Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1249/2021 30.08.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X25 oğlunun katibliyi, İddiaçı1 və onun nümayəndəsi vəkil X18, cavabdehlər Cavabdeh2 Xinbaba qızının, Cavabdeh3 və onların nümayəndəsi vəkil X7 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Xinbaba qızı, X10, İqdisadiyyat Nazirliyi yanında ƏMDX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Cavabdeh5nə qarşı “alğı-satqı əqdinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X12 və İddiaçı1 adından Cavabdeh1 ilə Cavabdeh3 arasında Cavabdeh5ndə bağlanmış 07.10.2020-ci il tarixli reyestrdə 4Ə/2103 sayla qeyd edilmiş, AN-1 ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar ərizəsini onunla əsalandırmışdır ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Quba rayonu, Amsar-Palasa kəndində yerləşən 0,14 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində ümumi sahəsi 176 kv.m olan fərdi yaşayış evi X23 (torpaq sahəsi ¾ hissə, fərdi yaşayış evi ½ hissə) və X3 (torpaq sahəsi ¼ hissə, fərdi yaşayış evi ½ hissə) məxsus olmuşdur. Şəxsi işləri ilə bağlı onlar Türkiyə Respublikasına getmişlər və əmlaklarının alğı-satqısı ilə bağlı Cavabdeh2 Xinbaba qızına etibarnamə vermişlər. Sonradan məlumatları olmuşdur ki, Cavabdeh2 onlara məxsus torpaq sahəsini və evi satmışdır. Bunun necə baş verməsini öyəndikdə onlara məlum olmuş ki. Cavabdeh2 verdikləri etibarnamə əsasında, ona verdikləri səlahiyyətləri Cavabdeh1 ötürmüş, lakin onlara bu barədə heç bir xəbərdarlıq edilməmişdir. Bundan başqa Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Quba rayonu, Amsar-Palasa kəndində yerləşən 0,14 ha torpaq sahəsi üzərində olan ümumi sahəsi 176 kv.m olan fərdi yaşayış evini həmin qeydiyyatda olan X9 razılığı olmadan satmışlar. Torpaq sahəsinin və evin satılmasına görə onlara heç bir məbləğdə pul ödənilməmişdir. Əmlaklar formal qiymətə satılmış, faktiki olaraq alğı-satqı həyata keçirilməmiş, məqsəd isə onların əmlakını mənimsəmək olmuşdur. Torpaq sahəsinin və üzərində yerləşən ümumi sahəsi 176.2 kv.m olan əmlakın qiymətinin alğı-satqı müqaviləsində qat-qat aşağı qiymət göstərmək, yəni 5200 manat yazmaq özü belə müqavilənin görünüş üçün bağlandığını sübut edir. Ona görə ki, həmin ərazidə 5200 manata nəinki 0,14 ha torpaq sahəsi və üzərində yerləşən ev, heç 0,05 ha torpaq sahəsi təsadüfən tapılar. Qeyd olunan mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi və vəkili X27 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3, Cavabdeh2 Xinbaba qızının nümayəndəsi və vəkili X13 iddia tələbini qəbul etməyərək, iddiaçının qardaşı X4 cavabdeh Təranəyə Orucovaya etibarnamə verdiyini, Orucova Təranə isə Cavabdeh1 etibarnamə verdiyini, əqdin göstəriş məqsədi ilə bağlanmadığını, iddiaçının qardaşı İmaməddin Lamanovun Cavabdeh2 həbsdə olan ərinin buraxdıracağı vədinə verərək 30.000 manat məbləğində pul aldığını, həmin pulu qaytara bilmədiyinə görə, Cavabdeh2 hüquq mühafizə orqanlarına şikayət etməməsi üçün mübahisə predmetini təşkil edən evi ona verəcəyini vəəd etmişdir. X4 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkibi olduğundan həmin şəxs barəsində xüsusi qərardadın qəbul edilməsini və iddia tələbinin əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 Xinbaba qızı bildirmişdir ki, iddiaçının qardaşı X4 ona borclu olduğu 30.000 manatın əvəzi olaraq, mübahisə predmetini təşkil edən evi heç bir məbləğ ödəmədən Cavabdeh3 satılmasına razılıq verdiyini qeyd etmişdir. Bunun üçün İmaməddin Lamanov ilk öncə qardaşının etibarnamə üzrə olan səlahiyyətlərini etibarnamə əsasında ona həvalə etmiş, daha sonra o isə həmin səlahiyyətləri etibarnamə üzrə Cavabdeh1 ötürmüşdür. Alğı-satqı müqaviləsinin bağlanmasına səbəb isə iddiaçının qardaşı İmaməddin Lamanovun ona 30.000 manat məbləğində pul borclu olması olmuşdur. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbini etiraf edərək, daşınmaz əmlakın alğı-satqı işi ilə məşğul olduğunu, mübahisə predmetini təşkil edən müqavilə bağlanarkən heç bir məbləğdə pul vəsaiti almadığını qeyd etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə İddiaçı2, cavabdehlər Cavabdeh1, İqdisadiyyat Nazirliyi yanında ƏMDX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin və Cavabdeh5 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə digər iddiaçı və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclas iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İş materiallarında olan fərdi yaşayış evinin texniki pasportundan görünür ki, Quba rayonu, Amsar-Palasa kəndində yerləşən fərdi yaşayış evi X19 və İddiaçı1 mükliyyətindədir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Quba rayonu, Amsar-Palasa kəndində yerləşən 0,14 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evi X19 və İddiaçı1 mükliyyətindədir. İş materiallarında olan Quba RİHB-nın Zərdabi qəsəbəsi İƏD üzrə nümayəndəliyinin 19.08.2020-ci il tarixdə X12 və İddiaçı1 AR-İ 911404, AR-İ 911403 nömrəli etibarnamə ilə səlahiyyətli nümayəndəsi Cavabdeh2 verilmiş arayışından görünür ki, ondan ötrü ki, X20 və İddiaçı1 məxsus ünvan 1 ünvanında 31.08.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********35-10301 reyestr nömrəli olan ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDRX-dən Çıxarışda qeyd edilmiş 1978-ci ildə tikilmiş, 2 (iki) mərtəbəli, 4 (dörd) yaşayış otağından ibarət, ümumi sahəsi 176.2kv.m, yaşayış sahəsi 92.8 kv.m, köməkçi sahəsi 83.4 kv.m olan fərdi yaşayış evində nümayəndəliyin Təsərrüfatbaşına kitabına əsasən X24, İddiaçı1, X21, X5 və X6 təsərrüfat üzvləridir. İş materiallarında olan Quba RİHB-nın Zərdabi qəsəbəsi İƏD üzrə nümayəndəliyinin 01.10.2020-ci il tarixdə Cavabdeh2 verilmiş arayışından görünür ki, X24, İddiaçı1, X21, X5 və X2 rayonu, Amsar-qışlaq kəndində 2013-cü il tarixdən yaşamırlar. İş materiallarında olan Daşınmaz Əmlakın 07.10.2021-ci il tarixli, AN-İ ******* saylı alğı-satqı müqaviləsindən görünür ki, X19 və İddiaçı1 mülkiyyətində olan Quba rayonu, Amsar-Palasa kəndində yerləşən 0,14 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi Cavabdeh1 tərəfindən 5200 manata Cavabdeh3 satılmışdır. İş materiallarında olan 22.10.2019-cu il tarixli, AR-İİ 911403 nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X8 etibar edənin səlahiyyətlərini Cavabdeh2 Xinbaba qızına vermişdir. İş materiallarında olan 22.09.2019-cu il tarixli, AR-İ 865616 nömrəli etibarnamənin surətindən görünür ki, X1 etibarnamə əsasında Cavabdeh3 vermişdir İş materiallarında olan 06.10.2020-ci il tarixli, AR-İİ 141632 nömrəli və 06.10.2020ci il tarixli, AR-İİ 141633 nömrəli etibarnamələrin surətindən görünür ki, X19 və İddiaçı1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Cavabdeh2 Xinbaba qızı, etibar edənlərin səlahiyyətlərini Cavabdeh1 vermişdir. Məhkəmə iddia tələbinin qanuni əsası ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) müvafiq olaraq bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.1, 337.3). Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir (maddə 340.2). Mülki prosessual qanunvericiliyin sübutetmə yükü ilə bağlı normalarına əsasən əqdin etibarsızlığına əsas olan halların mövcudluğunu sübut etmək əqdin etibarsızlığını tələb edən tərəfin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə, subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Etibarsız əqdlər, əsasən iki meyara görə təsnif edilir: əqdin elementinin qüsurlu olması meyarına görə; əqdin etibarsız sayılması üçün məhkəmə qərarının tələb edilməsi meyarına görə. Əqdin elementinin qüsurlu olması meyarına görə etibarsız əqdlərin də dörd növü fərqləndirilir: subyektiv tərkibi qüsurlu olan etibarsız əqdlər; iradəsi qüsurlu olan etibarsız əqdilər; forması qüsurlu olan etibarsız əqdlər; məzmunu qüsurlu olan etibarsız əqdlər. İradəsi qüsurlu olan əqdlər odur ki, bu əqdlər bağlanarkən daxili iradə lazımi olmayan şəraitdə formalaşır və ya bu iradə xaricən düzgün ifadə olunmur. Bu cür əqdlərin iki növü fərqləndirilir: daxili iradə olmadan bağlanan əqd; daxili iradəsi düzgün formalaşmayan əqdlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrini hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadə digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hesab olunur. Məhkəmə araşdırması zamanı müyyən olunmuşdur ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Quba rayonu, Amsar-Palasa kəndində yerləşən 0,14 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evi X19 və İddiaçı1 mülkiyyətindədir. İddiaçılar X12 və İddiaçı1 adından Cavabdeh1 ilə Cavabdeh3 arasında Cavabdeh5ndə bağlanmış 07.10.2020-ci il tarixli reyestrdə 4Ə/2103 sayla qeyd edilmiş, AN-1 ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, mübahisəli əmlakın alğı-satqısı zamanı əmlakın mülkiyyətçiləri etibaredilən şəxslər tərəfindən məlumatlandırılmamışlar. Belə ki, 22.10.2019-cu il tarixli, AR-İİ 911403 nömrəli etibarnamə əsasında İddiaçı1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X8 etibar edənin səlahiyyətlərini Cavabdeh2 Xinbaba qızına vermişdir. Cavabdeh X14 isə 06.10.2020-ci il tarixli, AR-İİ 141632 nömrəli və 06.10.2020-ci il tarixli, AR-İİ 141633 nömrəli etibarnamələr əsasında X19 və İddiaçı1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Cavabdeh2 Xinbaba qızı, etibar edənlərin səlahiyyətlərini Cavabdeh1 vermişdir. Sonuncu etibarnamə əsasında Cavabdeh1 07.10.2021-ci il tarixli, AN-İ ******* saylı alğı-satqı müqaviləsi əsasında Quba rayonu, Amsar-Palasa kəndində yerləşən 0,14 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evini 5200 manata Cavabdeh3 satmışdır. Bundan başqa, müəyyən olunmuşdur ki, Cavabdeh2 Xinbaba qızı Cavabdeh3 anasıdır. Cavabdehlər arasında yaxın qohumluq əlaqələrinin olması, ona görə də etibarnamə əsasında iddiaçıların səlahiyyətlərinin Cavabdeh2 Cavabdeh1 ötürülməsi və iddiaçılara məxsus əmlakın iddiaçıların xəbəri olmadan Cavabdeh2 oğlu Aynur Sədullayevin adına özgəninkiləşdirilməsi bağlanılan alğı-satqı müqaviləsinin formal xarakter daşıdığının təkzib edilməz sübutudur. Bundan başqa, Quba rayonu, Amsar-Palasa kəndində yerləşən 0,14 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evinin 07.10.2021-ci il tarixli, AN-İ ******* saylı alğı-satqı müqaviləsi əsasında dəyərindən aşağı qiymətə, yəni 5200 manata satılması əqdin qeyri-ciddi olmasını bir daha təsdiq edir.Həmçinin alğı-satıq zamanı alıcı satıcıya pul ödəməmişdir. Həmçinin, iddiaçı tərəf cavabdehlərə etibarnamə versə də, nəticə etibarı ilə etibar edən şəxsin əleyhinə, onun iradəsindən kənar şəkildə hərəkət edilməsinə yol verilməməlidir. İddiaçıların əmlakın satılması ilə əlaqədar qarşı tərəfə tapşırıq və ya göstəriş verməsinə dair hər hansı bir fakt mövcud deyildir. Alğı-satqı müqaviləsinin iddiaçıların xəbəri və razılığı olmadan bağlanmasını o hal da təsdiq edir ki, cavabdehlər tərəfindən bu müqavilənin bağlanması ilə bağlı iddiaçılara heç bir informasiya və hesabat verilməmiş, satılan əmlakın dəyəri isə onlara ödənməmişdir. Bu halın baş verməməsi mülkiyyət sahiblərinin ümumiyyətlə əmlakın satışı ilə bağlı cavabdehlərə nə şifahi, nə də yazılı tapşırıq və səlahiyyət vermədiyini göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 364.1-ci maddəsinə əsasən etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər. Həmin Məcəllənin 364.2-ci maddəsinə əsasən səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur. İşin mübahisəsiz halı ondan ibarətdir ki, məhkəmə iclasında cavabdehlər Cavabdeh1 iddia tələbini qəbul edərək, iddianı etiraf etmişdir. Belə ki, X8 Cavabdeh2 Xinbaba qızından 30.000 manatın əvəzi olaraq, ona iddiaçının adından etibarnamə vermiş və evi heç bir məbləğdə pul alınmadan özgəninkiləşdirmişlər. Cavabdeh1 məhkəməyə notariat qaydasında təsdiq edilmiş ərizə ilə müraciət edərək, İddiaçı1 ona qarşı olan iddia tələbini qəbul etmiş və iddianı etiraf etmişdir. İddia tələbinin predmetini təşkil edən alğı-satqı müqaviləsi əsasında hər hansı bir məbləğdə ona pul ödənilmədiyini qeyd etmişdir. Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə qeyd olunan iddia üzrə cavabdehin iddianı etiraf etməsini, yuxarıda göstərilən Qanunun maddəsinə əsasən, qanuna zidd olmadığını müəyyən edir. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyil, hər hansı şəxsin hüquqların və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq olunmalıdır. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddia təmin edilməli cavabdehlər X12 və İddiaçı1 adından Cavabdeh1 ilə Cavabdeh3 arasında Cavabdeh5ndə bağlanmış 07.10.2020-ci il tarixli reyestrdə 4Ə/2103 sayla qeyd edilmiş, AN-1 ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. X12 və İddiaçı1 adından Cavabdeh1 ilə Cavabdeh3 arasında Cavabdeh5ndə bağlanmış 07.10.2020-ci il tarixli reyestrdə 4Ə/2103 sayla qeyd edilmiş, AN-1 ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1249/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1249/2021
30.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver