Məhkəmə qərarları › İş №2(027)-1241/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1241/2021

08.09.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1241/2021 08.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Quba Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Quba Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba şəhərində doğulmuş qardaşı 29.07.1993-cü il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 29.07.1993-cü il təvəllüdlü X7 onun qardaşıdır. Qardaşı ikinci qrup əlildir, əmək qabiliyyəti yoxdur. X1 18.06.2008-ci il tarixdə, anası X6 isə 13.12.2020-ci il tarixdə ölmüşlər. Hazırda o, qardaşı ilə tək qalır və sonuncuya özü baxır. Qardaşı əqli inkişafdan geri qaldığı üçün öz fikrini ifadə edə bilmir və daimi olaraq kənar şəxsin qulluğuna ehtiyacı vardır. Qardaşı mütəmadi olaraq müalicə və müayinə olunur. İllər keçdikcə qardaşının problemləri artır, onu idarə edə bilmək çətinləşir. Eyni zamanda sənədləşmə zamanı qardaşı özünü ifadə edə bilmədiyi üçün sənədlərə imza edə bilmir. Bu səbəbdən qardaşına qəyyum təyin edilməlidir. Göstərilənləri nəzərə alaraq, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Quba Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Quba Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, iş materiallarında olan: doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, X7 29.07.1993-cü il tarixdə, Ərizəçi xx.xx.1992-ci il tarixdə Quba şəhərində doğulmuşlar. X5 ilə X2 birgə uşaqlarıdır; ölüm haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, ərizəçinin X1 18.06.2008-ci il tarixdə, anası X6 13.12.2020-ci il tarixdə ölmüşlər; şəxsiyyət vəsiqələrinin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, 29.07.1993-cü il təvəllüdlü X7 və xx.xx.1992-ci il təvəllüdlü Ərizəçi Quba şəhəri, məhəllə 5 ünvanında yaşayırlar; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 saylı Respublika Psixiatriya Xəstəxanasının 399/11 nömrəli səhhətin müayinə edilməsi aktından görünür ki, X4 oliqofreniya orta ifadə olunmuş debillik aşkar olunur; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 09.08.2021-ci il tarixli 1748 saylı rəyndən görünür ki, X4 orta dərəcəli əqli gerilik, nitq pozuntuları aşkar olunur. Bunu anamnestik məlumatlar (psixofiziki inkişafının həmyaşıdlarından xeyli geri qalması, İİ qrup əlil olması), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (bələdliyini pozulması, davranışının qeyri-adekvatlığı, emosional dayanıqsızlığı, yaddaş və İntellekt funksiyalarının zəif inkişaf etməsi, maraq dairəsinin məhdudluğu öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair) sübut edir. 29.07.1993-cü il tarixdə Quba şəhərində doğulmuş, X4 orta dərəcəli əqli gerilik, nitq pozuntularla aşkar olunur. X7 psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. 29.07.1993-cü il tarixdə Quba şəhərində doğulmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir; 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir; 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır; 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər; 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyəti və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir; 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi fəaliyyət qabiliyyətsizliyi mübahisələndirilən 29.07.1993-cü il təvəllüdlü X3 bacısıdır. X3 psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 09.08.2021-ci il tarixli 1748 saylı rəyi ilə müəyyən edilmişdir ki, X4 orta dərəcəli əqli gerilik, nitq pozuntularla aşkar olunur. X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar var. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Quba şəhərində doğulmuş 29.07.1993-cü il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 305-ci, 317-321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Quba şəhərində doğulmuş 29.07.1993-cü il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. 29.07.1993-cü il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üzərində qəyyumluq müəyyənləşdirilməsi üçün əsasdır. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar