslahat Komissiyası və Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyindən, ərizəçinin bu faktı təsdiq edən sənədləri başqa qaydada ala bilməməsi və bu faktın müəyyən edilməsinin ərizəçiyə həmin torpaq sahəsinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün lazım olması sübuta yetirilir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, hüquqmüəyyənedici sənəd olan Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-194A KOD 30323018, JN-194B KOD 30323018 və JN-194C KOD 30323018 nömrəli Şəhadətnamələrin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin aslı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin olunsun. Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-194A KOD 30323018, JN-194B KOD 30323018 və JN-194C KOD 30323018 nömrəli Şəhadətnamələrin AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar