Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1240/2023 24.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X1 iştirakı ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsinə və ona əlavə olunmuş sənədlərə məhkəmə hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 28 sentyabr 1990-cı ilm təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi X3 ərizə ilə müraciət edərək, ərizəsində, Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(027)- 208/2019 saylı qətnaməsi ilə X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini və həmin qətnamənin qanun qüvvəsini almasını bildirərək, hazırki iş üzrə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti üzrə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla geri qaytarılarsa, qaytarılır. Məhkəmə, ərizəçinin nümayəndəsinin vəsatətini və iş materiallarını araşdırıb, hesab edir ki, ərizəçinin nümayəndəsinin vəsatətinə əsasən hazırki ərizə və ona əlavə olunmuş sənədlər Ərizəçi geri qaytarılmalıdır. Həmçinin, Ərizəçi tərəfindən xx.xx.2023-cü il tarixli, ********** №-li qəbzə əsasən ödənilmiş 100 manat dövlət rüsumu mülki iş üzrə ərizə geri qaytarıldığından dövlət büdcəsindən Ərizəçi qaytarılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 35, 149.2.2, 170, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə və ərizəyə əlavə olunmuş sənədlər Ərizəçi nümayəndəsinin vəsatətinə əsasən geri qaytarılsın. Ərizəçi tərəfindən xx.xx.2023-cü il tarixli, ********** №-li qəbzə əsasən ödənilmiş 100 manat dövlət rüsumu mülki iş üzrə ərizə geri qaytarıldığından dövlət büdcəsindən Ərizəçi qaytarılsın. Qərardaddan 10 gün ərzində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1240/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1240/2023
24.05.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver