Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1254/2020 05.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Ərizəçi Nemət oğlunun iştirakı ilə Ərizəçi Nemət oğlunun maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Nemət oğlu məhkəməyə ərizə ilə müraciət edərək, JN-517A KOD 30318068 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin ona- Ərizəçi Nemət oğluna məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi Nemət oğlu ərizəni müdafiə edərək göstərdi ki, Quba rayon Aqrar islahat Komissiyasının xx.xx.1998-ci il tarixli 03 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmış və bu barədə ona JN-517A KOD 30318068 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Həmin Şəhadətnamədə onun soyadı “Abdulov” əvəzinə səhvən “Abdullayev” kimi qeyd olunmuşdur. Adına verilmiş doğum haqqında şəhadətnamədə, şəxsiyyət vəsiqəsində və digər sənədlərdə soyadı Abdulov kimi qeyd olunmuşdur. Şəhadətnamədə qeyd olunan yanlışlıq olduğuna görə sənədləşmə işi apara bilmir. Göstərilənləri nəzərə alaraq, JN-517A KOD 30318068 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin ona - Ərizəçi Nemət oğluna məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə Ərizəçi Nemət oğlunu dinləyib, işdə olan sənədləri araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1971-ci il təvəllüdlü Sadıq Nemət oğlunun soyadı “Abdulov”dur. İş materiallarında olan Azərbaycan Respublikası Torpağa Mülkiyyət hüququna dair JN-517A KOD 30318068 saylı Şəhadətnamənin surətindən görünür ki, X1 Quba Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 03 nömrəli qərarı ilə 0.08 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında Maraqlı şəxs xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Torpağa Mülkiyyət hüququna dair JN-517A KOD 30318068 saylı Şəhadətnamədə ərizəçinin soyadında yaranmış uyğunsuzluğun aradan qaldırılması məqsədilə məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, Quba rayon Aqrar islahat Komissiyasının xx.xx.1998-ci il tarixli 03 nömrəli qərarı əsasında verilmiş JN-517A KOD 30318068 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi Nemət oğluna məxsus olması faktı iş sənədləri ilə təsdiq olunduğu üçün, ərizə əsaslıdır və təmin olunmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Quba rayon Aqrar islahat Komissiyasının xx.xx.1998-ci il tarixli 03 nömrəli qərarı əsasında verilmiş JN-517A KOD 30318068 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi Nemət oğluna məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1254/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1254/2020
05.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver