Məhkəmə qərarları › İş №2(027)-1240/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1240/2022

01.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1240/2022 01.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi, həmçinin digər ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi4 nümayəndəsi Ərizəçi3 iştirakı ilə Ərizəçi1, Ərizəçi2, Ərizəçi4 və Ərizəçi3 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi4 və Ərizəçi3 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Quba rayon Aqrar İslahat Komissiyasının 24 fevral 2000-ci il tarixli, 02 saylı qərarı ilə Quba rayonu, Zizik kəndi ərazisindən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,10 ha torpaq sahəsinə dair adlarına tərtib olunmuş mülkiyyətlərini təsdiq edən JN-262F Kod 30304028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi1, Ərizəçi2, Ərizəçi4 və Ərizəçi3 məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi, həmçinin digər ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi4 nümayəndəsi Ərizəçi3 ərizəni müdafiə edərək onunla əsaslandırmışdır ki, onların şəxsiyyətini müəyyən edən bütün sənədlərdə soyadları, adları və ata adları Ərizəçi1, Ərizəçi2, Ərizəçi4 və Ərizəçi3 kimi yazılmışdır. Lakin Quba rayon Aqrar İslahat Komissiyasının 24 fevral 2000-ci il tarixli, 02 saylı qərarı ilə Quba rayonu, Zizik kəndi ərazisindən fərdi yaşayış evinin tikintisi üçün 0,10 ha torpaq sahəsi ayrılmış və adlarına mülkiyyətlərini təsdiq edən JN-262F Kod 30304028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin sənəddə mülkiyyətçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi4 və Ərizəçi3 soyadları səhvən Məmmədsalayev(a) əvəzinə Məmmədsalahov(a) kimi, o, Ərizəçi3 atasının adı Əliyar əvəzinə, Əlyar kimi səhvən qeyd edilmişdir. Onlar hal-hazırda torpağı özgəninkiləşdirmək istəyirlər. Bununla bağlı hüquqmüəyyənedici sənədləri DƏDRXnin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim etmişlər. Lakin onlara 13.12.2021-ci il tarixli məktubu ilə soyadlarında olan uyğunsuzluğu aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsinin onların səlahiyyətinə aid olmadığını, bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. Ona görə də, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşlar. Ərizələrinə əlavə edilmiş sənədlərdən aşkar olur ki, şəxsiyyətlərini müəyyən edən bütün sənədlərdə soyadları, adları və atalarının adı Ərizəçi1, Ərizəçi2, Ərizəçi4 və Ərizəçi3 kimi qeyd edilmişdir. Göstərilənləri nəzərə alaraq, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq toplanmış sübutlara qiymət verməklə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-262F KOD 30304028 saylı şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Quba rayon Aqrar İslahatı Komissiyasının 24.02.2000-ci il tarixli, 02 saylı qərarı ilə X3, X2, X4 və X1 0,10 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan XİX JQ seriyalı, 372386 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 soyadının düzgün yazılışı “Məmmədsalayeva”-dır. İş materiallarında olan İ-AZ seriyalı, 125890 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi4 soyadının düzgün yazılışı “Məmmədsalayeva”-dır. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin notarial təsdiqli surətindən görünür ki, Ərizəçi1 soyadı “Məmmədsalayev”dir. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin notarial təsdiqli surətindən görünür ki, Ərizəçi2 soyadı “Məmmədsalayeva”dır. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin notarial təsdiqli surətindən görünür ki, Ərizəçi4 soyadı “Məmmədsalayeva”dır. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin notarial təsdiqli surətindən görünür ki, Ərizəçi3 soyadı “Məmmədsalayeva”, ata adı “Əliyar”dır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 13.12.2021-ci il tarixli, **********88 saylı məktubundan görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN-262F KOD 30304028 saylı şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soyad yaranmış uyğunsuzluğu aradan qaldırılması üçün məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Beləliklə, iş materiallarında olan sənədlərdən göründüyü kimi, ərizəçilərin soyadları “Məmmədsalayev”(a) olduğu halda, torpağın mülkiyyətə verilməsinə dair JN-262F KOD 30304028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə səhvən “Məmmədsalahov”(a), Ərizəçi3 atasının adı “Əliyar” əvəzinə “Əlyar” yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edə bilər; 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında məhkəmələrə tövsiyyə edilir: “Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir.” Məhkəmə hesab edir ki, ərizəçilər hüquqlarının həyata keçirilməsi üçün lazım olan sənədlərin başqa yolla əldə edilə bilməməsini sübuta yetirə bilmişlər. Beləliklə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib məhkəmə hesab edir ki, Quba rayon Aqrar İslahat Komissiyasının 24 fevral 2000-ci il tarixli, 02 saylı qərarı ilə Quba rayonu, Zizik kəndi ərazisindən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,10 ha torpaq sahəsinə dair adlarına tərtib olunmuş mülkiyyətlərini təsdiq edən torpağın mülkiyyətə verilməsinə dair JN-262F KOD 30304028 saylı şəhadətnamənin Ərizəçi1, Ərizəçi2, Ərizəçi4 və Ərizəçi3 məxsus olması faktı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Quba rayon Aqrar İslahat Komissiyasının 24 fevral 2000-ci il tarixli, 02 saylı qərarı ilə Quba rayonu, Zizik kəndi ərazisindən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,10 ha torpaq sahəsinə dair adlarına tərtib olunmuş mülkiyyətlərini təsdiq edən torpağın mülkiyyətə verilməsinə dair JN-262F KOD 30304028 saylı şəhadətnamənin Ərizəçi1, Ərizəçi2, Ərizəçi4 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar