Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-125/2020 11.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı1 iştirakı ilə İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və Azərbaycan Respublikası Cavabdeh2, Cavabdeh3, Cavabdeh4nə qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında verilmiş Çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba şəhəri, Fətəlixan küçəsi 2A saylı binanın 6-cı mənzili özəlləşdirilən zaman İddiaçı1 və İddiaçı2 adından yazılmış ərizələr və həmin ərizələr arasında rəsmiləşdirilmiş sənədlər etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmədə İddiaçı1 iddianı müdafiə edərək göstərdi ki, Quba şəhəri, Fətəlixan (keçmiş Qızıl-əsgər küçəsi) küçəsi 2A saylı binanın 6-cı mənzili üçün nənəsi (atasının anası) Əliyeva Gözəl Fərzəli qızına Quba rayon XDS İcrayyə Komitəsinin Mənzil-İstismar Kontoru tərəfindən xx xxxx 1979-cu il tarixdə 47 saylı order verilən zaman onun adı həmin orderdəki adların siyahısında 4-cü İddiaçı1 adı ilə yazılmışdır və o vaxtdan o, həmin mənzildə pasport qeydiyyatındadır. 1992-ci ildə o və İddiaçı2 həmin mənzilə gəlin gəlmiş və 1992-ci ildən həmin mənzildə pasport qeydiyyatındadır. Birgə nikahdan olan övladları Əliyeva Fatimə, Əliyeva Günel və Əliyev Hünər həmin mənzildə pasport qeydiyyatındadırlar. 2012-ci ildə mənzilə istifadə hüququ almaq üçün məhkəməyə müraciət edərkən onlara məlum olmuşdur ki, mənzili özəlləşib və özəlləşmədə onların əvəzinə yazılımış və imazalanmış ərizələrdən istifadə olunmuşdur. Ona görə də onlar Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı X2nə qarşı çıxarışın ləğvi barədə iddia qaldırmışlar. O, zaman Sumqayıt İnzibati-İqtisadi məhkəməsi, Ədliyyə Nazirliyinin Məhkəmə ekspertiza mərkəzində özəlləşmədə istifadə olunan ərizələrdəki imzaların yoxlanması üçün göndərmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2014-cü il tarixli 2262 saylı ekspertiza rəyinin təqdiqatın nəticələri hissəsində deyilir. Eksperizaya təqdim olunmuş 2-1(85)-60/2014 saylı inzibati işin 101 və 104-cü vərəqlərində İddiaçı1 və İddiaçı2 adından olan yaşadıqları mənzilin Cavabdeh1 adına özəlləşdirilməsi barədə xx xxxxxxxx 1999-cu il tarixli ərizələrdə imza sözü qarşısındakı imzalar İddiaçı1 və İddiaçı2 tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cavabdeh2 tərəfindən xx xxxxxxxx 1999-cu il tarixdə Cavabdeh1 adına Quba şəhəri Fətəlixan küçəsi 2A saylı binanın 6-cı mənzili üçün verilmiş 187 reyestr nömrəli qeydiyyat vəsiqəsinin bünövrəsi saxta sənədlərdən ibarətdir. Göstərilənləri nəzərə alaraq, Quba şəhəri, Fətəlixan küçəsi 2A saylı binanın 6-cı mənzili özəlləşdirilən zaman İddiaçı1 və İddiaçı2 adından yazılmış ərizələr və həmin ərizələr arasında rəsmiləşdirilmiş sənədlər etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı iş üzrə Cavabdeh1 Sadiq qızı xx.xx.2019-cu il tarixdə vəfat etməsi müəyyən edildiyi üçün Cavabdeh1 Sadiq qızının hüquqi varisləri müəyyən edilənədək mülki işin icraatı dayandırılmış və Cavabdeh1 Sadiq qızının vəsələri müəyyən edildikdən sonra icraat təzələnmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iş üzrə cavabdehlər Azərbaycan Respublikası Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 Sadiq qızının vəsələri Cavabdeh5 Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 məhkəmə iclasına gəlməmişlər və gələməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı1 dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2014-cü il tarixli 2262 saylı ekspertiza rəyindən görünür ki, eksperizaya təqdim olunmuş 2-1(85)-60/2014 saylı inzibati işin 101 və 104-cü vərəqlərində İddiaçı1 və İddiaçı2 adından olan yaşadıqları mənzilin Cavabdeh1 adına özəlləşdirilməsi barədə xx xxxxxxxx 1999-cu il tarixli ərizələrdə imza sözü qarşısındakı imzalar İddiaçı1 və İddiaçı2 tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. Həmin hal Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(105)-1787/2017 nömrəli qətnaməsində də əks olunmuşdur. İş materiallarında olan Abşeron rayon mərkəzi xəstəxanasının sorğuya cavab məktubundan görünür ki, iş üzrə Cavabdeh1 Sadiq qızı xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı1 və İddiaçı2 yaşadıqları mənzil onların adından yazılmış ərizələrlə və onların adından imzalanmaqla Cavabdeh1 adına özəlləşdirilmişdir. Belə ki, Quba şəhəri Fətəlixan küçəsi 2A saylı binanın 6-cı mənzilin Cavabdeh1 adına özəlləşdirilməsi barədə xx xxxxxxxx 1999-cu il tarixli ərizələrdə imza sözü qarşısındakı imzalar İddiaçı1 və İddiaçı2 tərəfindən icra edilməməsi iş materiallarında olan sənədlərlə öz təsdiqi tapır. Bu halı əsas götürərək, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Quba şəhəri, Fətəlixan küçəsi 2A saylı binanın 6-cı mənzili özəlləşdirilən zaman İddiaçı1 və İddiaçı2 adından yazılmış ərizələr və həmin ərizələr arasında rəsmiləşdirilmiş sənədlər etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlara istinad etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Quba şəhəri, Fətəlixan küçəsi 2A saylı binanın 6-cı mənzil özəlləşdirilən zaman İddiaçı1 və İddiaçı2 adından yazılmış ərizələr və həmin ərizələr arasında rəsmiləşdirilmiş sənədlər etibarsız hesab edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-125/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-125/2020
11.08.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver