Məhkəmə qərarları › İş №2(027)-1253/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1253/2024

27.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1253/2024 27.06.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı nümayəndəsi X4 iştirakı ilə İddiaçı maraqlı tərəf X30 Xidmət Mərkəzində Notariat Ofisinə qarşı “vəsiyyət üzrə vərəsəlik hüquqlarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 yanvar 2004-cü il tarixdə ölmüş X8 vəsiyyəti üzrə ona miras qalmış Quba rayonu Amsar kəndi ərazisində yerləşən 0,13 ha həyətyanı torpaq sahəsinin və həmin torpaqda yerləşən iki mərtəbəli iki otaqlı ev əmlakı üzərində onun vərəsəlik hüquqlarının tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, atasının əmisi X5 olarkən mülkiyyətində olan Quba rayonu Amsar kəndində yerləşən 0,13 ha həyətyanı torpaq sahəsinin və həmin torpaqda yerləşən iki mərtəbəli iki otaqlı evini Quba rayonu Amsar İƏD-nin nümayəndəsi tərəfindən təsdiq edilmiş 09 dekabr 2003-cü il tarixli vəsiyyətnaməyə əsasən ona vəsiyyət etmişdir. Ona əmlakını vəsiyyət edən S.Quliyev 16 yanvar 2004-cü il tarixdə Quba rayonu Amsar kəndində vəfat etmişdir. O, hal-hazırda bir vərəsə kimi ona vəsiyyət olunmuş Quba rayonu Amsar kəndində yerləşən 0,13 ha həyətyanı torpaq sahəsi və həmin torpaqda yerləşən evi öz adına rəsmiləşdirmək istəyir, bununla əlaqədar hüquq müəyyənedici sənədləri X30 Xidmət Ofisində fəaliyyət göstərən Notariat Kontoruna təqdim etmiş və qeyd edilən təşkilat özünün 2024-cü il tarixli məktubu ilə S.Məmmədov mənə ona verilən vəsiyyətnamənin baza sənədlərində öz əksini tapmadığını bildirib ona vərəsəlik hüququ haqqında şəhadətnamə verməyə imtina etmişdir. Ona görə də, hazır ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddia ərizəsinə əlavə etdiyi Quba rayon İcra Hakimiyyəti Başçısının Quba rayon Amsar İnzibati Ərazi Dairəsi tərəfindən təsdiq edilmiş 09 dekabr 2003 cu il tarixli vəsiyyyətnaməyə əsasən Quba rayonu Amsar kəndində yaşayan X2 rayonu Amsar kəndində yerləşən 0.13 ha həyətyanı torpaq sahəsinin və həmin torpaqda inşa edilmiş 2 mərtəbəli 2 otaqlı yaşayış evini ona vəsiyyət etmişdir. İddia ərizəsinə əlavə etdiyi xx.xx.2004-ci il tarixli ölüm haqqında şəhadətnamədən aşkar olur ki, X18 xx.xx.2024-cü il tarixdə Quba rayonun Amsar kəndində vəfat etmişdir. İddia ərizəsinə əlavə etdiyi JN-573F kod 30307018 saylı "Torpağın Mülkiyyəytə verilməsinə dair” şəhadətnaməyə əsasən görünür ki, X13 adına 0,13 ha fərdi yaşayış evi üçün həyətyanı torpaq sahəsi vardır. Qeyd edilən vəsiyyətnaməyə əsasən X6 Quba rayonu Amsar kəndində yerləşən 0,13 ha həyətyanı torpaq sahəsi və həmin torpaqda yerləşən yaşayış evi miras qalmışdır. İddia ərizəsinə əlavə etdiyi X30 Xidmət Notariat Ofisin məktubundan aşkar olur ki, ona X9 vəsiyyət üzrə vərəsəlik olmağına dair şəhadətnamə verilməsinə imtina edilmiş və bu məsələ ilə əlaqədar məhkəməyə müraciət etməyi məqsədə müvafiq hesab etmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Həmçinin o qeyd etmək istəyir ki, ona evini və torpağını vəsiyyət edən S.Quliyevin 3 nəfər həyat yoldaşı olmuş və onların hamısı vəfat etmiş və həmin şəxslərdən övladları dünyaya gəlməmişdir. Bu halda 1-ci növbə vərəsələr mövcud olmadığı üçün, 1-ci növ vərəsələr məcburi istisna olunur. Ona görədə S.Quliyevin vəsiyyatnaməsi üzrə bütün əmlaka tam olaraq onun vərəsəlik hüquqları müəyyən olunmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X14 iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, iş üzrə maraqlı tərəf Quba Regional ‘‘ASAN Xidmət” Mərkəzində Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan 3 fevral 1976-cı il tarixdə verilmiş İV-JQ seriyalı 270982 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 10 may 1918-ci ildə anadan olmuşdur. İş materiallarında olan 22 yanvar 2004-cü il tarixli, AZ-İ seriyalı 085840 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X19 xx.xx.2004-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Quba rayon İHB-nin Amsar İnzibati Ərazi vahidi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2003-cü il tarixdə təsdiq edilmiş vəsiyyətnamədən görünür ki, X3 rayonu, Amsar kəndində yerləşən iki mərtəbəli, iki otaqlı, dam örtüyü şiferdən ibarət olan, çiy kərpicdən tikilmiş və 0,13 hektar həyətyanı torpaq sahəsində yerləşən yaşayış evini böyük qardaşının nəvəsi İddiaçı vəsiyyət etmişdir. İş materiallarında olan Quba Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 1280 №li saylı İddiaçı ünvanlanan məktubundan görünür ki, xx.xx.2003-cü il tarixdə ünvan 1ndəliyində, X19 tərəfindən verilmiş vəsaiyyətnamənin nüsxəsi dövlət notariat arxivinə və ya vəsiyyəçinin daimi yaşayış yerindəki notariusa təhvil verilmədiyindən vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. İş materiallarında olan Quba RİHB-nın Amsar İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 178-ci il tarixli arayışından görünür ki, X14 həqiqətən mərhum əmisi X15 ölən günədək himayədarlıq etmiş və vəfat etdikdən sonra dəfn xərclərini özü çəkmişdir. Hal-hazırda evi və təsərrüfatı X4 oğlu İddiaçı idarə edir. İş materiallarında olan Quba rayonu, Amsar Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 37 №li arayışından görünür ki, X24 qohumu mərhum X16 məxsus (şəhadətnamə JN- 573F) 0.13 ha həyətyanı torpaq sahəsinin 2024-cü il üçün hesablanmış torpaq vergisini ödəmişdir. İş materiallarında olan Quba Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli 3-16- 5/8-406 saylı cavab məktubundan görünür ki, tərəflərindən elektron informasiya sistemində xx.xx.2024-cü ilədək araşdırılma aparıldı. Məlum oldu ki, xx.xx.1918-ci il təvəllüdlü X19 xx.xx.1952-ci ildə X11 ilə nikaha daxil olmuş və həmin nikah xx.xx.1966-cı ildə pozulmuşdur. xx.xx.1955-ci ildə X1 ilə nikaha daxil olmuş və nikahın pozulması aşkar olmamışdır. xx.xx.1957-ci ildə isə X10 ilə nikaha daxil olmuş və nikahın pozulması aşkar olmamışdır. Həmçinin uşaqları barədə məlumat aşkar olunmadı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-ci maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1-ci, 1159.1.1-ci maddələrinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1160-ci maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir; Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1168-cı maddəsinə əsasən vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. Həmin Məcəllənin 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.3-ci maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. Həmin Məcəllənin 1274-ci maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Həmin Məcəllənin 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1321.3-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Həmin Məcəllənin 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. “Notariat haqqında” Azərbaycan Respublikası qanunun 41-ci maddəsinə əsasən aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə dövlət notariat ofisinin, xüsusi notariusun, müvafiq icra hakimiyyəti orqanının, bu Qanunun 39-cu maddəsinin birinci hissəsində sadalanan vəzifəli şəxslərin iş və ya qulluq yerinin, yaxud gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsinə şikayət verə bilər. Həmin Qanunun 55-ci maddəsinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Həmin Qanunun 59-cu maddəsinə əsasən Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Quba rayonu, Amsar kəndində yerləşən 0.13 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən iki mərtəbəli iki otaqlı ev X8 xüsusi mülkiyyətindədir. X19 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. X19 ölən günədək ona məxsus olan Quba rayonu, Amsar kəndində 0,13 hektar həyətyanı torpaq sahəsində yerləşən iki mərtəbəli, iki otaqlı yaşayış evini İddiaçı vəsiyyət etmişdir. Vəsiyyətnamə xx.xx.2003-cü il tarixdə Quba rayon İHB-nin Amsar İnzibati Ərazi vahidi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmişdir. İddiaçı ona vəsiyyət edilən Quba rayonu, Amsar kəndində yerləşən 0,13 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən yaşayış evini miras əmlak kimi faktiki qəbul etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, X7 miras qalmış Quba rayonu, Amsar kəndində yerləşən 0,13 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən iki mərtəbəli, iki otaqlı yaşayış evinə İddiaçı vərəsəlik hüququ tanınmalı, İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X7 miras qalmış Quba rayonu, Amsar kəndində yerləşən 0,13 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən iki mərtəbəli, iki otaqlı yaşayış evinə İddiaçı vərəsəlik hüququ tanınsın. İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar