Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1239/2023 13.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Ərizəçi müstəqil tələb irəli sürməyən üçüncü şəxs Quba rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyasına qarşı qarşı “fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi müstəqil tələb irəli sürməyən üçüncü şəxs Quba rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyasına qarşı qarşı “əmlakın çıxarılmasıfəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəməyə ərizə təqdim edərək, ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyib, ərizəni və iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməli, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası MPM-nin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Həmçinin, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, Ərizəçi tərəfindən məhkəməyə ərizə verilməsi üçün xx.xx.2023-cü il tarixdə "xxxx" ASC vasitəsilə büdcə səviyyə kodu 142213 olan hesaba 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir, mülki iş üzrə iddia ərizəsi üzrə icraata baxılmamış saxlanıldığı üçün Ərizəçi tərəfindən 2(027)-1239/2023 saylı mülki iş üzrə məhkəməyə ərizə verilməsi üçün xx.xx.2023-cü il tarixdə "xxxx" ASC vasitəsilə büdcə səviyyə kodu 142213 olan hesaba ödənilmiş 100 manat dövlət rüsumu iddiaçı Ərizəçi qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 170, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi müstəqil tələb irəli sürməyən üçüncü şəxs Quba rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyasına qarşı “fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi tərəfindən 027)-1239/2023 saylı mülki iş üzrə məhkəməyə ərizə verilməsi üçün xx.xx.2023-cü il tarixdə "xxxx" ASC vasitəsilə büdcə səviyyə kodu 142213 olan hesaba ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi qaytarılsın. Qərardaddan 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1239/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1239/2023
13.11.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver