Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-125/2022 31.01.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X18 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Quba Rayon İcra Hakimiyətinə qarşı X3nun faəliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Quba rayonu Zərdabi kəndində anadan olmuş qardaşı 02 fevral 1957-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun X5 və X6 ailə qurublar. Birgə nikahlarından yeddi övladları dünyaya gəlmişdir. 02 fevral 1957-ci il təvəllüdlü X3 ikinci qrup əlildir, əmək qabiliyyəti yoxdur. X5 və X6 vəfat etmişdir. X3 onunla qalır. Qardaşının əmək qabiliyyəti olmadığından qardaşına o baxır. Qardaşı əqli inkişafdan geri qalmışdır. Onun daimi olaraq kənar şəxsin qulluğuna ehtiyacı vardır. Mütəmadi olaraq müalicə və müayinə olunur. Qardaşı X2. Nizaməddinin kənar adam olmadan yaşaması mümkün deyildir. O, öz fikrini ifadə edə bilmir, ən sadə özünə xidmət vərdişi belə yoxdur. İllər keçdikcə qardaşının problemləri artır, onu idarə edə bilmək daha da çətinləşir. Sənədləşmə zamanı (onda olan pensiya kartının vaxtının müddəti bitmiş) qardaşı özünü ifadə edə bilmədiyi üçün imza edə bilmir. Odur ki, qardaşı 02 fevral 1957-ci il təvəllüdlü X4 öz hərəkətlərinin mənasını başa düşmədiyinə görə onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan “doğum haqqında şəhadətnamə”nin və “şəxsiyyət vəsiqəsi”nin surətlərindən görünür ki, X7 02.02.1957-cü il tarixdə anadan olmuşdur. X6, anası isə X9r. İş materiallarında olan “doğum haqqında şəhadətnamə”nin və “şəxsiyyət vəsiqəsi”nin surətlərindən görünür ki, Ərizəçi xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. X6, anası isə X9r. İş materiallarında olan arayışdan görünür ki, X7 26.02.1976-cı il tarixdən İİ qrup əlildir və onun xəstəliyinin səbəbi anadan gəlmə olduğu müəyyən edilmişdir. İş materiallarında olan 22.09.2010-cu il tarixli stasionar göndərişdən görünür ki, X7 anadangəlmə xəstədir, təhsili yoxdur, hərbi xidmətdə olmayıb, Quba rayonu Psixiatriya xəstəxanasında müalicə alıb, İİ qrup əlildir. Şüurun dərin dərəcədə pozğunluğundan əziyyət çəkir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”-nin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 17.12.2021-ci il tarixli, 3010 saylı rəyindən görünür ki, Tibbi sənədlər əsasında (qiyabi) aparılan müayinə nəticəsində məlum olur ki, X12 İmbesillik dərəcəsində oliqofreniya diaqnozu ilə Quba Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdadır. Mülki işdə olan tibbi sənədlər və şəxsin qardaşının məhkəməyə ərizəsini tədqiq edərək aparılan (qiyabi) müayinə əsasında belə nəticəyə gəlirəm ki, X1 dərəcəsində oliqofreniya diaqnozlu psixi pozuntu ilə əlaqədar öz hərəkətlərini şüurlu ölçüb-biçmək, onları idarə etmək iqtidarında deyil. Buna görə də X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçinin göstərdiyi hallar, yəni X3nun faəliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi faktı təsdiq olunur. Göstərilənləri nəzərə alaraq, ərizə əsaslı olduğu üçün təmin edilməli və X7 faəliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 322 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qət etdi: Ərizə təmin olunsun. 02.02.1957-ci ildə Quba rayonu, Zərdabi kəndində anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-125/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-125/2022
31.01.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver