Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-124/2022 27.01.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Quba RİH-nin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi qızı ərizə ilə məhkəməyə müraciət edərək, 20 aprel 1969-cu il tarixdə anadan olmuş, Quba rayonu Qırmızı Qəsəbə, M.Müşfiq küçəsi, ev 9-da yaşayan bacısı-X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi ərizədə göstərmişdi ki, o, 22 avqust 1990-cı ildə Quba rayonu Qırmızı Slobada qəsəbəsində anadan olub. 20 aprel 1969-cu il tarixdə anadan olmuş X7 onun doğma bacısıdır. X7 2007-ci ildən ağır dərəcəli əqli gerilik xəstəliyinə tutulmuş, müxtəlif tibb müəssisələrində müalicə olunmuşdur. X7 öz-özünə danışır, baxımsız qaldıqda gecələr evdən gedir. Xəstəlik nəticəsində X7 öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərini idarə edə bilmir. Xəstəliyi ilə əlaqədar X7 İİ qrup əlil hesab edilmişdir. X1 əziyyət çəkdiyi xəstəlik səbəbindən hal-hazırda öz hərəkətlərinin mənasını anlamır, özünü lazımi səviyyədə idarə edə bilmir və onun başqa şəxsin daimi qulluğuna ehtiyacı vardır. Bundan başqa o, özünə məxsus əmlakları da idarə edə bilmir və həmin əmlakların barəsində sərəncam vermək iqtidarında deyildir. Odur ki, onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi zərurəti yaranmışdır. Onun fəaliyyəti qabiliyyəti olmayan hesab edilməsi qəyyumluq və himayəçilik orqanı tərəfindən üzərində qəyyum təyin edilməsi üçün lazımdır. Bunun üçün də ilkin olaraq o, məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənləri nəzərə alaraq, 20 aprel 1969-cu il tarixdə anadan olmuş, Quba rayonu Qırmızı Qəsəbə, M.Müşfiq küçəsi, ev 9-da yaşayan X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Quba RİH-nin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə Ərizəçi dinləyib, ekspert rəyini, iş üzrə materialları hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiqlənnmiş surətindən görünür ki, X7 20.04.1969-cu ildə anadan olmuş, atası X8, anası X4 qeyd edilib. İş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiqlənnmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1990-cı ildə anadan olmuş, atası X8, anası X4 qeyd edilib. İş materiallarında olan 31.08.2021-ci il tarixli arayışdan məlum olur ki,Quba rayon Qırmızı Qəsəbə sakini X5 həqiqətən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X14 şəxsin 2 saylı Regional Ərazi filialından 2-ci qrup əliiliyə görə 21.09.2007-ci il tarixdən ömürlük sosial müavinət təyin olunmuşdur. Hal-hazırda X7 130.00 (bir yüz otuz) manat sosial müavinat alır. İş materiallarında olan Quba RİHB-nin Quba şəhər İƏD üzrə nümayəndəliyin 03.09.2021-ci il tarixli 222 nömrəli arayışından görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Quba RMX-nın 03.09.2021-ci il tarixli 7137 nömrəli arayışından görünür ki, 20.04.1969-cu il təvəllüdlü X5 ağır dərəcəli əqli gerilik diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Məhkəmə Psixiatrik Ekspertizasının 02.012.2021-ci il tarixli 2842 saylı rəyin nəticə hissəsindən aydın olur ki, X3 ağır dərəcəli əqli gerilik müəyyən edilir.(anamnestik məlumatlara görə doğuş zədəsi ilə anadan olması, erkən psixofiziki inkişafda yaşıdlarına nəzərən geri qalması,vnitqi tək-bir sözlərdən ibarət olmaqla zəif inkişaf etməsi, əqli geriliklə əlaqədar Quba Rayon Mərkəzi Xəstəxanasında “Ağır dərəcəli əqli gerilik” diaqnozu ilə qeydiyyatda olması, ona müvafiq müalicələr təyin edilməsi, həmçinin əqli geriliklə əlaqədar məktəbdə oxumaması, psixi vəziyyəti ilə əlaqədar İİ qrup əlil hesab edilməsi, əqli geriliyi, fizioloji ifrazatları ilə natəmiz olması, stereotip olaraq qeyrimüəyyən hərəkətlər etməsi, bununla əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, həmçinin hazırki müayinə zamanı yoxlanılan şəxsdə ağır dərəcəli əqli gerilik və s.) sübut edir. Mülki iş materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı apanlmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası X3 ağır dərəcəli əqli gerilik müəyyən edir. X7 bz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X7 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X7 onda müəyyən edilən ağır dərəcəli əqli gerilik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Buna görə də X7 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə görə, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə görə, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Məhkəmə Psixiatrik Ekspertizasının 02.012.2021-ci il tarixli 2842 saylı rəyini nəzərə alaraq, məhkəmə 20 aprel 1969-cu ildə Quba rayonunda anadan olmuş X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini məqbul hesab edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 20 aprel 1969-cu ildə Quba rayonunda anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-124/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-124/2022
27.01.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver