Məhkəmə qərarları › İş №2(027)-1244/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1244/2021

26.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1244/2021 26.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi Məhkəmə iclas katibi X2 İddiaçı, cavabdeh Quba rayon X10 Sənaye Ticarət Birliyinin nümayəndəsi X5, vəkili X4 iştirakı ilə, İddiaçı cavabdeh Quba rayon X10 Sənaye Ticarət Birliyinə qarşı «ərizənin etibarsız hesab edilməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiacı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Quba rayon X10 Sənaye Ticarət Birliyi tərəfindən 23 sentyabr 2005-ci il tarixli ərizənin etibarsız hesab edilməsi barədə qətnamə cıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İddiacı İddiaçı iddia ərizəsində göstərmişdi ki, 1989-cu ilin “15” noyabr tarixli əmri ilə cavabdehin tabeçiliyində olan 2-ci Nugədi kənd X12 müəssisəsinə müdir vəzifəsinə qəbul edilib. İşlədiyi müddətdə heç bir nöqsanı olmayaraq, əmək funksiyasını yerinə yetirərək, qüsursuz, vaxtlıvaxtında təlimatlara və qaydalara uyğun olaraq, tapşırılmış bütün tapşırıqları yerinə yetirməklə, müəssisənin tabeçiliyində olan əmlakları bu günə qədər özəlləşdirilməsində iştirak edərkən, yaxşı vəziyyətdə saxlanılmasında böyük əməyi olmuşdur. Yaş həddinin təqaüd vaxtının yaxınlaşdığını nəzərə alaraq, o, Sosial Müdafiə Şöbəsinə əmək kitabçasını təqdim etmək məqsədilə, 2018-ci ilin dekabr ayında Azərittifaqın Quba rayon X10 Sənaye Ticarət Birliyinin rəhbəri X8 müraciət edərək, əmək kitabçasını ondan götürərək, məlum olmuşdur ki, V.Pirimov cinayət saxtakarlığı edərək, 23 aprel 2005-ci il tarixdə, onun xəbəri olmadan “öz ərizəsi əsasında işdən azad edilib və əmək kitabçasında qeyd olunmuşdur. Bu günə qədər yuxarıda qeyd edilən ərizənin mövcudluğu bəlli deyil, dəfələrlə cavabdeh təşkilatın rəhbəri Vidadi Pirimovun ərizənin surətinin ona təqdim edilməsinə dair müraciət olunsa da, o, müxtəlif bəhanələrlə həmin ərizənin surətini ona verməkdən imtina edərək, bu günə qədər ərizəni ona təqdim etməmişdir. Bununla yanaşı, Baş İdarənin əmrinə əsasən onun təşkilatın balansında olan əmlakı “25” avqust 2019-cu il tarixdə ona maddi məsul şəxs kimi aktla və protokollarla təhvil verilmişdir, baxmayaraq ki, cavabdeh mənbəyi məlum olmayan əmrlə onu işdən azad etmişdir. Bu da ona dəlalət edir ki, bu günə qədər cavabdeh təşkilatın əmlakları onun idarəçiliyində qalaraq, həmin ərizənin etibarsız hesab edilməsi labüddür. Göstərilənləri nəzərə alaraq, cavabdeh Quba rayon X10 Sənaye Ticarət Birliyi tərəfindən 23 sentyabr 2005-ci il tarixli ərizənin etibarsız hesab edilməsi barədə qətnamə cıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə cavabdeh Quba rayon X10 Sənaye Ticarət Birliyinin nümayəndəsi X13 iddianı qəbul etməyərək göstərdi ki, İddiaçı rəhbərlik etdiyi Quba rayon Aqrar kooperativ X7 tabeçiliyində olan 2-ci Nügədi kənd X12 müəssisəsinə müdir vəzifəsində işləyib və ərizəsinə əsasən 23 aprel 2005-ci il tarixdə işdən azad edilmişdir. Özü ərizə yazıb baş mühasib Valentina Dimitriyevnaya verib işdən çıxıb. Valentina Dimitriyevna bir ay sonra rəhmətə gedib. Təftiş komissiyası gəlib yoxlama keçirib, onu öz ərizəsilə işdən azad ediblər. X13 həmçinin qeyd etdi ki, ərizə və müəyyən sənədlər beş ildən artıq saxlanılmır, ancaq əmrlər saxlanılır və həmin əmrdən çıxarışı məhkəməyə təqdim edilib. iddiaçı öz ərizəsinə əsasən 15 il bundan əvvəl işdən azad edilmişdir. Əlavə olaraq bildirdi ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Göstərilənləri nəzərə alaraq, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdeh Quba rayon X10 Sənaye Ticarət Birliyinin nümayəndəsi X5 vəkili X11 iddianı qəbul etməyərək göstərdi ki, iddiaçı öz ərizəsinə əsasən 15 il bundan əvvəl işdən azad edilmişdir və buna görə də hal-hazırda onun tərəfindən iddia müddəti buraxıldığından hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 373-cü maddəsinə əsasən iddia müddətinin buraxılmasını nəzərə alaraq, iddianın rəd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiacı İddiaçı, cavabdeh Quba rayon X10 Sənaye Ticarət Birliyinin nümayəndəsi X9 və vəkili X6 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materialında olan Quba rayon X10 Sənaye Ticarət Birliyinin 24.08.2020-ci il 18 nömrəli ƏMR №. 212 çıxarışdan görünür ki, rayon X1 heyətinin11.05.1989-cu il tarixli qərarına əsasən İddiaçı yeni təşkil olunmuş Nügədi kənd X12 müəssisəsinin müdiri vəzifəsinə keçirilmişdir. İş materiallarında olan Quba rayon X10 Sənaye Ticarət Birliyinin 24.08.2020-ci il 21 nömrəli ƏMR №. 16 çıxarışdan görünür ki, İddiaçı 23.09.2005-ci il tarixində yeni təşkil olunmuş Nügədi kənd X12 müəssisəsinin müdiri vəzifəsindən azad edilmişdir. İş materialında olan 26.07.2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı iddia müddəti buraxıldığından, Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinə əsasən iddia müddətinin buraxılmasını nəzərə alaraq, mülki işin icraatına xitam verilməsi xahiş edilmişdir. “İnsan Hüquqları və X3 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası MM-in 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası MM-nin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.12.2001-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası MM-in 373-cü maddəsində göstərilən iddia müddətləri 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblərə tətbiq edilir. Məhkəmədə müəyyən edildi ki, İddiaçı 23.09.2005-ci il tarixində yeni təşkil olunmuş Nügədi kənd X12 müəssisəsinin müdiri vəzifəsindən azad edilmiş, hazırki iddia ilə məhkəməyə 18.05.2021-ci il tarixdə müraciət edərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinin tələbi baxımından 3(üç) illik iddia müddətini ötürmüşdür. Şərh edilənləri və cavabdeh Quba rayon X10 Sənaye Ticarət Birliyinin nümayəndəsi X5 vəkili X4 iddia müddətinin tətbiq edilməsi barədə ərizəsini nəzərə alaraq, məhkəmə İddiaçı cavabdeh Quba rayon X10 Sənaye Ticarət Birliyinə qarşı «ərizənin etibarsız hesab edilməsi» nə dair iddia tələbinin təmin edilməməsini qanuni hesab edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MM-nin 373-cü və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı cavabdeh Quba rayon X10 Sənaye Ticarət Birliyinə qarşı «ərizənin etibarsız hesab edilməsi tələbinə dair» iddia ərizəsi təmin edilməsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 1(bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar